* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Keçmişdə Şərqdə: səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. “Koroğlu”. [Fazil:] …Bu vilayətdə olan dəli kişilərin övrətləri … gərək öz ərlərinin qardaşlarına siğə olub bu kəcavələrə əyləşsinlər. C.Məmmədquluzadə. Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / kəcavə2 KƏCABƏ, KƏCAVƏ f. dəvə və ya at üstündə isti-soyuqdan, yağmurdan qorunmaq üçün qurulan otaqcıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəcavə3 Minik heyvanlarının (adətən, dəvənin) üstündə düzəldilən örtülü yer. (“Koroğlu” dastanının lüğəti) Nigar xanımı atdan düşürüb kəcavəyə mindirdilər. (“Koroğlunun İstanbul səfəri”) * Koroğlu sözünü bitirib, Eyvaza dedi: – Kənizlərə, nökərlərə xəbər elə kəcavə gətirib Nigar xanımı aparsınlar. Bir göz qırpımında kənizlər ilə nökərlər Nigar xanımı kəcavəyə mindirib şənlənə-şənlənə Çəmlibelə doğru yola düşdülər. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası / kəcavə1 KƏCAVƏ (keçmişdə heyvan və dörd adam tərəfindən aparılan içərisində hökmdarlar, xanımlar və s. daşımaq üçün qurğu) Kəcavədə xanımı; Aparırlar ol üstə; Adamlar baxır ona; Nifrətlə dəstə-dəstə (M.Rahim); MƏHMİL (kl.əd.) Cismimdəki bimar könül haləsi, guya; Bir qəmzədə məhmildən asılmış cərəsimdir (Natəvan); TAXT-RƏVAN Qətibə başında qiymətli daşlar düzülmüş qızıl tac olduğu halda taxt-rəvan içində oturmuşdu (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / kəcavə1 [fars.] сущ. виликра РагъэкъечӀдай патан бязи уьлквейра тӀвар-ван авай гьуьрметлу ксар акьахна фин патал чӀехи гьайванрин-гзафни-гзаф лавардин винел туькӀуьрдай гъвечӀи кӀвал хьтинди.
Azərbaycanca-ləzgicə lüğəti / kəcavə