kuba-qayığabənzər sözü azərbaycan dilində

kuba-qayığabənzər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kuba-qayığabənzər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba Respublikası
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba bayrağı
Kuba bayrağı — Kuba Respublikasının rəsmi dövlət bayrağı
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Kuba şəhərləri
Bu, Kubada ən azı 20.000 əhalisi olan şəhərlərin azalan qaydada sadalanan siyahısıdır. Əhali haqqında məlumatlar bütün bələdiyyəyə deyil, müvafiq şəhərə aiddir, çünki onlar bir neçə kəndi olan böyük kənd ərazilərini əhatə edir. Bütün rəqəmlər 2016-cı il üzrə dəqiqdir və əyalət paytaxtları qalın hərflərlə göstərilmişdir.
Kuba himni
"El Himno de Bayamo" (azərb. Bayamo himni‎) — Kubanın milli himni. 1868-ci ildə Bayamo döyüşü ərəfəsində hazırlanmışdır. "La Bayamesa (azərb. Bayamo mahnısı‎) kimi də adlandırılan melodiyanı Pedro Fiqeredo 1867-ci ildə bəstələməşdir.
Kuba libre
Kuba libre (ispan: [ˈkuβa ˈliβɾe]; sözün əsl mənasında "Azad Kuba"), ana tərkibi kola və rom-dan ibarətdir. Bir çox reseptlərdə buz üzərində laym şirəsindən ibarət highball stəkanında təqdim olunan kokteyldir . Ənənəvi olaraq, kola tərkib hissəsi Coca-Cola ("Kola") və spirt Bacardi kimi yüngül romdur; lakin, içki müxtəlif növ rom və kola markaları ilə hazırlana bilər və təzə sıxılmış laym şirəsi əlavə edilə bilər və ya olmaya da bilər. Kokteyl 20-ci əsrin əvvəllərində, İspaniya-Amerika müharibəsində müstəqillik qazandıqdan sonra Kubada yaranıb. Daha sonra Kuba, ABŞ və digər ölkələrdə məşhurlaşdı. Onun sadə resepti və ucuz, asantapılan inqrediyentləri onu dünyanın ən məşhur spirtli içkilərindən birinə çevirib. İçki tənqidçiləri tez-tez içkini orta səviyyəli hesab edirlər, lakin onun tarixi əhəmiyyəti qeyd edilmişdir. İçki 1900-cü illərin əvvəllərində Kubada yaradılıb, lakin onun mənşəyi dəqiq deyil. Coca-Cola ilk dəfə ABŞ-dan Kubaya gətirildikdən sonra 1900-cü ildən qısa müddət sonra məşhurlaşdı. Kuba librenin mənşəyi 1898-ci il İspan-Amerika Müharibəsindən sonra ABŞ-ın Kubaya sərt müdaxiləsi ilə bağlıdır; içkinin ənənəvi adı olan "Cuba libre" (Azad Kuba) Kuba müstəqillik hərəkatının şüarı idi.
Azərbaycan–Kuba münasibətləri
Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur. Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir. Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Kuba–Özbəkistan münasibətləri
Özbəkistan–Kuba münasibətləri (özb. Oʻzbekiston va Kuba munosabatlari; isp. Relaciones de Cuba y Uzbekistán) — Kuba Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir-birlərini müstəqil dövlətlər və dünya birliyinin tam hüquqlu üzvləri kimi tanıyırlar. Ölkələr arasında diplomatik münasibətlər yalnız 13 mart 2006-cı ildə qurulmuşdur — SSRİ-nin dağılmasından 15 il sonra. Özbəkistanın paytaxtı Daşkənddə müvafiq ortaq bəyannamə imzalanmışdır. 2019-cu ilin iyun ayına olan məlumata görə ölkələrin bir-birlərinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləriyoxdur. Kuba Özbəkistan Respublikasının Vaşinqtondakı (ABŞ) Səfirliyinin konsulluq dairəsinə daxil edilmişdir, Kubanın Özbəkistandakı diplomatik münasibətləri Kuba Respublikasının Bakıdakı (Azərbaycan) səfirliyi tərəfindən həyata keçirilir. Hər iki dövlət də Qoşulmama Hərəkatının tam üzvləridir. SSRİ ilə Kuba arasında güclü siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcud idi.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Kuba Respublikasının Qəhrəmanı
