kitabı sözü azərbaycan dilində

kitabı

Yazılış

  • kitabı • 91.8968%
  • Kitabı • 8.0124%
  • KİTABI • 0.0787%
  • kİtabı • 0.0121%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı. 1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır.Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur. == Əsərin təhlili == İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737-819) tərəfindən yazılmış "Bütlər" kitabı ( Kitab al-Əznəm ), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin ( çoxtanrılığın ) müəyyənləşdirilməsində təsirli oldu.Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom. Ser.
Cəngəlliklər kitabı
"Cəngəlliklərin kitabı" (1894) – Redyard Kiplinqin hekayələr toplusu. Davamı olaraq "Cəngəlliklərin ikinci kitabı" əsəridir. Hər iki kitab özündə ibrətamiz tərzdə olan bir neçə kitabı birləşdirir. Baş qəhrəmanları antropomorf xüsusiyyətlər verilmiş heyvanlardır. Baş qəhrəman cəngəllikdə canavarların arasında böyüyən isə Mauqli adlı oğlan uşağıdır. Digər obrazlara pələng Şir Xan və ayı Balu daxildir. Kitab əsasında dəfələrlə film çəkilmişdir. == Məzmunu == Hekayələr ilk dəfə 1893–1894-cü illərdə çap olunmuşdur. Bir sıra illüstrasiyaların müəllifi Redyard Kiplinqin atası Con Kiplinq olmuşdur. Redyard Kiplinq Hindistanda doğulmuş və uşaqlığının ilk 6 ilini orada keçirmişdir.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su)Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Fatimə kitabı
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var..Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi. Buna görə İmam sadiqdən bir rivayət var: Fatimə Allah Peyğəmbəri vəfat edəndə o qədər kədərlənmişdir ki, fəqət Allahın ondan xəbəri var-idi.
Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. == Kitab haqqında ümumi məlumat == Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir. Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. == Qırmızı kitabın ikinci nəşri == Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib.
Farneze saat kitabı
Farneze saat kitabı (it. Libro d'ore Farnese, ing. The Farnese Hours) — Romada intibah rəssamı Culio Klovio tərəfindən kardinal Alessandro Farneze üçün hazırlanmış miniatürlü əlyazmadır. Vazarinin sözlərinə görə, kitabın hazırlanmasına rəssam doqquz il sərf etmişdir. Neopolitan muzeyində saxlanan kitab, 1903-cü ildə C.P. Moqran tərəfindən alınmışdır.Əlyazma, kitab miniatürü incəsənətinin ən son nümunələrindən biri olmaqla, intibah dövrünün ən məşhur müvafiq sənət əsəridir. Kitabın unikallığı ondadır ki, o, orta əsrlər yox, manyerizm dövrünə aiddir və kitab nəşri dövründə hazırlandığına görə, faktiki olaraq anaxronizmdir. == Tarixi == Əlyazmanın müəllifi olan Culio Klovio, 1530-cu illərin sonlarından kardinalın xidmətində olmuş və növbəti qırx il ərzində yalnız onun üçün çalışmışdır. XVI əsrin ortalarında, əsərin sifarişçisi Alessandro Farneze ən böyük sənət kolleksiyaçısı və messenat olmuşdur. Əlyazma kardinal Farnezenin vəsiyyətnaməsində ayrıca qeyd edilmiş iki sənət əsərindən biridir: o, əlyazmanın həmişə ailədə saxlanmasını və heç vaxt Farneze sarayından çıxarılmamasını istəmişdir. 1731-ci ildə sülalənin başa çatmasına kimi, əlyazma Farneze ailəsinə aid olmuş, daha sonra isə Neapolun yeni hakimləri və Farnezelərin qadın xətti ilə varisləri olan ispan (Siciliya) Burbonlarının əlinə keçmişdir.
Ginnesin Rekordlar Kitabı
Ginnesin Rekordlar Kitabı (ing. The Guinness Book of Records) — insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunmuşdur. == Tarixçəsi == "Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları tutur.
