Koreyada sözü azərbaycan dilində

Koreyada

Yazılış

  • Koreyada • 99.8801%
  • KOREYADA • 0.1199%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyada xurafat
== Ümumi məlumat == Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da.Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur. == Koreyalıların batil inancları == "4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir.Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır.Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.Məhz bu iki sözün oxşarlığına görə koreyalılar onlardan qaçmağı üstün tuturlar.Məsələn, Koreyanın köhnə çoxmərtəbəli binalarının liftində "4" rəqəminin olmamasını görə bilərsiniz.Həmin rəqəm F hərfi ilə işarə olunur.Həmçinin xəstəxanalarda yaxud digər müəssisələrdə "4" rəqəmi ilə işarələnən mərtəbə tapa bilməyəcəksiniz.O ya 5-ci mərtəbə olaraq yaxud da F hərfi ilə qeyd olunacaq. Gecə fit çalma!Bu inanca görə axşam yaxud gecə fit çalmaq olmaz.Digər xalqlarda bu inanc "fit çalma!-pul olmaz" deyə məna verirsə əgər, Koreyada bu inancın mənası tamamilə başqadır.Koreyalılar inanırki, əgər fit çalınsa onun səsinə ya pis ruhlar ya da ilanlar gələ bilər.Pis ruhların fit səsinə gəlməsi barəsində dəqiq məlumat olmasa da ilanların fit səsinə gəlməyəcəyini dəqiqliklə demək olar.Belə ki, ilanlar tamamilə kardır.Halbuki, koreyalıların yanında fit çalmaq istəsəniz onlar bunu etməyə qoymayacaqlar. Yatarkən işlək sərinkeş.Koreyalalıların fikrincə gecə yatdığınız otaqda sərinkeşi yanmış vəziyyətdə qoymaq olmaz çünki o öldürə bilər.Bu təbii ki cəfəngiyyatdır,lakin,Koreyada bu batil inanc məşhurlaşmışdır.Bu bir çox koreyalıların öz qohum və yaxud ailə üzvlərinin ölmüş vəziyyətdə sərinkeş yanan otaqda tapılması ilə bağlıdır.Buna görə də istehlakçılar sərinkeşə avto sönmə funksiyasını əlavə etmişlər. Yuxuda donuz görmə.Bir çox asiya ölkələrindəki kimi yuxuda donuz gormək böyük miqdarda pul gəlirinin olması mənasıni bildirir.Belə ki, donuz onlara görə çiçəklənmə xoşbəxtlik rəmzi olduğu üçün yuxuda donuz görmə gəlir ve uğurun gəlməsini bildirir.Hətta koreyalıların əksəriyyəti yuxuda donuz gördükdən sonra lotereya bileti alırlar.
Cənubi Koreyada feminizm
Cənubi Koreyadakı feminizm — Cənubi Koreyadakı feminist və ya qadın hüquqları hərəkatının mənşəyi və tarixidir. Cənubi Koreyada qadınların seçki hüququ 1948-ci il milli konstitusiyasının 11-ci maddəsinə daxil edilmişdir. Konstitusiyada "bütün vətəndaşlar qanun qarşısında bərabərdir və siyasi, iqtisadi, sosial və ya mədəni həyatda cinsi, dini və sosial statusuna görə ayrı-seçkilik olmamalıdır" deyilir.
