* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi. Zolaqlı xalat. Özbək xalatı. 2. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. Həkim xalatı. Çit xalat. – Ağ xalat bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Poladın arvadı Rəfiqə güllü xalatda otağa girib uşaqları dəhlizə qovdu, uşaqlar gülüşə-gülüşə bayıra qaçdılar. M.Süleymanov. …Pillələri [Gülgəz] endikcə xalatın ətəklərinin yellənib açıldığına fikir vermirdi. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / xalat2 Bax: xələt. (“Koroğlu” dastanının lüğəti) Dəlilərin dördü də şahanə xalat geyib Koroğlunun hüzuruna gəldi. Koroğlu vəziri paşanın yerinə qoydu. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası / xalat1 1. XƏLƏT/XALAT [Qətibə] yata bilmədi, yatağından qalxıb xələtini üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu (M.S.Ordubadi); CÜBBƏ (köhn.) Vəzir: Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? (M.F.Axundzadə); LƏBBADƏ (köhn.) Kamal istəyirdi ki, babası üçün təzə bir ləbbadə alsın (S.Vəliyev). 2. xələt bax hədiyyə
Azərbaycan dilinin sinonimlər lüğəti / xalat1 [ər.] сущ. халат (1. Юкьван Азиядин халкьари винелай алукӀдай ценер яргъи ва сад-садан винел къведай хуру ахъа пек; 2. кӀвале ва я кӀвалахдамаз алукӀдай хуру дуьгмейрив ва я багъарив кутӀундай винелай алукӀдай кьезил пек).
Azərbaycanca-ləzgicə lüğəti / xalat