* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. Bir şəxsə və ya camaata müraciətlə deyilən sözlər; müraciət. Məcnun ki, eşitdi bu xitabı; Verdi bu əda ilə cavabı. Füzuli. İlimizin hər günü, yaxşı bilirəm ki, mən; Ağsaçlı atalardan xitabdır nəsillərə. S.Rüstəm. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə mənə xitab yazılan bir kağız görürəm… Mir Cəlal. □ Xitab etmək (eləmək) – müraciət etmək, üzünü tutaraq söz demək. [Şah] sonra üzün hərəmlərə tutub xitab elədi: Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburəm ki, bir yaman xəbər sizə elan edəm. M.F.Axundzadə. Zeynal çox mütəəssir idi. Mehribanın xoş bir şivə ilə ona xitab etməsi həyəcanını artırdı. S.Hüseyn. 2. qram. Cümlədə kimə işarə edildiyini bildirən, lakin qrammatik cəhətdən cümlə üzvü olmayan söz və ya söz qrupu. Xitabdan sonra nida işarəsi qoymaq.
Azərbaycan dilinin izahlı lüğəti / xitab2 ə. 1) birinə söz söyləmə; demə // müraciət; 2) kimə işarə edildiyini bildirən, lakin qrammatik cəhətdən cümlə üzvü olmayan söz və ya söz qrupu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xitab2 сущ. обращение: 1. устар. призыв, речь, обращенные к кому-л., чему-л.; воззвание 2. лингв. слово или группа слов, называющие лицо, предмет, к которому обращаются с речью. Xitabdan sonra nida işarəsi qoymaq поставить после обращения восклицательный знак; xitab etmək, eləmək обращаться, обратиться; xitab cümləsi вокативное предложение
Azərbaycanca-rusca lüğət / xitab1 [ər.] 1. хитаб, муражиат; xitab etmək (eləmək) хитаб авун, муражиат авун, чин элкъуьрна гаф лугьун; 2. грам. хитаб.
Azərbaycanca-ləzgicə lüğəti / xitab