Cənubi Koreyada idman
== Cənubi Koreyada idman == Cənubi Koreya idman növləri ilə məşhurluğunu daha da artırmışdır. Cənubi Koreyanın məşhur idman növlərinə Futbol, Beyzbol, Basketbol, Voleybol, Buz Xokkeyi, Oxçuluq, Qolf, Hentbol, Stolüstü Tenis, Kriket və s. aiddir. Bunlardan əlavə koreyalıların özünəməxsus idman növləri də mövcuddur. Bunlara Tekvando, Cheongdo So Ssa-eum ( Boğa Güləşi), Chajon-nori, Chang-gi (Şahmat), Hapkido, Hwa-t'u (Get-dayan), Jul T'agi (İpdə Yerimə), Paduk kimi idman növləri aiddir. === Tekvando === Taekvondo Koreyada təxminən 2000 ildir istifadə olunan bir özünü qoruma sənətidir. Tekvando sözünün mənası “ayaq və ya yumruq yolu”dur. Digər özünü qoruma sənətləriylə (çinlilərin Kung-fu, yaponların Karate və koreyalıların hapkido və dangsudo) bənzərlikləri olan bu idman qollarla və ayaqlarla edilən güclü vuruşların üstünə quruludur. Taekwondo ustaları isə etdikləri akrobatik hərəkətlərlə qırdıqları qalın taxta ve kərpiclərlə havada iki hədəfə birdən vurmaqlarıyla insanları cəlb etməktədirlər. Taekwondo digər özünü qoruma sənətlərində olduğu kimi özəlliklə vücudun ve ağlın inkişafı ve kontrolu üstünə diqqət mərkəzində saxlamışdır ve bu onun digər ölkələrə də yayılmasını asanlaşdırmışdır.
Cənubi Koreyada irqçilik
Cənubi Koreyada irqçilik, xüsusən də Cənubi Koreya mediyası tərəfindən geniş yayılmış sosial problem kimi tanınıb.2000-ci illərdən bəri Cənubi Koreyaya immiqrasiyanın artması irqçiliyin daha açıq ifadələrini, eləcə də bu ifadələrin tənqidini katalizlədi. Qəzetlər tez-tez immiqrantlara qarşı minimum əmək haqqından aşağı əməkhaqqı verilməsi, onların əmək haqqının tutulması, təhlükəli iş şəraiti, fiziki zorakılıq və ya ümumi təhqir kimi formalarda ayrı-seçkilik halları barədə məlumat vermiş və onları tənqid etmişlər.2017-2020 Dünya Dəyərləri Sorğusunda, sorğuya qatılan 1245 Cənubi Koreyalının 15,2%-i qonşu kimi fərqli irqdən birinin olmasını istəmədiklərini bildirdi. Bu, 2010-2014-cü illər Dünya Dəyərləri Sorğusu ilə müqayisədə kəskin azalma deməkdir. Sorğuda iştirak edən 1200 Cənubi Koreyalının 34,1%-i başqa irqdən olan birini qonşu kimi görmək istəmədiklərini qeyd edib. 2010-2014-cü illər sorğusunda 44,2% "immiqrantları/xarici işçiləri" qonşu kimi istəmədiklərini bildirdi. 2017-2020-ci illər üzrə hesabata görə bu rəqəm 22,0%-ə düşüb.İrqçi münasibət daha çox digər Asiya ölkələrindən və Afrikadan olan immiqrantlara, daha az isə “həddindən artıq mehriban rəftar” kimi təsvir edilənləri qəbul edə bilən Avropalı, ağdərili Şimali Amerikalı, Ağ Cənubi Amerikalı və Ağ Avstraliyalı mühacirlərə qarşı ifadə edilir. Qarışıq irqli uşaqlar, Çinli Koreyalı və Şimali Koreyalı mühacirlərlə bağlı ayrı-seçkilik də bildirilmişdir. Müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik (immiqrantlar və ya əcnəbi işçilərdir) eyni zamanda bir çox koreyalıların müsəlmanları potensial “terrorçu qrup” kimi qəbul etmələri ilə əlaqədardır. Bu mənfi fikirlər Koreyada İslamofobiyanın yayılmasının artması və Koreya mediasında müsəlmanların və İslamın təmsil olunmasından qaynaqlanır.İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyasının hesabatına görə, sənədsiz miqrant uşaqlar Cənubi Koreyalı həmkarlarının istifadə etdiyi bir çox hüquqlardan məhrumdurlar. Qaçqınların statusunu müəyyən etmək üçün istifadə edilən proses “qaçqınları qorumaq üçün deyil, onları kənarda saxlamaq üçün” nəzərdə tutulub.