Mirdadın kitabı
Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mixail Nüayməyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". "Mirdadın kitabı" 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: "Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Məktublar kitabı
VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos"(Məktublar kitabi və yaxud Müraciətlər kitabı)xristianlığın tarixini gözəl əks etdirir.Bu abidə V-VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası,İberiya və Sasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir.Toplunun V-VII əsrlərə aid olan I hissəsi yunanlar,suriyalılar,albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir.Məktublar kitabı xristianlığın tarixi,Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.
Süleymin kitabı
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. == Haqqında == Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. == Tərcümə və nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur.Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Süleym ibn Qeys əl-Hilali Şiə kitablarının siyahısı == Xarici keçidlər == "İlk Kitab (II nəşr)" ( (az.)).
Təhsil kitabı
Təhsil kitabı — Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri, İbn Sinanın tələbəsi Əbülhəsən Bəhmənyar tərəfindən yazılmış kitab.Əbülhəsən Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada əsas yeri onun öz əsərləri tuturdu. Bu kitablardan "Təhsil kitabı", "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. göstərmək olar. "Təhsil kitabı" müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsərin həcmi 900 səhifədir. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra şəhərlərinin: Beyrut, İstanbul, Qahirə, London, Vatikan kitabxana və universitetlərində saxlanılır. Səkkiz əsr əlyazma halında olan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur.
Ustalar Kitabı
Yaradılış kitabı
Tekvin və ya Yaradılış, Tanax və Əhdi-Ətiqin ilk beş kitabını formalaşdıran Tövratın birinci kitabı. Ümumi olaraq 50 bölümdən ibarətdir. Kitabın adı Qərb dillərinə adı Yunancada "yaradılış, doğuş" mənasında olan Genesis sözündən keçmişdir. Yəhudi ənənəsində isə kitabın adı, kitabın ilk kəliməsi olan "ilk, başlanğıc" mənasına gələn Bişvil Reşit ya da qısaca Bereşit sözündən yaranmışdır. Dünyanın yaradılışını, Adəm ilə Həvvanı, cənnətdən qovulmanı, Habil və Qabili, Nuh Tûfânını, Babil qülləsini və İbrahim, İshaq, Yaqub və Yusif peyğəmbərlərin hekayələrini anladır.
Yer kitabı
== Kitabın içindəkilər == SSRİ Dövlət mükafatı laureatı, Kabarda-Balkar xalq şairi Qaysın Quliyevin adı təkcə sovet ölkəsində deyil, sərhədlərimizdən kənarda da hörmətlə, rəğbətlə çəkilir. Onun Balkar dilində yazdığı şeirlər və poemalar Qafqaz dağlarını aşıb uzaq-uzaq dillərə yayılmış, bir çox dillərə tərcümə olunmuşdur. Dağlar kimi vüqarlı, əzəmətli və müdrik, çaylar kimi coşqun olan insanların təbiəti, daxili aləmi, gələcəyə inamı Qaysın Quliyev yaradıcıllığının əsasını təşkil edir.
