aslan-qaplan sözü azərbaycan dilində

aslan-qaplan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aslan-qaplan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaplan
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir. Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
II Qaplan Gəray
II Qaplan Gəray (1739 – 1771) — XXXXV Krım xanı. 1739-cu ildə doğuldu. Krım xanı II Səlim Gərayın oğludur. Arslan Gərayın və Krım Gərayın ikinci səltənətlərində nurəddin ünvanı almışdır. Davam edən Rusiya-Osmanlı müharibəsi əsnasında vəzifəyə gətirilən, ancaq yerli bəylərin dəstəyini qazana bilməyən IV Dövlət Gərayın vəzifədən alınmasının ardından 1770-ci ilin martında Krım xanlığına gətirildi. Dərhal topladığı tatar süvariləriylə cəbhəyə yollansa da, burada hərbi uğur qazana bilmədi və Krıma geri göndərildi. Tabeliyindəki noqayların rusların tərəfinə keçməsinin ardından baş verə biləcək hər hansı bir hücuma qarşı səfərbərlik elan etdi və müharibəyə hazırlıq işləri gördü. Buna baxmayaraq ruslardan gələn muxtariyyət təkliflərini də dəyərləndirdiyi bilinir. Müharibənin mühüm zamanaında Krım xanının rusların tərəfinə keçməsindən çəkinən Sultan Mustafa dərhal onu vəzifədən uzaqlaşdırdı (noyabr 1770). Yerinə isə sabiq Krım xanlarından III Səlim Gəray ikinci dəfə hakimiyyətə gətirildi.
I Qaplan Gəray
I Qaplan Gəray (Krım Tatarcası I Qaplan Geray; 1678, Krım – 1738, Çeşmə, İzmir ili) — Gəraylar sülaləsindən olan Krım xanı (1707–1708, 1713–1715, 1730–1736), Krım xanı I Səlim Gərayın oğlu. Fasilələrlə 9 il Krım xanlığını idarə edib. 1699-cu ildən 1743-cü ilə qədər ən çox hökmranlıq edən O, I Səlim Gərayın altı oğlundan biri idi. İlk hakimiyyəti dövründə kabardalılar tərəfindən məğlub edilib. Balkanlarda hərbi əməliyyatlarda Osmanlı imperiyasına tam dəstək vermədikdə ikinci hökmranlığı başa çatdı. Onun üçüncü hakimiyyəti dövründə Rusiya Krıma hücum edib paytaxtı yandırdı. == Həyatı == Qaplan Gəray 1678-ci ildə Krım xanı I Səlim Gərayın ailəsində anadan olub. Qaplan Gəray I Səlim Gərayın altı oğlundan biri idi. 1695–1699-cu illərdə sultan (hakim sülalənin üzvləri Krımda sultan adlanırdı) Qaplan Gəray Kuban qoşununun sərəskəri idi. O, atasının dördüncü hakimiyyəti illərində (1702–1704) nurəddin vəzifəsini daşıyırdı, sonra Qazi III Gəray dövründə də (1704–1707) eyni vəzifəni yerinə yetirib.
Hatice Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. == Həyatı == Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
I Aslan
I Məhəmməd Aslan paşa — 1659-cu ildə paşa olmuşdur. Çox qəddar olduğu üçün xalqın narazılığına səbəb olan paşa 1677-ci ildə (yaxud 1680) edam edilmişdir.
Knyaz Aslan
Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb.
Məmməd Aslan
Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu – 23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır.