Cənubi Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Cənubi Koreyada təhsil
Cənubi Koreyada təhsil — Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Cənubi Koreya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Təhsil sistemi == Təhsil, elm və texnologiya sahəsində əldə olunmuş tərəqqi ahənginin qorunub saxlanılması Koreyanın inkişaf strategiyasının əsasını təşkil edir. Koreyada təhsilin ilkin təşəkkül tarixi IV əsrin ikinci yarısına təsadüf edir. XIX əsrdən etibarən xristian missionerləri tərəfindən dövlət və özəl təhsil müəssisələrindən ibarət olan müasir məktəblər yaradılmağa başlanıb. 1945-ci ildə Yaponiyanın 35 illik əsarətindən azad olduqdan sonra Koreyada demokratik təhsil forması təşəkkül tapmağa başlamışdır. Koreyada uşaqlar 3 yaşından məktəbəqədər təhsilə cəlb olunur. 6 yaşı (istisna hallarda 5 yaşı) tamam olmuş uşaqlar pulsuz və icbari ibtidai təhsil məktəblərinə qəbul ola bilərlər. İbtidai təhsil 6 il davam edir. Daha sonra heç bir məhdudiyyət qoyulmadan şagirdlərə 3 illik əsas məktəblərdə oxumaq imkanı verilir.
Şimali Koreyada seçkilər
Şimali Koreyada seçkilər 4-5 ildən bir, ölkənin milli qanunverici orqanı olan Ali Xalq Məclisi (SPA) üçün və hər dörd ildən bir Yerli Xalq Məclisləri üçün keçirilir. Bütün yerləri Vətəni Birləşdirmək üçün Demokratik Cəbhə qazanır . Koreyanın qurucu və hakim İşçi Partiyası Cəbhədə üstünlük təşkil edir və yerlərin 87,5% -ni tutur, Koreya Sosial Demokrat Partiyası % 7,4, Chondoist Chongu Partiyası % 3,2, müstəqil millət vəkilləri isə% 1,9 təşkil edir. Rəsmi məlumatlara görə, seçkilərdə iştirak 100% -ə yaxındır və Demokratik Cəbhə namizədlərinin təsdiqlənməsi yekdildir. == Prosedur == Hər bülletendə yalnız bir namizəd görünür. Seçkilər guya gizli səsvermə yolu ilə aparılır və bir seçici öz əleyhinə səs vermək üçün namizədin adının üstündən xətt çəkə bilər, lakin bunu gizli saxlayaraq adını silməklə etməlidir. Səsvermə məcburidir və iştirak adətən 100% -ə yaxındır. Ali Xalq Məclisinin üzvləri beş illik müddətə seçilir və SPA sessiyalarında ildə on günə qədər toplanırlar. Ali Xalq Məclisi, Məclis iclasda olmadıqda qanunverici funksiyaları həyata keçirən Rəyasət Heyəti olaraq bilinən daimi bir komitə seçir. Milli Müdafiə Komissiyasının sədrini, ölkənin icra başçısını və baş naziri seçir.
Cənubi Koreyada din
Cənubi Koreyada din — Buddizm və Xristianlıq. Qədim dövrlərdə 500 il Coson sülaləsinin rəsmi ideologiyası olan konfutsiçiliklə yanaşı, Koreyanın sadə xalqının əsas dini olan şamanizm də geniş yayılmışdı. 2015-ci ildə ölkə əhalisinin təxminən 56%-i heç bir dinin tərəfdarı deyil, protestantlar və katoliklər əhalinin 27,7%-ni, buddistlər isə 15,5%-ni təşkil edir. Digər dinlərin tərəfdarları dindar əhalinin təxminən 0,6%-ni təşkil edir. Konfutsiçilik az sayda dindar tərəfindən qəbul edilir, lakin onun təsir xüsusiyyətləri hələ də koreyalıların həyat tərzində müşahidə olunur. == Buddizm == Seon məktəbi də daxil olmaqla Koreya Buddizminin çoxlu sayda müxtəlif məktəbi var. Bununla belə, Koreyadakı Buddist məbədlərinin əksəriyyəti Çoqye monastır ordeninin bir hissəsidir. Buddizmin bir çox ardıcılları Buddist inanclarını şamanizmlə birləşdirir. Cənubi Koreyada Buddizmin dominant qolu Seonq məktəbi ilə sıx bağlı olan Çoqye ordenidir. Bulquksa və Pomosa kimi ən qədim və məşhur məbədlərin əksəriyyəti bu ordenə aiddir.
