kitab sözü azərbaycan dilində

kitab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kitab • 81.6910%
  • Kitab • 18.2811%
  • KİTAB • 0.0178%
  • kİtab • 0.0051%
  • Kİtab • 0.0051%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kuzari (kitab)
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Kitab
Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib. == Tarixi == İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub.
Gəlin (kitab)
"Gəlin" — Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. == Məzmun == Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kapital (kitab)
Kapital (alm. Das Kapital‎; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie‎) — siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub. == Haqqında == 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu.
Kitab oğrusu
Kitab Oğrusu, Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab Nazı Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II. Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində New York Times Ən Çox Satanlar siyahısında yer almışdır. == Məzmun == Lizel qatarda qardaşı öldüyü əsnada, onları övladlığa götürən ögey ana və atasının yanına gedir. Qardaşının dəfnində bir kitab tapan Lizel, onu 'oğurlayır'. Qalacağı evə gələndə, ögey atası Hans Huberman ona oxumağı öyrədir. Nasistlərin kitab yandırma mərasimində, yanmaqda olan kitablar vasitəçiliyi ilə bir zabit Lizelin "əxlaqsız" və "əlverişsiz" düşüncələr ilə beynini doldurur və Alman cəmiyyətinin təmiz qala bilməsi haqqında bir mətn danışır. Kitab yandırma mərasimindən dərhal sonra Lizel alovun altında qalan bir kitabı götürüb saxlayır və onu evinə aparır. Bu əsnada onu, ögey anası Roza Hubermanın bir müştərisi və bələdiyyə başçısının arvadı olan İlza Herman görür.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Kosmos (kitab)
"Kosmos" (ing. Cosmos) — astronom və "Pulitser" mükafatı laureatı Karl Saqanın kitabı. Karl Saqanın bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi qarışıq elmi fikirləri öyrənmək istəyən hər kəsə bunların izah edilməsini təmin etməkdir. Karl Saqan həmçinin televizorun icad edilmiş ən yaxşı öyrənmə vasitəsi olduğuna inanırdı. "Kosmos" "New York Times"ın siyahısına görə ən çox satılan elmi kitab oldu. Kitabın 2013-cü ildə Enn Druyan və Nil Deqrass Taysonun ön söz və məqalələrinin yer aldığı yeni nəşri buraxıldı. == Məzmun == Kitabda kosmologiya, antropologiya, biologiya, astronomiya kimi bir çox elmlər əsrlər boyu inkişaf mərhələləri ilə ətraflı qeyd edilmişdir. Karl Saqan kainatın bu böyüklüyü ilə minlərlə sivilizasiyaya ev sahibliyi edə biləcəyinin mümkün olduğunu, lakin belə bir sivilizasiyanın Yerə gəlməsinə dair heç bir sübut olmadığını bildirmişdir. Kainatın 15 milyard illik inkişafını, sivilizasiyaların və elmin yüksəlməsini, gələcəkdəki vəziyyəti elmi və fəlsəfi cəhətdən izah etmişdir. Həmçinin alimlərin həyatlarından bəhs edərək onların müasir elmə verdikləri töhfələrdən söz açmışdır.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir. Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar. Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Məhşər (kitab)
Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı. Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir. İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm".". "Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır. == Məzmun == "Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
Məktubat (kitab)
"Məktubat" – Səid Nursi tərəfindən yazılmış Risale-i Nura daxil olan əsərlərdən biri.
MəqsədliSən?! (kitab)
Pianoçu (kitab)
Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanının və Varşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır. Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qaradağlılar (kitab)
Qırmızı Kitab
Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan rəsmi dövlət kitabı. Qırmızı kitablar beynəlxalq, milli və regional səviyyədə ola bilir. == Beynəlxalq qırmızı siyahı kateqoriyaları == IUCN aşağıdakı kateqoriyaları qəbul edir: EX – Extinct (Nəsli kəsilmiş) EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan) CR – Critically Endangered (Son həddə çatmışlar) EN – Endangered (Nəsli kəsilmə təhlükəsi olanlar) VU – Vulnerable (Həssas növlər) NT – Near Threatened (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar) LC – Least Concern (Az qayğı tələb edənlər) DD – Data Deficient (Haqqında məlumat olmayanlar) NE – Not Evaluated (Qiymətləndirilməmişlər) == Tarix == IUCN təşkiltaının 2007-ci ilin təsnifatına əsasən nəsli kəsilmək təhlükəsində olan 16 308 növ qeyd edilmişdir. 1964-cü ildə təsis (həmçinin IUCN Qırmızı Siyahısı və ya Qırmızı siyahısı kimi tanınan) qorxutdu. Növlərin IUCN Qırmızı siyahısı, bioloji növlərin qlobal qorunması statusu dünyanın ən əhatəli inventar edir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) növlərinin qorunması vəziyyəti dünyanın əsas orqandır. Regional Red Lists bir sıra siyasi idarə vahidinin çərçivəsində növ yox riskini qiymətləndirmək ölkə və ya təşkilatlar tərəfindən istehsal olunur. IUCN Qırmızı Siyahısı növ və yarımnövü minlərlə extinction riskini qiymətləndirmək üçün dəqiq meyarlar əsasında müəyyən edilir. Bu meyarlar bütün növ və dünyanın bütün regionlarında müvafiq olan. Məqsəd növ extinction azaltmaq üçün cəhd beynəlxalq ictimaiyyəti ictimai və siyasətçilər üçün konservasiya məsələləri aktuallığını çatdırmaq, eləcə də kömək etməkdir.