Yeremiyanın kitabı
Yeremiyanın kitabı (İvr: ספר יִרְמְיָהוּ) — Köhnə Əhdi-Ətiqdə son peyğəmbərlər hissəsinin ikinci kitabı olub, Yeşaya kitabından sonra və Hezekiel ilə On İki kiçik peyğəmbər kitablarından əvvəl gəlir. Müşahidələri köçürüldüyü üçün kitab adını, E.Ə. 7-ci əsrin sonları və E.Ə. 6-ci əsrin əvvəllərində Qüdsdə, Yehuda Krallığı babillilərə məğlub olduğu zamankı kral Yoşiya zamanında yaşamış peyğəmbər Yeremiyadan alır. Kitab, mürəkkəb və poetik olaraq ivrit dilində yazılmışdır (10:11 istisnadır çünki qəribədə olsa aramicə yazılmışdır). == Mətn və yazıları == Yeremiyanın kitabına aid parçaların bir qismi Kumranda dördüncü mağaradakı Ölü dəniz perqamentlərində tapıldı. Bu mətnlər, həm Masoretik mətn həm də Septuagint mətnlər ilə uyğunlaşmışdır. Bu kəşf, bu iki mətn arasındakı fərqliliklərə işıq tutdu; İlk Xristianlar üçün yunanca yazılan Septuagintin yalnız zəif bir tərcümədən ibarət olduğu ortaya çıxdı. Ölü dəniz çəngələri yayımının stajlı redaktoru Emanuel Tovun yazdığına görə, Masoretik variant ya ivritcə orijinalının yenidən yazılması ilə yaranıb, ya da bundan əvvəl hazırda iki fərqli variant yer almaqda idi. == Kompozisiya == Yeremiyanın kitabının, bu gün Qanunvericiliklər və ya bərabər dini islahatlar gətirən Qanunvercilik yazarları tərəfindən təsirlənib düzəliş edildiyi prizma hakimdir. Bu, həm Qanunvericilikdə həm Yeremiyanın kitabındakı dilin paralelliyi açıq şəkildə ortaya çıxır. Məsələn, həm Qanunvericilik 4:20 həm də Yeremiya 11:4 "dəmir əritmə ocağından" bəhs edir.
Ölülər kitabı
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbrüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Avvakum kitabı
Avvakum kitabı — Yəhudi Bibliyası və Əhdi-ətiqin bir hissəsi olan kitab. Yəhudi Bibliyasında Neviim bölməsində yerləşdirilmişdir. On iki kiçik peyğəmbərin səkkizinci kitabıdır. Kitabın müəllifi olaraq peyğəmbər Avvakum göstərilir və e.ə. VII əsrdə tərtib edildiyi güman olunur. == Müəllif == Kitabın birinci ayəsində Avvakumun bu kitabın müəllifi olduğuna işarə edilir, lakin Avvakumun özü haqqında demək olar ki, heç nə məlum deyil. Mütəxəssislər bu kitabın, xüsusən üçüncü fəslin liturgik xarakterinə əsaslanaraq, ehtimal edirlər ki, Avvakum məbəd peyğəmbəri və ya levili şair ola bilər. Onun adının etimologiyası dəqiq bilinmir və formasının ivrit dilində paraleli yoxdur. Adın Akkad dilində "bağ bitkisi" mənasını verən "xambbakuku" (akkad. 𒄩𒄠𒁀𒄣𒄣, ḫâmbaququ) sözü ilə qohum olması ehtimal olunur.
Vəhy Kitabı
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Han Tarixi Kitabı
Han Tarixi Kitabı və ya Öncəki Han Tarixi Kitabı 100 cilddən ibarət Han sülaləsinin tarixindən bəhs edən kitabdır. 111-ci ildə bitib və e.ə. 206-cı ildən eramızın 23-cü ilinədək olan tarixi əks etdirir. Kitabın əsas müəllifi Ban Biao olmuş, uşaqları Ban Qu və Ban Çao tərəfindən davam etdirilmişdir. == Strukturu == Kitab 100 cilddən ibarətdir. 12 cilddən ibarət salnamə (紀), 8 cilddən ibarət cədvəl (表), 10 cilddən ibarət xatirat (志), 70 cilddən ibarət bioqrafiya (傳) fəsillərindən ibarətdir. İyirmi Dörd Tarix seriyasının ikinci kitabıdır. Eramızın 23-cü ilindən sonrakı hadisələr Sonrakı Han Tarixi kitabında qeyd edilib.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.
Moldova Qırmızı Kitabı
Moldova Qırmızı Kitabı — Moldova Respublikasında yox olmaq təhlükəsində olan heyvan, bitki və göbələklər. Moldova Qırmızı Kitabına daxildir: 117 - bitki növü. 9 - göbələk növü. 116 - heyvan növü. Onlarda 14-ü məməlilər, 39-u quşlar, 8-i sürünənlər sinfinə daxildir. 12 - balıqlar. 37 - həşəratlar təşkil edir.