Cənubi Koreyada intihar
Cənubi Koreya intihar hallarına görə dünyada 12-ci yerdədir. Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında ən yüksək intihar nisbətinə malikdir. 2012-ci ildə intihar dördüncü ən yüksək ölüm səbəbi olmuşdur.İnkişaf etmiş dünyanın digər ölkələri ilə müqayisədə yüksək intihar nisbətləri yaşlılar arasında intiharın yayılması ilə daha da ağırlaşır. Yaşlı koreyalılar arasında intihar faktorlarından biri Cənubi Koreyada yaşlı vətəndaşlar arasında geniş yayılmış yoxsulluğun miqdarı ilə bağlıdır, ölkənin yaşlı əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayır. Yaşlılar üçün zəif maliyyələşdirilən sosial təhlükəsizlik şəbəkəsi ilə birlikdə bu, onların ailələri üçün maddi yük olmamaq üçün intihar edərək ölmələri ilə nəticələnə bilər, çünki uşaqların valideynlərinə baxdığı köhnə sosial quruluş ənənəsi XXI əsrdə böyük ölçüdə itib.Nəticədə kənd yerlərində yaşayan insanlarda intihar halları daha yüksək olur. Bu, xüsusilə iş üçün müraciət edərkən yaşlılara qarşı ayrı-seçkiliyin son dərəcə yüksək olması ilə əlaqədardır və 50 yaşlarında olanların 85,7%-i ayrı-seçkiliyə məruz qalır. Yaş ayrı-seçkiliyi yoxsulluq dərəcələrinə təsir etməklə yanaşı, intiharla da birbaşa əlaqəlidir. İntihar, 10-39 yaş arası koreyalılar arasında ən əsas ölüm səbəbidir.Bununla belə, 2014-cü ildə 100,000 nəfərə 27,3 intihar, əvvəlki illə müqayisədə (28,5 nəfər) 4,1% azalma və 2008-ci ildəki 26,0 nəfərdən bəri son altı ilin ən aşağı göstəricisi qeydə alınmışdır. 2014-cü ildən etibarən Cənubi Koreya hökuməti ölkə boyu intihar hallarının azadılması üçün fəal siyasət yürütməkdədir və bu siyasət nəticəsində intihar hallarında əhəmiyyətli eniş müşahidə olunmaqdadır. == Statistika == === Yaş === Yaşlılar arasında son dərəcə yüksək intihar nisbəti Cənubi Koreyanın ümumi intihar nisbətinə təsir edən əsas amildir.
Cənubi Koreyada ali təhsil
Cənubi Koreyada ali təhsil — Koreya Respublikasında mövcud olan ali təhsil sistemi. Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir. Kolleclərdə təhsil əsasən istehsalat sahələri ilə əlaqəli qurulur və orta səviyyəli ixtisaslı mütəxəssislər hazırlanır. Tələbələrin istehsalat təcrübələrinə göndərilməsi, kollec və sənaye sahələri arasında müştərək tədqiqat, təcrübə və məlumat mübadiləsinin aparılması, müəssisələrin tələb etdiyi kurikulumlara əsasən təhsilin təşkili iqtisadiyyatın inkişafına misilsiz töhfələr verir. Kollec təhsili müvafiq ixtisas üzrə təhsilin heç də son pilləsi deyil. Belə ki, kollec məzunları təhsillərini universitetlərdə də davam etdirə bilərlər. Onlara 4 illik universitetlərdə, açıq universitetlərdə, media universitetlərində və qiyabi universitetlərdə oxumaq imkanı verilir. Cənubi Koreyanın ali təhsil müəssisələri sırasına kolleclər və universitetlər, sənaye universitetləri, təhsil universitetləri, yeniyetmə kollecləri, media və qiyabi universitetlər, texniki kolleclər daxildir. Ölkədə 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir.
