köçürmək sözü azərbaycan dilində

köçürmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köçürmək • 98.7775%
  • Köçürmək • 1.1002%
  • KÖÇÜRMƏK • 0.1222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

köçürmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək. – Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə … köçürmüşdü. S.Rəhimov. [Ümid:] Usta, Fərrux işini buraxıb ailəsini rayona köçürərmi? B.Bayramov. // Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək, (heyvanlar, quşlar, bitkilər haqqında). – Meşəçi seleksiyaçılar Miçurinin seleksiya üsullarından istifadə edərək cənubda yetişən qoz, fındıq, püstə, şabalıd, badam və başqa meyvə bitkilərini şimaldakı rayonlara köçürə bilmişlər. (Qəzetlərdən). 2. məc. Ərə vermək. [Fəramərz kişi:] Qızı köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. T.Ş.Simurq. [Yaqut:] Özün bilirsən ki, mən özgəsinin adaxlısıyam, bu yaxında məni köçürəcəklər. Ə.Məmmədxanlı. 3. Surətini çıxarmaq, üzünü çıxarmaq, olduğu kimi mətni başqa yerə yazmaq. Yazını köçürmək. – [Qəndab:] [Məzahir] riyaziyyat dəftərimi … xəlvətcə götürüb köçürür, sonra da üzümü bir yana çevirəndə mənim skamyama atırdı. B.Bayramov. // Ümumiyyətlə, yazmaq. Dəmirov çalışıb qeydlər götürdüyü, öz fikirlərini ağ kağızlara köçürdüyü zaman Qiyasəddinov içəriyə girdi. S.Rəhimov. 4. bax keçirmək1 6-cı mənada. Pul köçürmək.

    Azərbaycan dilinin izahlı lüğəti / köçürmək

köçürmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

köçürmək sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. переселять, переселить (переводить, перевести на другое местожительство, поселять, поселить в другом месте). Təzə mənzilə köçürmək переселить в новую квартиру 2. переводить, перевести: 1) перемещать, переместить из одного места в другое. Məktəbliləri başqa düşərgəyə köçürmək перевести школьников в другой лагерь, məktəbi yeni korpusa köçürmək перевести школу в новый корпус 2) официальным путем совершить передачу кому-л. чего-л. Pulu başqa müəssisənin hesabına köçürmək перевести деньги в счет другой организации, evi arvadının adına köçürmək (keçirmək) перевести дом на имя жены 3) разг. зачислять, зачислить, назначать, назначить откуда-л. куда-л. Başqa vəziəfəyə köçürmək (keçirmək) перевести на другую должность 3. эвакуировать (производить, произвести организованный вывоз кого-л., чего-л. из опасных местностей). Zavodu köçürmək эвакуировать завод, xəstəxananı köçürmək эвакуировать больницу, əhalini köçürmək эвакуировать население 4. выдать. Qızını köçürmək выдать дочь (замуж), сыграв свадьбу 5. переписывать, переписать (сделать копию с какого-л., текста, списать). Əlyazmasını köçürmək переписывать рукопись, tapşırığı köçürmək переписать упражнение 6. списывать, списать (переписывать сочиненное кем- л. другим и выдать за свое). Başqasından köçürmək списывать у кого-л. другого, bir-brindən köçürmək списывать друг у друга 7. выписывать, выписать откуда-л. Kitabdan (seçib) köçürmək выписать из книги 8. транспортировать (перевозить, перевезти, доставлять, доставить из одного места в другое). Yaralıları köçürmək транспортировать раненых 9. пересаживать, пересадить (вырезав часть кости, ткани и т.п., перенести на другое место для приживления). Böyrək köçürmək пересадить почку 10. переливать (вводить с лечебной целью кровь донора). Qan köçürmək переливать кровь; köçürmək haradan выселять, выселить откуда, köçürmək haraya вселять, вселить куда. Yeni sakinləri mənzilə köçürmək вселить новых жильцов в квартиру

    Azərbaycanca-rusca lüğət / köçürmək

köçürmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (bir yerdən, evdən və s.) to move (d. from); (inzibati qaydada) to evict (d. from); 2. (başqa yerə, evə və s.) to move (d. to), to remove (d. to); ev ~ to move house; O, evini şəhərə köçürdü He moved his house to town; poçta ilə pul ~to remit money (to), to send* money through the bank (i.); 3. (üzünü, surətini çıxarmaq) to copy (d.); (bir mənbədən) to copy (d.out of / from); (başqasından yazmaq) to copy off (d.from), to crib (d. from); (qaralamadan ağlamaya) to make* a fair copy (of); (yenidən yazmaq) to recopy (d.); (makinada) to retype (d.); 4. (ərə vermək) to marry (d.) off; 5. (hesabdan hesaba) to transfer (d.)

    Azərbaycanca-ingiliscə lüğət / köçürmək

köçürmək sözünün fransız dilinə tərcüməsi

köçürmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьчун, куьчарун (мес. арандай яйлахдиз, шегьердай хуьруьз); // авай чка дегишун, санай масаниз тухун (мес. гьайванар, къушар, ттарар ва мс.); 2. пер. гъуьлуьз гун; 3. копия акъудун, ччин къачун, куьчун; кхьин (са чарчяй маса чарчиз ва я гьакӀа); 4. ракъурун, куьчун, ягъун, кхьин (мес. пул са гьисабдай маса гьисабдиз).

    Azərbaycanca-ləzgicə lüğəti / köçürmək

köçürmək sözünün türk dilinə tərcüməsi

"köçürmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köçürmək nədir? #köçürmək sözünün mənası #köçürmək nə deməkdir? #köçürmək sözünün izahı #köçürmək sözünün yazılışı #köçürmək necə yazılır? #köçürmək sözünün düzgün yazılışı #köçürmək leksik mənası #köçürmək sözünün sinonimi #köçürmək sözünün yaxın mənalı sözlər #köçürmək sözünün əks mənası #köçürmək sözünün etimologiyası #köçürmək sözünün orfoqrafiyası #köçürmək rusca #köçürmək inglisça #köçürmək fransızca #köçürmək sözünün istifadəsi #sözlük