Stalin (Trotskinin kitabı)
Stalin (rus. Сталин) — 1938-1940-cı illərdə Lev Trotski tərəfindən yazılmış İosif Stalinin ikicildlik tərcümeyi-halı. İkinci cild müəllifin qətlinə görə tamamlanmadı. Nəşr ABŞ-nin İkinci Dünya Müharibəsinə daxil olması səbəbindən nəşriyyat tərəfindən təxirə salındı, kitab Soyuq müharibə başlayandan sonra işıq üzü gördü. Kitabda açıq-aşkar antistalinist yönüm var: sovet lideri bir sıra cinayətlər, o cümlədən Vladimir Leninin zəhərlənməsini törətməkdə ittiham olunur. Kitab bir çox dillərə tərcümə edilmişdir; ilk dəfə 1990-cı ildə SSRİ-də nəşr olunmuş və bestsellerə çevrilmişdir. == Yaranma tarixi == Ömrünün Meksikada keçirdiyi son bir neçə ilində Lev Trotski əsasən Sovet lideri İosif Stalin haqqında böyük əsər hazırlamaqla məşğul idi. Keçmiş Xalq Komissarının bu tərcümeyi-halının yaradılmasına 15 ildən çox vaxt həsr edilib. O, “xırda əyalət bolşevik funksionerinin” Sovet Rusiyasının “totalitar diktatoru”na çevrilməsi və “özünün həqiqətən də qeyri-məhdud hakimiyyəti təmin etməsi” haqqında sənədlər və materiallar toplamışdır. Sovet Rusiyası və "özünü həqiqətən qeyri-məhdud bir güc təmin edir".
Ölüm marşı kitabı
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı Qüdsdə və Moskvada ivrit, ingilis və rus dillərində nəşr edilib. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomuna layiq görülüb. Kitabda beynəlxalq terrorizmin bəşəri bəla olduğu tarixi faktlarla diqqətə çatdırılıb, ermənilərin apardıqları soyqırım siyasəti ətraflı tədqiq edilmiş, onların əsrlər boyu, xüsusilə 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında (Bakıda, Qubada və s.) törətdikləri qanlı hadisələr barədə ətraflı məlumat verilib. Həmin hadisələr zamanı düşmənlər təkcə azərbaycanlıların deyil, həm də burada yaşayan yüzlərlə yəhudinin qanını axıdıblar. Kitabın elmi məsləhətçiləri professor M.Aqarunov, tarix elmləri doktoru A.Pisman (İsrail), professor A.Todadzedir (Gürcüstan).
Anamın kitabı (film, 1994)
Anamın kitabı televiziya tamaşası rejissor Rövşən Almuradlı tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. Əsas rolları Lətifə Əliyeva, Hüsniyyə Mürvətova, Cəfər Namiq Kamaloğlu, Kazım Abdullayev və Fikrət Vəliyev ifa edirlər. == Məzmun == Ananın üç oğlu və bir qızı var. Oğlanların hər biri başqa — başqa ölkələrdə təhsil görüblər. Biri Rusiyada, o biri Türkiyədə üçüncüsü İranda islam məktəbi keçib. Qardaşlar təhsil aldığı ölkələrin mədəniyətlərinə inteqrasiya etdikləri üçün heç vaxt ortaq məxrəcə gələ bilmirlər, hətta bacılarını ərə vermək fikri olduğunda belə. Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. == Film haqqında == Film Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının motivləri əsasında çəkilib.