Cənubi Koreyada gəmiqayırma sənayesi
Cənubi Koreyada gəmiqayırma sənayesinin tarixi 1910-cu ildən başlayır. 1910-cu ildə Yapon müstəmləkə dövründə yaradıldı və Yapon gəmi istehsalçıları ölkənin əsas limanlarında, o cümlədən Busan, İncheon, Cheongjin, Mokpo, Jinnampo, Cheongmu və Wonsan da gəmiqayırma fəaliyyət göstərirdilər. Koreya müharibəsindən sonra Koreya gəmi istehsalçıları əsasən ABŞ hərbi gəmilərinin təmiri ilə məşğul olmağa başladılar. 1950-ci illərdə gəmilər əsasən xarici ölkələrdən gətirilirdi. 1951–1954-cü illərdə Yaponiya, ABŞ və Norveçdən 324 gəmi gətirilmişdir. 1960-cı illərdən etibarən 5 illik iqtisadi inkişaf planı çərçivəsində iqtisadiyyat inkişaf etdikcə gəmilərə tələbat artdı. Yerli gəmi istehsalçıları da gəmilər düzəldirdilər, lakin texnologiya və vəsait çatışmazlığı səbəbindən lazımi miqdarda inşa edə bilmirdilər. 1970-ci illərdə Koreya hökuməti gəmiqayırma sənayesini intensiv şəkildə inkişaf etdirməyə başladı və 1972-ci ildə dünyanın ən böyük gəmiqayırma zavodu olan Ulsan gəmiqayırma zavodunun açılışı Koreyanın gəmiqayırma texnologiyasının inkişafına təkan verdi. Cənubi Koreya dünyanın 18-ci ən böyük gəmiçilik sənayesinə malikdir. Ölkədə 7 milyon qross tona yaxın dəniz nəqliyyatı qeydə alınıb.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. == Cənubi Koreyada hava çirkliliyinin səbəbləri == Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.
Cənubi Koreyada hərbi xidmət
Cənubi Koreyada hərbi xidmət — Cənubi Koreyada hərbi xidmət göstərmək məcburidir. Aktiv vəzifəli əsgərlər orduda 21 ay, Dəniz Donanmasında 23 ay, Hava qüvvələrində isə 24 ay xidmət edirlər. Cənubi Koreyada hərbi xidmətə çağırış 1957-ci ildən bəri mövcuddur və 19-30 yaş arasındakı kişilərin hərbi xidmətlərini yerinə yetirməsi məcburidir. Qadınlar isə hərbi xidmətə könüllü şəkildə qatıla bilərlər. Universitet oxuyanlar I və ya II kursda oxuyarkən təhsillərinə ara verərək 2 il müddətində hərbi xidmət göstərirlər. Qanuni olaraq əsgərliyə yararlı hesab edilən hər kəs 19-30 yaş arası müddətdə hərbi xidmətə başlaya bilər. Hərbi xidmətin 2 il olmasının səbəbi isə Şimali Koreya ilə mümkün ola biləcək müharibə şəraitidir. Məşhurlar da daxil olmaqla hər hansı bir koreyalı kişi hərbi xidmətdən yayınarsa həbs cəzası tətbiq olunur. Cənubi koreyalıların gözündə kişilərin ən vacib məsələsi hərbi kidməti başa vurmasıdır. Əsgər getməyənə qız verməzlər deyən millət, insanın hansı rütbədə və harada xidmət göstərdiyinə görə xaraqterini dəyərləndirə bilərlər.
Cənubi Koreyada iqlim dəyişikliyi
1960-cı illərdən 1980-ci ilə qədər sürətli şəhərsalma və sənaye inkişafından bəri Cənubi Koreyada iqlim dəyişikliyinin təsirləri sürətlənmişdir. Sənayeləşmə və əhalinin artması iqlim dəyişikliyi üçün antropogen amillər olan müxtəlif çirkləndiricilər və istixana qazları istehsal etmişdir. Cənubi Koreyada illik temperatur, yağış miqdarı və yağıntı daxil olmaqla iqlim parametrlərində dəyişikliklər yaşanır. Rekord minimum temperatur günlərinin sayı sürətlə azaldı və yay ərzində maksimum yağıntı artmağa başladı. Cənubi Koreya hökuməti 1990-cı ildən bəri hər üç ildə bir milli iqlim dəyişikliyi fəaliyyət planlarını hazırlamışdır. Bu planlara istixana qazı tullantılarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və beynəlxalq əməkdaşlıq daxildir. == İqlim dəyişikliyi == === Yağış artımı === Cənubi Koreyanın paytaxtı Seulda dünyanın ən uzun davamlı instrumental yağış kolleksiyası olan ənənəvi cheugugi(Koreyanın Çoson sülaləsi tərəfindən ixtira edilən və istifadə edilən ilk tanınmış yağış göstəricisidir. Böyük Secong Krallığı dövründə icad edilmiş və hər əyalət idarəsinə tədarük edilmişdir) yağış göstəricilərindən başlayaraq 228 illik yağış qeydləri var. Gündəlik yağıntının qeydləri ekstremal hava hadisələrinin və onilliklər boyu davam edən yağış dəyişkənliyinin təkiliyinin aşkarlanması üçün yüksək dəqiqlikli bir məlumat verir. Yağışlar 1778–1907-ci illər arasında cheugugi ilə ölçülürdü və 1908-ci ildən bəri müasir müşahidə avadanlıqları hazırlanmağa başladı və istifadə edildi.
