* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f.sif. Sönmüş, söndürülmüş. Keçmiş ocaq. Keçmiş lampa. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi, dərvişin gözləri məşəlləndi. A.Divanbəyoğlu.
Azərbaycan dilinin izahlı lüğəti / keçmiş2 1. f.sif. Ötən, keçən, ötmüş. Keçmiş gün. Keçmiş dövr. – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn. [Araz] keçmiş zamanlardan edilən söhbətlərə qulaq asmaqdan doymaq bilmirdi. A.Şaiq. // Əvvəlki, bundan qabaq olmuş. Keçmiş həyat. Keçmiş səhvləri yada salmaq. – Gurultu içində keçmiş həyatım; Mədəndə açılmış qolum, qanadım. M.Müşfiq. // Bundan əvvəlki, vaxtilə vəzifə tutmuş, sabiq; əvvəlki vəziyyətini, rolunu, əhəmiyyətini itirmiş. Keçmiş müdir. Keçmiş əməkdaşlarımız. 2. İs. mənasında. Olub getmiş zaman, ötüb keçmiş zaman, ötüb getmiş vaxt, keçmişdəki həyat, hadisələr. Keçmişi unutmaq. Keçmişə bir nəzər. Uzaq keçmiş. – Nurəddin fikrə getdi. Bütün keçmiş gözünün qabağından bir-bir gəlib keçdi. S.S.Axundov. Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq. Keçmiş – dünən olsa belə; O – uzaqdır, gəlməz ələ. B.Vahabzadə. 3. Zərf mənasında. Müəyyən vaxt keçdikdən sonra olmuş, baş vermiş. Günortadan 3 saat keçmiş gəlib çıxdı. Hadisədən iki gün keçmiş xəbər çatdı. – Bir il keçmiş klubda preferans oynayarkən təsadüfən Həsən bəyə rast gəldim. B.Talıblı. 4. Keçmişlər şəklində is. mənasında – keçmiş zaman, dövr (qeyri-müəyyənlik bildirir). Qeyrilərini bilmirəm, mən indi keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm. C.Məmmədquluzadə. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Ə.Haqverdiyev. Gələcəyi düşündü, keçmişləri çox andı; O gəlib iki yolun ayrıcında dayandı. B.Vahabzadə. ◊ Keçmiş zaman qram. – iş və ya hərəkətin keçmişdə icra olunduğunu bildirən fel forması. Şühudi keçmiş zaman. Nəqli keçmiş zaman. Keçmiş ola! – “artıq əhəmiyyəti yoxdur”, “vaxtı keçmişdir” mənalarında ara söz kimi işlədilir. [Şeyx Sədra:] Hər kimin qəlbi korsa, keçmiş ola! Şeyx Sənanı anlamaz əsla. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / keçmiş2 1. KEÇMİŞ (gün, zaman, dövr) Keçmiş əyyamda bizim kəndlərin bu cür bir günlük bəyləri çox olardı (M.Hüseyn); ƏSKİ O əski şairlər söyləmiş yalan; Məni xəyal kimi ayağa salan; O coşqun dalğalı telin işidir (M.Müşfiq); KEÇƏN [Heydər bəy:] Ah, keçən günlər! Keçən dövrlər! (M.F.Axundzadə); KÖHNƏ Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı (R.Rza); MAZİ Onu təpiklədi mazi, məzara gömdü bu hal (A.Şaiq). 2. KEÇMİŞ, ƏVVƏLKİ, SABİQ (bax)
Azərbaycan dilinin sinonimlər lüğəti / keçmiş1 KEÇMİŞ – İNDİ Çiçəklinin nə keçmişinə, nə indisinə yaraşır (Ə.Vəliyev). KEÇMİŞ – İSTİQBAL Mən öz keçmişinə heykəl yonmağı; Alnına yazdıran oğullardanam... (M.Araz); Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi (Çəmənzəminli). KEÇMİŞ – MÜASİR Xatırlayın; keçmiş və müasir; fironları (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / keçmiş1 1. прошлый, прошедший, минувший, истекший, бывший; 2. прошлое, былое;