Kuba Respublikasının Qəhrəmanı (isp. Heroe de la Republica de Kuba) — fəxri mükafat Kuba Respublikası Kuba dövləti və Cəmiyyəti adından qəhrəmanlıq göstərənlər üçün yaradılmış mükafatdır. Mükafat çox az adama verildi. Aşağıdakı adlar mükafata layiq görülənlər arasındadır: Arnaldo Tamayo Méndez, Interkosmos kosmik proqramının bir hissəsi olaraq Soyuz 38 ilə kosmosa çıxan ilk Kuba, Latın Amerikası və qaradərili kosmonavtdır.
Amerika-Kuba-Arıta adası
Amerika-Kuba-Arıta — Laptevlər dənizində, Lena deltasında yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Federasiyası Saxa Respublikasının Bulunski ulusu ərazisinə daxildir. Ada Lena deltasının şimalında, Tumanski körfəzinə tökülən Osoxtox-Uese qolundan 20 km qərbdə yerləşir. Adadan şimalda artıq açıq dəniz başlayır. Amerika-Kuba-Arıtadan şərqdə və qərbdə yerləşən adalardan eyni adlı boğazla ayrılır. Boğaz 450–500 m enə malikdir. Ətrafında yerləşən adalar (şərqdən saat əqrəbi istiqamətində): Faddey-Arıta, Cyuxan-Arlta, Belyux-Arıta, Naqıy-Arıta və Alxan-Belkyuyu. Amerika-Kuba-Arıtanın şərq hissəsindən bir qədər aralıqda bataqlıqlaşmış adalar da vardır. Onlaın böyük qismi kiçik adalardır. Ada şərqdən qərbə uzanmış formadadır.
Xarici İşlər Nazirliyi (Kuba)
Xarici İşlər Nazirliyi (İspanca: Ministerio de Relaciones Exteriores), həmçinin MINREX kimi tanınır, Kubanın sosialist vətəni kimi müdafiəsi üçün xarici əlaqələrə nəzarət edən Kuba hökuməti nazirliyidir. 23 dekabr 1959-cu ildə ABŞ-ın düşmən hücumuna qarşı çıxmaq məqsədilə Dövlət Nazirliyini yəni (Ministerio de Estado) əvəz etmək üçün yaradılmışdır.
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə — 1977-ci ildə iki dövlət arasında beynəlxalq dəniz sərhədi quran Kuba ilə Haiti arasında bağlanmış beynəlxalq müqavilə. Razılaşma 27 oktyabr 1977-ci ildə Havanada imzalanmışdır. Sənədin mətni iki dövlət arasındakı sərhədi Külək üstü boğazındakı hər iki adadan təxminən bərabər məsafədə qurur. Sərhəd 51 vahid nöqtənin koordinatlarını istifadə edərək müəyyən edilmiş 50 düz dəniz seqmentinə bölünür. Haiti və ABŞ-nin mübahisəli olduğu Haiti'nin qərb sahilində yerləşən Navassa adası, dövlət sərhədi nəzərə alınarkən nəzərə alınmadı. Müqavilə hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra 6 yanvar 1978-ci ildə qüvvəyə minmişdir. Müqavilənin tam adı, Haiti Respublikası ilə Kuba Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri Müqaviləsidir. Эван В. Андерсон (2003). Международные границы: Геополитический атлас. Routledge: Нью-Йорк.

Oxşar sözlər

#kuba-qayığabənzər nədir? #kuba-qayığabənzər sözünün mənası #kuba-qayığabənzər nə deməkdir? #kuba-qayığabənzər sözünün izahı #kuba-qayığabənzər sözünün yazılışı #kuba-qayığabənzər necə yazılır? #kuba-qayığabənzər sözünün düzgün yazılışı #kuba-qayığabənzər leksik mənası #kuba-qayığabənzər sözünün sinonimi #kuba-qayığabənzər sözünün yaxın mənalı sözlər #kuba-qayığabənzər sözünün əks mənası #kuba-qayığabənzər sözünün etimologiyası #kuba-qayığabənzər sözünün orfoqrafiyası #kuba-qayığabənzər rusca #kuba-qayığabənzər inglisça #kuba-qayığabənzər fransızca #kuba-qayığabənzər sözünün istifadəsi #sözlük