Sarı kitab
Sirr (kitab)
Sirr (ing. The Secret) — eyni adlı film əsasında Ronda Börn tərəfindən yazılan və 2006-cı ilin ən yaxşı satılan mənəvi özünə yardım kitabı.
Səfikürdlülər (kitab)
Səyahətnamə (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Təzadlar (kitab)
Hamlet İsaxanlının 2001-ci ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü görmüş şeirlər kitabı (redaktoru və giriş məqaləsinin müəllifi Camal Mustafayevdir). == "Poeziya intellektlə qovuşur" == "Təzadlar" kitabına fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev "Poeziya intellektlə qovuşur" adlı giriş məqaləsi yazmışdır. Həmin giriş sözündən alıntılar "Təzadlar" haqqında doğru təsəvvür verir: "Hamlet İsaxanlının heyrətamìz çoxcəhətlì alìmlìyì həmìşə dìqqətì çəkìr. Riyaziyyat, fəlsəfə, ədəbiyyat (xüsusìlə poeziya), tarix, musiqi… sahələrìnì öz dünyagörüşündə ehtìva edìr. Onun vüsətlì ìdrakı rasìonal təfəkkürlə bədìì qavrayışı bìrləşdìrìr. Yaradıcı xəyalının mìllì poetìk ahəngdə kökləndìyìnì "Təzadlar" şeirlər kìtabı barìz əks etdìrìr. Bədìì ənənəmìz zəmìnìndə öz fərdì yaradıcılıq tərzìnì formalaşdırıb. "Təzadlar" kìtabında şeirlər sayca o qədər çox deyìl, ancaq mövzuları çeşìdlì, rəngarəngdìr. Burda şeirə həssas oxucuları düşündürəcək motìvlər az deyìl. Gənclərìn hìsslərìnì, yaşlıların müdrìk fìkrìnì cəzb edən motìvlər.
Xisal (kitab)
Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı. == Məzmun == “Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır. Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur. Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır. == Nəşr == Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Xisal (Xislətlər)" ( (az.)).
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. == Təsir == ==== Liviyada ==== İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. ==== Dünyada ==== 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. == Kitab == Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.
Ziyarət (kitab)
"Ziyarət" – Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. "Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik "Ziyarət" poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır". (Supercildin iç üzündən) == Fəlsəfi şeirlər == Mənası "ye, iç, yat" olan ömür, "Nə dərin həyəcan, nə fəryad / Sevdasız bir həyat – nə həyat?!" kimi vəziyyət şairi qane etmir, o, kitabdakı ilk şeirində, oxucunu arzuları həyata keçirmək üçün fəal həyata çağırır. Həyata adətən nikbin baxan, gözəlikdən ilham alan H. İsaxanlı təbiətə vurğunluğunu ifadə edir Şair səyahəti sevsə də, ordakı gözəllik önündə düşüncələrə dalır, "Amma həyat nə kef, nə tamaşadı / Xeyli turşməzədir həyatın dadı". Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir… Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. Şair bilir ki "Getdiyim yol qırılacaq / Bir gün tamam bitəcək". Lakin kimlərinsə onu yada salacağını da bilir… Və ya İnsan ömrü boyu öyrənir. Nyuton, Nizami, Şekspir, Tolstoy, Mövlanədən dərs almaq yaxşıdır, lakin öz kimliyinə malik olmaq, ümumi xora qoşulmamaq mümkündürmü? İnsanı insan edən onun müstəqilliyi, özünəməxsusluğu deyilmi?!
İdeal (kitab)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir. Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən.
Bej kitab
Bej kitab (ing. Beige Book) (Fed’s Beige Book) — ABŞ Federal Ehtiyat Sisteminin iqtisadi icmalı, onun bir hissəsi olan 12 regional bankın hesabat sənədləri əsasında dərc olunur. Sənədin rəsmi adı "Federal Ehtiyat Dairəsinin Mövcud İqtisadi Şəraitlərə dair Şərhinin Xülasəsidir". == Tarixi == Bu hesabatın tarixi 1970-ci ildə ABŞ Federal Ehtiyat Sisteminin sədri olmuş Artur Byorns tərəfindən təklif edilmişdir. Byornsdən əvvəl regional bankların hər biri öz bölgələrindəki işgüzar əlaqələrdən alınan məlumatları Fed-in iclasında təqdim etdi. Byorns hesab edirdi ki, məlumat ABŞ Federal Ehtiyat Sisteminin rəsmiləri tərəfindən Açıq Bazar Əməliyyatları Komitəsinin iclaslarından əvvəl qeydə alınsa və təqdim edilsə, daha faydalı olar. Bej Kitabı ilk dəfə 1983-cü ildə nəşr edilmişdir. Fed-in Bej Kitabı adını üz qabığının rəngindən almışdır. == Məzmunu == Ümumilikdə hesabatda ABŞ regionlarında sənaye istehsalı, əmək bazarı, daşınmaz əmlak, maliyyə sənayesi, bank sektoru, kənd təsərrüfatı və xidmət sektorunun cari vəziyyəti əks olunub. Hesabat öz bölgəsindəki Federal Ehtiyat Banklarının hər biri tərəfindən toplanan qeyri-rəsmi şərhlərə əsaslanır.
Gürcüstan Milli Elmi Kitabxanası
Gürcüstan Milli Elmi Kitabxanası (gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა) — Tbilisi şəhərində yerləşən elmi kütləvi kitabxana. Kitabxana 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının açılışı ilə eyni vaxtda yaradılmışdır. İlkin dövrlərdə yalnız Akademiyanın elmi heyətinə xidmət edirdi. İlk adı da Gürcüstan Elmlər Akademiyası Kitabxanası olmuşdur. Yaradılanda kitab fondu cəmisi iki min nüsxə idi. Bundan əlavə, Akademiyanın tərkibinə daxil olan elmi tədqiqat institutlarının öz elmi kitabxanaları var idi. Akademiyanın yaradılması ilə birlikdə, 1945-ci ildə uğurla həll olunan fundamental kitabxana yaratmaq məsələsi ortaya çıxdı. Yalnız bir neçə il sonra, demək olar ki, bütün elm sahələrinin ədəbiyyatı ilə zənginləşdirilmiş kitabxana fondu artıq 400 minə yaxın çap vahidinə malik idi. Kitabxana üçün xaricdə nəşr olunan gürcü dilli kitabların vətənə qaytarılması əsas məsələ olmuşdur.