Azərbaycan Respublikası Xatirə Kitabı
Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı. == Kitab haqqında == Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
Azərbaycan SSR-in qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. == Redaksiya heyəti == B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycan SSR-nin qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. == Redaksiya heyəti == B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. == İstinadlar == Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heycanlar aləmi". Тom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na adı yazılanların siyahısı
== 2007 == Aşurov Mustafa Əhməd oğlu— 14.06.2007 Eyyublu Osman Fəxri oğlu— 14.06.2007 İbrahimli Pərvaz Araz oğlu— 14.06.2007 Kərimova Cəmilə Rüstəm qızı— 14.06.2007 Mehmandarov Mustafa Adil oğlu— 14.06.2007 Məmmədov Nicat Azər oğlu— 14.06.2007 Nəcəfli Nərmin Etibar qızı— 14.06.2007 Rəsulov İsrafil Fərhad oğlu— 14.06.2007 Rzayev-Sarabski İsfar Aydın oğlu— 14.06.2007 Rzayeva Fəridə Cavanşir qızı— 14.06.2007 Seyidova Ceyla Uran qızı— 14.06.2007 == 2008 == Arabova (Qurbanova) Rəvanə Söhrab qızı— 05.03.2008 Əhmədov İlkin Qənbər oğlu— 05.03.2008 İbrahimov Elməddin Bəhmən oğlu— 05.03.2008 Mirzəliyev Abgül Ərzulla oğlu— 05.03.2008 Muradova Güllü Rauf qızı— 05.03.2008 Niftalıyev Babək Muğan oğlu— 05.03.2008 == 2009 == Vurğun Vəkilov == 2010 == Əlizadə Fuad Telman oğlu — 17.09.2010 Həsənov Kamil Sənan oğlu — 17.09.2010 Hüseynova Nərgiz Ələkbər qızı — 17.09.2010 Mayılov Kənan Eldəniz oğlu — 17.09.2010 Nəcəfzadə Minirə İlham qızı — 17.09.2010 Ömərli Kamran İmran oğlu — 17.09.2010 Yunusov İsmayıl Səbuhi oğlu — 17.09.2010 == 2011 == Əmiraslanov Nəriman Sabir oğlu — 19.12.2011 Həsənov Yasin Etibar oğlu — 19.12.2011 Həsənova Aygül Elçin qızı — 19.12.2011 Hüseynov Emin Valeh oğlu — 19.12.2011 Şahgəldiyeva Mədinə Elçin qızı — 19.12.2011 == 2012 == Abbasov Murad Eldar oğlu — 29.03.2012 Ağalarova Günay Adil qızı — 29.03.2012 Babayeva Vüsalə Zakir qızı — 29.03.2012 Hüseynli Məhərrəm Rüfət oğlu — 29.03.2012 Kərimov Ənvər Rüstəm oğlu — 29.03.2012 Manafzadə Atabala İkram oğlu — 29.03.2012 Xancalova Firuzə Arif qızı — 24.09.2012 Məlikov Əli Həsən oğlu — 24.09.2012 Şükürov Mirpaşa Mustafa oğlu — 24.09.2012 Vəliyev Nəcəf Xəluq oğlu — 24.09.2012 Yusifov Yusif Nadir oğlu — 24.09.2012 == 2013 == Abdullayeva Züleyxa Nazim qızı — 14.10.2013 Bəylərova Firuzə Rauf qızı — 14.10.2013 Cəfərov Mircavid Mircavad oğlu — 14.10.2013 Əmiraslanova Səmra Mətin qızı — 14.10.2013 Xanlarov Cahandar İslam oğlu — 14.10.2013 İsmayılov Atabəy Xəzər oğlu — 14.10.2013 Mailova Jalə Eldəniz qızı — 14.10.2013 == 2014 == İbrahimova Aytən Ümid qızı — 08.10.2014 Zeynalova Leyla Samir qızı — 08.10.2014 == 2015 == Əsgərzadə Cəmilə Fuad qızı — 21.07.2015 Əzimova Çinarə Mehman qızı — 21.07.2015 == 2016 == Hüseynova Fidan Yaqub qızı — 06.10.2016 Məmmədov Əli Zaur oğlu— 06.10.2016 Məsimov Nicat Rafiq oğlu— 06.10.2016 Behbudov Rəşid Ələddin oğlu— 21.12.2016 İsmayılova Nərminə Zahid qızı— 21.12.2016 == 2017 == Əliyeva Zərrin Tahir qızı — 12.01.2017 İbrahimov Murad Aydın oğlu — 12.01.2017 Hacıyev Mahir Yaqub oğlu — 12.01.2017 Məmmədov Elçin Nəriman oğlu — 12.01.2017 == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 1996-cı il tarixli Fərmanı — anl.az saytı Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAM. Bakı şəhəri, 14 iyun 2007-ci il. № 2225.