Azərbaycanca-rusca lüğət / keçmiş2 1 I прил. прошлый, прошедший, минувший, былой, прежний (бывший ранее, в предшествующее время). Keçmiş həyatından danışmaq говорить о своей прошлой жизни, keçmiş səhvlər прошлые ошибки, keçmiş xidmətlər прошлые заслуги, keçmiş vaxtlarda в былые времена, keçmiş zaman лингв. прошедшее время 2. бывший (некогда занимавший какое-л. положение); иногда ирон., неодобр. экс. Keçmiş müdir бывший заведующий, keçmiş nazir бывший министр (экс-министр), keçmiş prezident бывший президент (экс-президент), keçmiş müəllim бывший учитель, keçmiş dünya чемпиону экс-чемпион мира II в знач. нареч. прошлое, былое. Keçmişin canlı səhifələri живые страницы прошлого, öz keçmişindən şikayət etmək жаловаться на своё прошлое, keçmişlə əlaqəni kəsmək порвать с прошлым, keçmişdən fərqli olaraq в отличие от прошлого, keçmişi xatırlamaq вспоминать о былом, keçmişdən danışmaq говорить о прошлом III предл. спустя. Günortadan 3 saat keçmiş спустя 3 часа после полудня, bir il keçmiş спустя год, beş dəqiqə keçmiş спустя (через) пять минут ◊ keçmiş ola уже поздно; keçmiş əyyamlarda в старые времена, во времена царя Гороха; keçmiş dövrlərdə, keçmiş zamanlarda в былые времена; keçmiş dövrün adamı человек старого завета; keçmişin gözəl vaxtları добрые старые времена; keçmiş tarixlə задним числом; keçmişi qaranlıq с тёмным прошлым 2 прил. потухший, погасший. Keçmiş ocaq потухший костер
Azərbaycanca-rusca lüğət / keçmiş1 I. i. the past; old times pl.; antiquity; şərəfli ~ glorious past; uzaq ~ remote past; ~ də in former times, in the old days; formerly; in the olden times / days; yaxın ~ də not long ago, in recent times II. s. past, former, bygone; ~ zaman qram. past tense; ~ zamanlarda in former times, in the old days, in bygone days, in the time now past III. z. after, later; bir az ~ not long after, bir neçə gün ~ a few days later; bir həftə ~ a week later; Biz bir az keçmiş gəldik We arrived soon after
Azərbaycanca-ingiliscə lüğət / keçmiş2 the past / the remote past / yesterday’s * вчерашний день (прошлое, прошедшее)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / keçmiş1 1) is. passé m, temps m ancien ; antiquité f ; yaxın ~ də il n’y a pas longtemps, naguère ; 2) sif. passé, -e, derni//er, -ère, ancien, -ne ; ~ zaman qram. temps m passé ; 3) zərf. après, dans ; bir az ~ un peu après, bir neçə gün ~ quelques jours après ; bir həftə ~ une semaine après
Azərbaycanca-fransızca lüğət / keçmiş2 1. прич. алатай, алатна фейи, фейи (мес. вахт, югъ, девир); // эвелан, идалай вилик хьана алатай; виликан, куьгьне (мес. бригадир); 2. сущ. хьана алатай вахт, алатай вахт (девир, аям), виликрай хьайи крар, вакъиаяр ва мс.; uzaq keçmiş фад алатай вахт; 3. нареч. алатайла; günortadan bir saat keçmiş нисинилай са сят алатайла; 4. keçmişlər сущ. алатай вахтар, алатай девир (тайин тушир алатай вахт); ** keçmiş zaman грам. алатай вахт.
Azərbaycanca-ləzgicə lüğəti / keçmiş