Cənubi Koreyada küçə yeməkləri
== Cənubi Koreyada küçə yeməkləri == Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür.
Cənubi Koreyada orta təhsil
Cənubi Koreyada orta təhsil — Koreya Respublikasında mövcud olan orta təhsil sistemi. Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari qaydada əsas təhsil tətbiq olunur. Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.
Cənubi Koreyada turizm nəqliyyatı
Cənubi Koreyada turizm nəqliyyatı — Turist baxımdan Cənubi Koreya planetin ən maraqlı ölkələrindən biridir. Bu gözəl dövlət, davamlı iqtisadi və mədəni inkişafda, beləliklə ən mürəkkəb səyyahları da cəlb edir. Dünyanın hər yerindən hər il 12 milyondan çox adam Respublikanın ən yaxşı yerlərini görmək üçün gəlir və ölkəsi ilə tanışlıq hər zaman yerli hava limanlarından birində başlayır. Koreya yaşayış səviyyəsini artırmaq üçün ictimai nəqliyyatı əlindən gəldiyi qədər sadələşdirmiş və inkişaf etdirmiş ən birinci ölkələrdəndir. === Avtobus xidməti === Koreyada ictimai nəqliyyat vasitələrindən biri olan avtobuslar həm nəqliyyat xərclərinə , həm də nəqliyyat daxilindəki xidmətlərinə görə ən rahat nəqliyyat vasitələrindən biridir. Koreyada iki növ avtobuslar xidmət göstərir: şəhərlər daxilində və şəhərlər arasında (regional) . Regional avtobuslar ölçüsündən asılı olmayaraq demək olar ki, Cənubi Koreyanın bütün şəhərlərinə xidmət göstərir.Koreyada həmçinin avtobuslar: müntəzəm və yüksək sürətli( ekspress) olur . Bu avtobuslar həmçinin xidmət fərqinə görə müxtəlif rənglərə:mavi,yaşıl,qırmızı,sarı rənglərə malikdir. Yüksək sürətli avtobuslar ən uzun məsafələrdə fəaliyyət göstərir və bir neçə dayanacaq təşkil edir. Qalanlar qısa məsafələr üçün nəzərdə tutulmuşdur, onlar bir az yavaş olur və daha çox dayandırır.
Cənubi Koreyada rəsmi istirahət günləri
Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər. İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. == Tarix == Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. == Hadisə == Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir.Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür. Yanğın söndürənlər qatı dumana qarşı apardıqları mübarizədə, xəstəxana daxilində qalmış bir çox xəstənində həyatını xilas etməyi bacarmışdır.