Gürcüstan Milli Parlament Kitabxanası
İlya Çavçavadze adına Gürcüstan Milli Parlament Kitabxanası (gürc. საქართველოს პარლამენტის ეროვნული ბიბლიოთეკა ) — Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dövlət mədəniyyət, təhsil və elmi informasiya qurumu. Kitabxana 2000-ci ildən gürcü şairi İlya Çavçavadzenin adını daşıyır. Şəhərin mərkəzində Lado Qudiaşvili küçəsindəki üç binada - keçmiş Gürcüstan İrsi Torpaq Bankının binasında, keçmiş Volqa-Kama Bankının Tiflis filialının binasında və keçmiş Dövlət Bankının binasında; dördüncü bina S.Tsintsadze küçəsindəki Saburtaloda yerləşir. 2012-ci ildə Avlabar mətbəəsinin muzeyi binası (Kaspi küçəsi, 7) kitabxanaya verilmişdir. == Tarixi == Əhalinin bütün təbəqələri üçün əlçatan olan kitabxana, 1846-cı ildə, General-Qubernatorluğun binasında Tiflis Xalq Kitabxanası yaradıldıqdan sonra mümkün oldu. 1848-ci ildə görkəmli ictimai xadim Dmitri Kipianinin təşəbbüsü ilə yaradılan "Şəxsi əlaqəli kitabxana" kolleksiyası yeni yaradılan kitabxananın fonduna daxil oldu. 1852-ci ildə kitabxanaya Qafqazda çap olunan bütün nəşrlərin iki pulsuz nüsxəsini almaq hüququ verildi. 1859-cu ilə qədər Tiflis Xalq Kitabxanasının fondu 19 dildə 13.260 nüsxə nəşrdən ibarət idi. Kitab kolleksiyası böyüdükcə, General-Qubernatorluğun binası artıq tələblərə cavab verə bilmədi və 1851-ci ildə kitabxana üçün yeni bir bina inşa edildi.
Gəncə üsyanı - 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. == Məzmun == Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. == Nəşr və tərcümə == İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Gəncə üsyanı – 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. == Məzmun == Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. == Nəşr və tərcümə == İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Hacı Rəhim xan Çələbiyanlı (kitab)
Hakimiyyətin 48 Qanunu (kitab)
"Hakimiyyətin 48 Qanunu"- Robert Qrin tərəfindən yazılmış biznes, özünüinkişaf kitabı. Kitab lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətindən bəhs edir. == Haqqında == Bu kitabda əhəmiyyətli rol oynayan çox sayda fransız personajlar var. Hakimiyyətin 48 Qanunu kitabına yazıçı ilə birgə Yoost Elffers və Yoosta Makiavellin , Les, Sumiko, Anna Billerlər və Mixael Şvarsta, Makia Velli, və Anri Le Qubenənın təcrübələri əsasında yazılmışdır. İnsanlara lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə kömək edir.
Heydər Əliyev. Azərbaycan elminin keşiyində (kitab)
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
Heydər Əliyev (kitab)
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (kitab)
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı (kitab)
Heydər Əliyev və Qafqazda Sülh Prosesi (kitab)
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Jurnalistlər üçün hərbi məlumat kitabı
Jurnalistlər üçün hərbi məlumat kitabı — jurnalistlər üçün nəzərdə tutulmuş məlumat kitabı. Tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir. Kitabın redaktoru Cavid İsmayıldır. Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib. == Mənbələr haqqında == Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib. Kitabın tərtibçiləri Rəşad Süleymanov və Ramil Məmmədov, redaktoru Cavid İsmayıldır. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb.
Kabinetlandiya (kitabxana)
Kabinetlandiya - Səhra ortasında, Mattheue Passmore tərəfindən qurulan və yalnız 3 siyirməsi olan kitabxana, dünyanın ən təhlükəli və ən maraqlı kitabxanası hesab olunur. == Yaranma tarixi == Amerikalı rəssam Qordon Matta-Klark 1973-cü ildə Nyu-Yorkda 15 kiçik ərazi alır. Təxminəm insan çiyni genişliyində olan bu ərazilərin şəkillərini çəkir və kataloqunu hazırlayır. Bununla o, mülkiyyət anlayışını mühakimə edən bir sənət əsəri yaradır. 30 il sonra, Matta-Klarkdan ilhamlanan "Cabinet" jurnalı, ABŞ-nin Meksika ştatında çölün ortasında kiçik bir ərazi alır. Mədəniyyət jurnalı, Bruklindəki mərkəzi ofisindən 3 min kilometr uzaqdakı bu yeni torpağına "Kabinetlandiya" (ing. "Cabinetlandia") adını verir. Beləcə, 325 dollara alınan kiçik ərazidə ABŞ-nin ən təhlükəli və maraqlı kitabxanası yaradılır. == Fəaliyyəti == Kutabxana 3 siyirmədən ibarətdir. Dolabın üstündəki siyirmədə bir kitabxana kartı, bir kitab kataloqu, bir ziyarətçi dəftəri və kitab oxuyarkən üzərində oturmaq üçün bir yastıq var.
Kelsus Kitabxanası
Efes Kelsus Kitabxanası — Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür. Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000 Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Kopenhagen Kral Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Köprülü kitabxanası
Köprülü kitabxanası — Osmanlı imperiyasında müstəqil kitаbхаnаlаrın ilk nümunəsidir. 1661-ci ildə vəfаt еdən Köprülü Mehmed Pаşаnın inşasına başladığı böyük mədrəsə kompleksinin yаlnız mədrəsə, hаmаm, türbə hissəsini tikdirməyə macal tapmışdı. Onun ölümündən sonra оğlu Köprülü Fаzil Əhməd Pаşа аtаsının vəsiyyətinə əməl еdərək mədrəsə kоmplеksinin tikintisini bаşа çаtdırа bilmişdi.

