kerogen sözü azərbaycan dilində

kerogen

Yazılış

  • kerogen • 60.0000%
  • Kerogen • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kerogen
== Kerogen == Neftin mənşəyi, eləcə də miqrasiya və akkumilyasiyası ilə bağlı ikili problemin dəqiq təfərrüatları hələ də tam surətdə aydınlaşdırılmamışdır. Analitik kimya və geokimyada son zamanlar əldə edilən uğurlar bu istiqamətdə bilikləri və dərk olunmanı artırmağa kömək etmişdir, lakin mübahisəli məsələlər həll edilməmiş qalmaqdadır. Buna görə də neft elmindən bəhs edən hər hansı bir mətndə kerogen ilə bağlı bölmənin olması vacibdir. Neft sahəsində çalışan alimlər həmişə çöküntülü hövzələrdə tapılan karbohidrogenlərin mənşəyi ilə bağlı qiymətli dəlilləri əldə etmək üçün yeni etibarlı texnologiyalar axtarışında olmuşlar. Neft sistemlərinin bugünkü analizi geokimya ilə birbaşa vəhdətdə yerinə yetirildikdə, xam neft və təbii qaz toplantılarının bioloji mənşəyə malik olması haqda nəzəriyyəni dəstəkləyir. Neft və qazın biogenik sələfinin (prekursorunun) kerogen olması ehtimal edilir. Kerogen təbiətdə tapılan, bərk, həll olmayan üzvi maddə olaraq, daş mənbə süxurlarında rast gəlinir və qızdırıldıqda neft əmələ gətirə bilir. Kerogenin tipik üzvi tərkib hissələri dəniz yosunu və ağac mənşəli bitki materialıdır. Kerogen bitum və ya həll olan üzvi maddəyə nisbətən yüksək molekul kütləsinə malikdir. Bitum neftin yaranması zamanı kerogendən əmələ gəlir.

Oxşar sözlər

#kerogen nədir? #kerogen sözünün mənası #kerogen nə deməkdir? #kerogen sözünün izahı #kerogen sözünün yazılışı #kerogen necə yazılır? #kerogen sözünün düzgün yazılışı #kerogen leksik mənası #kerogen sözünün sinonimi #kerogen sözünün yaxın mənalı sözlər #kerogen sözünün əks mənası #kerogen sözünün etimologiyası #kerogen sözünün orfoqrafiyası #kerogen rusca #kerogen inglisça #kerogen fransızca #kerogen sözünün istifadəsi #sözlük