Lapland sözü azərbaycan dilində

Lapland

Yazılış

  • Lapland • 77.7778%
  • lapland • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lapland müharibəsi
Laplandiya müharibəsi (fin Lapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədə SSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.
Laplandiya
Laplandiya (Saam dili Sápmi, Sámeednam, fin Lappi, isv. Lappland и norv. Lapland) — Şimali Avropada yerləşən tarixi-mədəni region, əhalisi saamlardır(qədim adı — loparlar, lapladlılar). == Etimologiyası == == Şaxta Babaların vətəni == Bəzi inanclara görə Laplandiya şaxta babaların vətənidir. == Coğrafiyası və iqlimi == Əsasən soyuq iqlimlidir. Burada normal iqlim −20 dərəcədir. Ən böyük yüksəklik 340 metrdir. Ərazisinin 60%-i küknar meşələridir. Burada ağ ayı, çaqqal, bayquş kimi heyvanlar və quşlar mövcuddur. == Əhalisi == Burada 78 nəfər adam yaşayır.
Laplandiya (Finlandiya)
Laplandiya (fin Lappi; isv. Lappland) - Finlandiyanın ən şimalda yerləşən və ən böyük vilayətidir. Bu vilayət cənubdan Şimali Ostrobotniya vilayəti ilə sərhəddir. Bundan başqa, Laplandiya Botnik körfəzi, İsveçin Norrbotten leni, Norveçin Troms-oq-Finnmark qraflığı və Rusiyanın Kareliya Respublikası və Murmansk vilayəti ilə əhatələnib. Mərkəzi Rovaniemi şəhəridir. == Coğrafiyası == Laplandiya bölgəsinin sahəsi 100,367 km² təşkil edir ki, bu da 92,667 km² quru torpaq, 6,316 km² şirin su və 1,383 km² dəniz suyundan ibarətdir. Bölgənin əsas 3 çayı var: Tana, Muoniyo və Torne. Ən böyük göl İnari gölüdür (1,102 km²). Ən hündür nöqtəsi Haltidir (1324 m). Ərazisindən Skandinaviya dağları keçir.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. == Məzmun == Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Laplandiya ekspedisiyası
Laplandiya ekspedisiyası — 1732-ci ilin may-oktyabr aylarında İsveçin ən şimal nöqtəsi olan Laplandiyaya təşkil edilmiş ekspedisiya nəzərdə tutulur. Bu ekspedisiya Karl Linney tərəfindən təşkil edilmiş və onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir. Linney Uppsaladan ayrılmış və saat əqrəbi istiqamətində Bothniya körfəzi boyunca gedərək 6 ay boyunca Umeaodan, Luleodan və Torniodan iç qisimlərə doğru səyahətlər gerçəkləşdirdi. Bu səyahət zamanı müşahidə etdiklərini 1737-ci ildə Laplonnika florası adlı kitabında yazmışdır. Bu kitabda Linneyin nomenklatura və təsnifat haqqında fikirləri ilk dəfə praktiki şəkildə istifadə edilmişdir. Onun ölümündən sonra ekspedisiyasından bəhs edən yazdıqları ölümündən sonra - 1811-ci ildə ingilis dilinə tərcümə edilmiş və Lachesis Lapponica: A Tour in Lapland adı ilə nəşr edilmişdir. == Zəmin == 1732-ci ilin aprelində Linney İsveç Kral Elmi Cəmiyyətinin Uppsaladakı nümayəndəliyi tərəfindən qrant mükafatı aldı. Linneyin Uppsala Universitetindəki müəllimlərindən biri olan Gənc Olof Rudbek 1695-ci ildə Laplandiyaya ekspedisiya təşkil etmiş, lakin onun ekspedisiya zamanı götürdüyü qeydlər 7 il sonra çıxan yanğın zamanı itmişdi. Ekspedisiya planı hazırlanan zaman Linney yeni bitkilər, heyvanlar və çox güman ki, dəyərli minerallar tapacağına ümid edirdi. O, həmçinin Fenno-Skandinaviyanın geniş tundralarında dolaşan, marallar üzərində köçəri həyat sürən yerli Sami xalqının adət-ənənəsi barədə də yeni informasiyalar əldə edəcəyinə ümid edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2009 •••••••••••••••••• 0.32
2010 •••••••••••••••••••• 0.36
2012 ••••• 0.09

Oxşar sözlər

#lapland nədir? #lapland sözünün mənası #lapland nə deməkdir? #lapland sözünün izahı #lapland sözünün yazılışı #lapland necə yazılır? #lapland sözünün düzgün yazılışı #lapland leksik mənası #lapland sözünün sinonimi #lapland sözünün yaxın mənalı sözlər #lapland sözünün əks mənası #lapland sözünün etimologiyası #lapland sözünün orfoqrafiyası #lapland rusca #lapland inglisça #lapland fransızca #lapland sözünün istifadəsi #sözlük