kitab sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü. // Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab. – Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət” sözünü nə eşitmədim, nə də bir kitabda gördüm. C.Məmmədquluzadə. Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. S.Hüseyn. // Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi. □ Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı. 2. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm” romanı iki kitabdan ibarətdir. □ Kitab dili – canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub. ◊ Kitab açdırmaq din. – Quranla fala baxdırmaq. Aman ay molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini, sən də de ordan: “ölübə!” M.Ə.Sabir. Kitab açmaq din. – Quranla fala baxmaq. Abidi çağırıb dedilər: – Bir kitab aç, görək padşahın dərdi nədir? (Nağıl). Kitab bağlamaq – tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq. – Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. [Kərim baba:] …Mən əgər yazı-pozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. Kitab bağlanmaq – sona çatmaq, sona yetmək, iş bitmək. [Aftil:] Bəh, bəh! Kitab bağlandı. C.Cabbarlı. Kitab əhli – bax əhli-kitab (“əhl”də). Kitaba baxmaq – bax kitab açmaq. Kitaba əl basmaq din. – Qurana and içmək. Kitabı bağlanmaq – axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı. – Daha bunun kitabı bağlandı, – deyə bəzən neftçilər quyudan əllərini üzdülər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / kitab
  • 2 ə. 1) müəyyən mətn yazılmış, ən azı 48 səhifədən ibarət cildlənmiş əsər; 2) yazı yazmaq, haqq-hesab etmək üçün cildlənmiş böyük ölçülü dəftər; dəftərxana kitabı; 3) ədəbi və ya elmi əsər. Kitabi-asimani Allah tərəfindən göydən nazil edilmiş üç kitab – Qur’an, İncil, Tövrat.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kitab

