Ksilit sözü azərbaycan dilində

Ksilit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ksilit • 50.0000%
  • ksilit • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.

Oxşar sözlər

#ksilit nədir? #ksilit sözünün mənası #ksilit nə deməkdir? #ksilit sözünün izahı #ksilit sözünün yazılışı #ksilit necə yazılır? #ksilit sözünün düzgün yazılışı #ksilit leksik mənası #ksilit sözünün sinonimi #ksilit sözünün yaxın mənalı sözlər #ksilit sözünün əks mənası #ksilit sözünün etimologiyası #ksilit sözünün orfoqrafiyası #ksilit rusca #ksilit inglisça #ksilit fransızca #ksilit sözünün istifadəsi #sözlük