Cəngəllik kitabı (cizgi filmi, 1967)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1967-ci ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Volt Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi, 2003-cü ildə davamı olan "Cəngəllik kitabı 2" cizgi filmi çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı (film, 1994)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1994-cü ildə Stiven Sommers tərəfindən çəkilən filmdir. Filmin distribütori "Buena Vista Pictures" kinokompaniyasıdır. Bu film ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. 1967-ci ildə çəkilən Cəngəllik kitabı cizgi filminin remeykidir. == Məzmunu == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı 2 (cizgi filmi, 2003)
Cəngəllik kitabı 2 (ing. The Jungle Book 2) — 2003-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı 2 — Internet Movie Database saytında.
Cəngəlliklər kitabı (film, 2016)
Cəngəllik kitabı (ing. The Jungle Book) — Con Favro tərəfindən rejissorluğu, Castin Marks tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal edilən fantaziya macəra filmi. == Məzmun == Mauqli Hindistanda meşədə qurd Rakşa tərəfindən böyüdülən, Akelanın liderlik etdiyi sürüdə yaşayan və panter Bagira tərəfindən tapılan "insan balası"dır. Akela onun insan kimi olmasını qəbul etməmişdir. Bir gün quraqlıq mövsümündə cəngəllik heyvanları yırtıcılar yeyilmə qorxusu olmadan su içmək üçün toplaşıb atəşkəs elan edərlər. Ancaq yaralı Benqal pələngi Şir Xan Mauqlinin qoxusunu hiss edib gəldiyində atəşkəs pozular. O, quraqlığın sonunda Mauqlini öldürəcəyini dair xəbərdarlıq edər. Mauqli özünün təhlükəsizliyi üçün cəngəlliyi tərk etməyə qərar verər. Bagira yaxınlıqdakı insan kəndinə qədər ona rəhbərlik qərarı verər. Yolda Şir Xan onları izləyər və Bagiranı yaralayar, ancaq Mauqli qaçmağı bacarır.
Elayın kitabı (film,2010)
İlayın kitabı (ing. The Book of Eli) — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Filmin rejissorları Hyuz qardaşlarıdır. Denzel Vaşinqton "İlay" personajının rolunu canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == «İlayın kitabı» — Internet Movie Database saytında.
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 58.59 dəfə / 1 mln.
2002 ••••••••••••••• 82.23
2003 •••••••••••••• 76.37
2004 •••••••••••••• 75.46
2005 •••••••••••••• 78.95
2006 •••••••••••••••••••• 114.87
2007 •••••••••••••••• 86.26
2008 ••••••••••••••• 83.56
2009 ••••••••••••••• 82.87
2010 ••••••••••••• 71.80
2011 •••••••••••• 65.37
2012 •••••••••••• 68.32
2013 •••••••• 45.07
2014 •••••••• 43.42
2015 •••••••• 45.93
2016 ••••••• 35.58
2017 ••••••• 39.83
2018 •••••• 31.76
2019 •••••• 30.32
2020 •••••• 29.57

"kitabı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kitabı nədir? #kitabı sözünün mənası #kitabı nə deməkdir? #kitabı sözünün izahı #kitabı sözünün yazılışı #kitabı necə yazılır? #kitabı sözünün düzgün yazılışı #kitabı leksik mənası #kitabı sözünün sinonimi #kitabı sözünün yaxın mənalı sözlər #kitabı sözünün əks mənası #kitabı sözünün etimologiyası #kitabı sözünün orfoqrafiyası #kitabı rusca #kitabı inglisça #kitabı fransızca #kitabı sözünün istifadəsi #sözlük