* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? M.F.Axundzadə. Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi. M.Hüseyn. 2. Yalan, qeyri-həqiqət. [Vəzir:] Sənin çörəyin mənə qənim olsun, əyər xilaf ərz edirəm. M.F.Axundzadə. [Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz. Leylanı sənə verərəm. Lakin sən mənə qırx gün möhlət ver. Ü.Hacıbəyov. ◊ Vədi xilaf olmaq – bu və ya başqa səbəbə görə vədini, dediyini yerinə yetirə bilməmək. [Molla İbrahim Xəlil:] Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. Vədinə xilaf çıxmaq – verdiyi sözü, vədi yerinə yetirməmək, yalançı çıxmaq. [Əbülhəsənbəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. M.S.Ordubadi. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta. Qoy vədinə xilaf çıxan utansın! M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / xilaf2 ə. 1) zidd, qarşı, əks; 2) ixtilaf, ziddiyyət; 3) söyüd (ağac).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xilaf1 XİLAF – DOĞRU Tənqid hər kəsə aid olsa da, müəllifə xilaf işdir (Mir Cəlal); Sərimək nədir, doğru sözümdür (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / xilaf2 I сущ. 1. ложь, неправда. Sözündə xilaf ложь в его словах 2. измена. Öz əqidəsinə xilaf измена своим убеждениям II послел. против, вопреки. Adətin xilafına против привычки, iradəsi xilafına вопреки своей воле, öz arzusu xilafına вопреки своему желанию; vədinə xilaf çıxmaq изменить своему слову, не выполнять, не выполнить своего обещания
Azərbaycanca-rusca lüğət / xilaf1 i. 1. lie, falsehood, contradictory; əqlin / düşüncənin ~ına contradictory to common sense; Onun sözündə xilaf olmur He never tells falsehoods; Danışığımızda xilaf yoxdur There is no lie / falsehood in our talk; 2. against, contrary; bir kəsin ~ına danışmaq to speak* against smb.
Azərbaycanca-ingiliscə lüğət / xilaf1 [ər.] суш. хилаф (1. акси; 2. ттаб); ** vədi xilaf olmaq ттаб акъатун, гайи гаф кьилиз акъудиз тахьун; vədinə xilaf çıxmaq гайи гафунал акъваз тавун, тапрукь акъатун.
Azərbaycanca-ləzgicə lüğəti / xilaf