* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Bir yerə toplanma, yığışma, topa halında dayanma (qoyun və s. haqqında). [Pası] …qoyunların kürnəcdə çox dayanmasına yol verməzdi. S.Rəhimov. Kürnəc bağlamaq – bir yerə toplanmaq, yığılmaq, sıx dayanmaq (qoyun və s. haqqında). Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / kürnəc1 в сочет. kürnəc bağlamaq скучиваться, скучиться, столпиться, собираться, собраться в кучу (об овцах)
Azərbaycanca-rusca lüğət / kürnəc1 суш. нугъ. кун; са чкадал кӀват хьун, кӀватӀ хьана санал акъвазун (хпер ва мс.); kürnəc bağlamaq кундал кӀватӀ хьун, кун авун, са чкадал кӀватӀ хьун, сад-сада акӀана акъвазун (мес. хпер).
Azərbaycanca-ləzgicə lüğəti / kürnəc(Ağdərə, Qarakilsə) isti vaxtlarda qoyunların kölgələndiyi yer. – İsdidən qoyun kürnəcə yığılır, kölgələnir (Ağdərə)
Azərbaycan dilinin dialektoloji lüğəti.