kitab sözünün rus dilinə tərcüməsi

  • 1 1. книга; 2. книжный;

    Azərbaycanca-rusca lüğət / kitab
  • 2 I сущ. книга: 1. печатное издание в виде сброшюрованных, переплетенных вместе листов с каким-л. текстом. Qalın kitab толстая книга, библ. nadir kitab редкая книга, uşaqlar üçün kitab книга для детей, kitabın quruluşu архитектоника книги, kitabın adı название книги, kitabın əlfəcini закладка книги; kitab oxumaq читать книгу 2. сочинение, произведение более или менее значительного объема, напечатанное отдельным изданием. Maraqlı kitab интересная книга, şeirlər kitabı книга стихов, müasir kitab современная книга; kitab yazmaq написать книгу, kitabı vərəqləmək листать, полистать книгу 3. сшитые в один переплет листы бумаги для каких-л. записей. Şərəf kitabı книга почета, təkliflər və şikayətlər kitabı книга жалоб и предложений, mühasibat kitabı бухгалтерская книга, qeydiyyat kitabı книга регистраций 4. крупное подразделение литературного произведения (обычно романа). “Qılınc və qələm” romanının birinci kitabı первая книга романа “Меч и перо” II прил. книжный: 1. относящийся к книге, связанный с нею, предназначенный для нее. Kitab cildi книжный переплет, kitab üzü книжная обложка, kitab ticarəti книжная торговля, kitab rəfi книжная полка, kitab salnaməsi книжная летопись, kitab fondu книжный фонд, kitab formulyarı книжный формуляр, kitab mağazası книжный магазин 2. характерный для письменного изложения. Kitab sözləri книжные слова, kitab dili книжный язык; kitab palatası книжная палата, kitab nəşriyyatı книжное издательство, dərs kitabı учебник, kitab anbarı книгохранилище, kitab bağlamaq брошюровать книгу, kitab həvəskarı библиоман, kitab təsviri книгоописание, kitab mübadiləsi книгообмен; зоол. kitab qurdu книгоед (насекомое, заводящееся в старых бумагах, книжная вошь), kitab cücüləri чешуйница (бескрылое насекомое отряда щетинохвосток) ◊ kitab açdırmaq религ. попросить кого гадать по Корану; kitab açmaq гадать по Корану; kitab bağlamaq kim, nə haqqında восхвалять, воспевать кого, что; kitaba baxmaq см. kitab açmaq; kitaba əl basmaq религ. клясться, поклясться Кораном; kitabda yazılan kimi как по писаному; kitabı bağlanıb kimin песенка спета чья, кого