Şimali Koreyada COVID-19 pandemiyası
Şimali Koreya koronavirus barədə bir neçə məlumatları gizlədiyindən ilk koronavirus xəstəsinin bu xəstəliyə nə vaxt yoluxduğu bilinmir. == Gedişat == Şimali Koreya bu dövrdə sərhədlərini bağlayan ilk ölkələrdən oldu.Hökumət geniş səyahət məhdudiyyətlərini tətbiq etdi,yanvar aylarının sonlarında turistlərin ölkəyə gəlməsi qadağan edildi.Sərhədin çox hissəsi bağlansa da, Dandonq və Sinicu arasındakı körpü bağlanmadı. Koreya bir neçə təchizat və avadanlıqları xəstəxanalara gətirdi. Fevralın əvvəlində Nampo limanında və digər sərhəd bölgələrdə daha çox dezinfeksiyanın aparıldığı bildirildi. Bütün nəqliyyat dayandırıldı. Restoranlar, kafelər, bazarlar bağlandı. 12 fevralda karantin günü 14 gündən 30 günə qədər uzadıldı.Hökumət vaksinin tapılacağına qədər məktəbin,bazarların,restoranların,sərhədlərin bağlı qalacağını bildirdi. Pxenyana qayıdan başqa ölkələrdə təhsil alan tələbələr üçün xəstəxanalarda yataqxanalar tikildi. Kim Çen In ölkədə yeni xəstəxanaların tikilməsi barədə qərar verdi. Cənubi Koreya prezidenti Mun Çje İn ilə məktublaşdı.
Cənubi Koreyadakı Dünya İrsləri
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Cənubi Koreyadakı Ümumdünya irsi obyektlərinin siyahısı
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Cənubi Koreyadakı Ümumdünya irsinin siyası
Koreyanın Dünya İrsi Dünya Mədəni İrsinin qeydiyyat meyarlarına uyğun olaraq Dünya Mirasları Komitəsi tərəfindən qeydiyyata alınmış Koreyanın Dünya İrslərinə (Dünya Mədəni İrsi və Dünya Təbii İrsi) deyilir. UNESCO-nun Dünya İrsləri YUNESKO tərəfindən təyin olunmuş və bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin məcmusudur. 1972-ci ilin noyabrında 17-ci Baş Assambleyada qəbul edilmiş “Dünya Mədəni və Təbii İrslərinin qorunması haqqında Konvensiya”ya uyğun olaraq müəyyən edilir. Dünya irsləri, tarixi əhəmiyyət daşıyan mədəni irslərə, yer kürəsinin tarixini özündə yaxşı əks etdirən təbii irslərə və onların hər ikisinin xüsusiyyətlərini özündə cəmləşdirən kompleks irslərə bölünür. Koreya Respublikası 14 sentyabr 1988-ci ildə YUNESKO-ya üzv olmuşdur. 1995-ci ildə Bulguksa və Seokguram, Haeinsa Jangyeongpanjeon və Jongmyo Koreya üzrə ilk dəfə Dünya Mədəni İrsi olaraq qeydiyyata alınmışdır. 2007-ci ildə Cecu vulkanik adası və lava mağaraları Ümumdünya Təbii İrsi olaraq qeydə alınmış və bu günə qədər 13 mədəni və 1 təbii irsi Dünya Mirasları siyahısındadır.
Koreyadakı vulkanların siyahısı
Aşağıda Koreya ərazisində fəaliyyətdə olan və sönmüş vulkanların siyahısı qeyd olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.51 dəfə / 1 mln.
2003 •• 1.18
2004 ••••••••• 6.06
2005 •••• 2.70
2006 ••••••••• 6.08
2007 ••••••••••• 7.40
2008 •• 1.22
2009 •••••• 3.84
2010 ••••••• 4.45
2011 ••••••••• 6.18
2012 •••••••••• 7.06
2013 ••••••••••••••••• 11.96
2014 •••••••••• 6.69
2015 •••••• 3.91
2016 ••••• 3.30
2017 •••••••••••• 7.80
2018 •••••••••• 6.89
2019 ••••••••••• 7.23
2020 •••••••••••••••••••• 14.19

"koreyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#koreyada nədir? #koreyada sözünün mənası #koreyada nə deməkdir? #koreyada sözünün izahı #koreyada sözünün yazılışı #koreyada necə yazılır? #koreyada sözünün düzgün yazılışı #koreyada leksik mənası #koreyada sözünün sinonimi #koreyada sözünün yaxın mənalı sözlər #koreyada sözünün əks mənası #koreyada sözünün etimologiyası #koreyada sözünün orfoqrafiyası #koreyada rusca #koreyada inglisça #koreyada fransızca #koreyada sözünün istifadəsi #sözlük