    Azərbaycanca-rusca lüğət / kitab

kitab sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. book; dərs ~ı text-book; əlifba ~ı primer; ABC book; fənn ~ı manual; fizika / kimya / cəbr və s. ~ı manual / course of physics / chemistry / algebra, etc.; sorğu / məlumat ~ı reference book; rəylər ~ı book / record of imperessions; visitors book; ~ üzərində iş book-work; ◊ ~ açmaq / ~a baxmaq to tell* fortunes (by Koran); ◊ ~a əl basmaq to swear on Koran; ◊ ~ı bağlanmaq to be* done for; Onun kitabı bağlandı He is done for; His goose is cooked idiom. II. s. book; bookish; ~ mağazası book-shop; amer. book-store; ~ rəfi book-shelf; ~ şkafı bookcase; ~ kiosku book-stall; ~ qurdu bookworm; ~ həvəskarı booklover; ~ satışı bookselling; ~ əhli bookman*; ~ nəşri bookprinting; ~ ticarəti book-trade; ~ dili bookish language; ~ ifadəsi bookish expression; ~ üslubu / ifadə tərzi pedantic style; Kitab palatası Book Chamber

    Azərbaycanca-ingiliscə lüğət / kitab

kitab sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) livre m ; bouquin m fam ; əlifba ~ı alphabet m ; sorğu ~ı livre de référence ; ~a baxmaq interroger l’avenir ; dire la bonne aventure ; ~a əl basmaq jurer sur Coran ; mettre sa main sur Coran en jurant ◊ onun ~ı bağlandı son oie est frite (idm.) ; 2) sif. de livre ; ~ həvəskarı amateur m du livre, bibliophile m ; ~ ifadəsi tournure f expression f, livresque

    Azərbaycanca-fransızca lüğət / kitab

kitab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ктаб, китаб; улуб; qalın kitab яцӀу ктаб; // эсер; kitab yazmaq ктаб кхьин; kitabın müəllifi ктабдин автор (кирам); // ктабдин (мес. ччар, жилд); ктабрин (мес. магазин, шкаф); kitab dili ктабдин чӀал, рахунрин чӀалакай фаркьлу яз литературадиз, кхьинриз хас тир чӀал; kitab palatası ктабрин палата (Азербайжандин кьилин библиографиядин идарадин тӀвар); ** kitab açdırmaq дин. ктаб ахъайиз тун (гун), къуръандай фалдиз килигиз тун (гун); kitab açmaq дин. ктаб ахъаюн, къуръандай фалдиз килигун; kitab bağlamaq ктаб кутӀунун, тарифун; kitab bağlanmaq ктаб кӀев хьун, эхир хьун, эхир агакьун, кар тамам хьун; kitab əhli кил. əhl (əhli-kitab); kitaba baxmaq кил. kitab açmaq; kitaba əl basmaq дин. ктабдал гъил тун (эцигун), къуръандал кьин кьун; kitabı bağlanmaq ктаб кӀев хьун, эхир хьун, эхир агакьун, кар тамам хьун, куьтягь хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kitab

kitab sözünün türk dilinə tərcüməsi

"kitab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kitab nədir? #kitab sözünün mənası #kitab nə deməkdir? #kitab sözünün izahı #kitab sözünün yazılışı #kitab necə yazılır? #kitab sözünün düzgün yazılışı #kitab leksik mənası #kitab sözünün sinonimi #kitab sözünün yaxın mənalı sözlər #kitab sözünün əks mənası #kitab sözünün etimologiyası #kitab sözünün orfoqrafiyası #kitab rusca #kitab inglisça #kitab fransızca #kitab sözünün istifadəsi #sözlük