Natiq Aslan
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Ofeliya Aslan
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Ofelya Aslan
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu (14 may 1944, Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995). Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb. 1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Qəşəm Aslan
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
Siyavuş Aslan
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı. Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Aslan Abdulla
Aslan Abdulla (8 avqust 1970, Ermənistan SSR) — Azərbaycan alimi, ümumi və bariatrik cərrah. == Həyatı == Aslan Abdulla 8 avqust 1970-ci il tarixində Qərbi Azərbaycanda müəllim ailəsində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş və 1994-cü ildə məzun olmuşdur. Həmin ildən başlayaraq 1995-ci ilə kimi Respublika Klinik Xəstəxanasında internatura keçmişdir. 1998-ci ildə Rusiyanın Saratov Dövlət Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrah, birinci kvalifikasiya dərəcəsi, 2003-cü ildə isə Rusiyanın Penza Həkimləri təkmilləşdirmə İnstitutu ümumi cərrah, ali kvalifikasiya dərəcəsi almışdır. 2009-cu ildə Almaniyanın Münhen şəhərində diod lazerin cərrahiyyədə tətbiqi üzrə, 2011-ci ildə isə Rusiyanın Kazan şəhərində İnnovasiya Texnologiyaları Mərkəzində laparoskopik cərrahiyə üzrə təhsil almışdır. Daha sonra 2012-ci ildə Türkiyənin Ankara şəhərində radiofrekans ablasiya cihazının cərrahiyyədə tətbiqi üzrə ixtisaslaşma keçmişdir. 2014-cü ildə Türkiyənin Egey Universitetində ümumi cərrahiyyə bölümündə "Üst Qastrointestenal sistemin Laparoskopik Cərrahiyyəsi və Bariatrik cərrahiyyə" üzrə təkmilləşdirmə kursu keçmişdir. 2014–2015-ci ildə Türkiyənin Malatya şəhərində İlönü Universitetində ümumi cərrahiyyə bölümündə laparoskopik-Bariatrik metobolik cərrahiyyə üzrə təhsil almışdır. "Kəskin xolesistitin müalicəsində qanın venadaxili lazer şüalandırılmasının mek-sidol antioksidantı ilə birgə tətbiqi" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Aslan Akbey
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Aslan Akbəy
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Aslan Bjaniya
Aslan Georgiyeviç Bjaniya (abx. Аслан Гьаргь-иԥа Бжьаниа, Aslan Qarq-ipa Bjania; gürc. ასლან გიორგის-ძე ბჟანია, aslan giorgis-dje bjania; rus. Аслан Георгиевич Бжания, Aslan Qeorqieviç Bjaniya; 6 aprel 1963, Tamış[d], Abxaziya MSSR) — 23 aprel 2020-ci ildən bəri Abxaziyanın Prezidenti olan abxaz siyasətçi. O, 2010–2014-cü illərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, 2016-cı ildən Abxaziya müxalifətinin liderlərindən biri olub. O, 2019-cu ildə prezident seçkilərində iştirak edib, lakin zəhərləndiyi üçün namizədliyini geri çəkmək məcburiyyətində qalıb. O, 2020-ci il prezident seçkilərində qalib gəlib.
Aslan Süleymanov
Aslan Qurban oğlu Süleymanov (26 oktyabr 1939, Qaradağlı, Xaçmaz rayonu) — Azərbaycan dövlət xadimi, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin (1999–2005) və Dövlət Konserninin sədri (1995–1999), Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri (1990–1995), Azərbaycan Kommunist Partiyasının Xaçmaz (1989–1990), Neftçala (1985–1989), Qazax (1980–1985) rayon komitələrinin birinci katibi, Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1980). == Həyatı == Aslan Qurban oğlu Süleymanov 26 oktyabr 1939-cu ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta məktəbi 1957-ci ildə Xaçmaz rayonunda bitirdikdən sonra, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur. İxtisasca iqtisadçıdır. Aslan Süleymanov əmək fəaliyyətinə 1961-ci ildə Xaçmaz rayonunda başlamış, Qusarçay zona-təcrübə stansiyasının elmi işçisi, böyük aqronomu olmuşdur. 1965–1970-ci illərdə Azərbaycan LKGİ Xaçmaz Rayon Komitəsinin birinci katibi, 1970–1974-cü illərdə Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1974–1975-ci illərdə Quba rayonunda Balıqçılıq və Subtropik Bitkilər İnstitutunda elmi işçi, 1975–1976-cı illərdə isə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda aspirant olmuşdur. Aslan Süleymanov 1976–1977-ci illərdə Xaçmaz Rayon Aqrar-Sənaye Birliyində rəis, 1977–1980-ci illərdə isə Xaçmaz Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1980-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı olmuşdur. 1980–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Qazax, 1985–1989-cu illərdə Neftçala, 1989–1990-cı illərdə Xaçmaz rayon komitələrinin birinci katibi, 1990–1995-ci illərdə isə Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri vəzifələrində işləmişdir.
Aslan bacanaq
Aslan Bacanaq filmi rejissor Zəki Alasya tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Komediya, macəra, döyüş, musiqili film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Zəki Alasya, Mətin Ağpınar, Gölgən Bəngü, Cavad Qurtuluş, Pərran Qutman ifa edirlər. == Məzmun == Məhəlləyə təzə köçən avtobus sürücüsü Səlim, yaşadığı yerin qoçusu Həlimin bacısını sevməyə başlayır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Film aktyor, rejissor Zəki Alasyanın quruluşçu rejissor kimi filmdə ilk işidir.
Aslan Şahgəldiyev
Corc Aslan
Corc Aslan (1958, Mardin ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Corc Aslan 1958-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. İbtidai və orta təhsilini Midyat ilçəsində alıb. Bir müddət mühasib olaraq çalışıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 2 il hərbi həbsxanada saxlanılıb. 1984-cü ildən Niderlandda yaşayır. Niderlandda və digər Avropa dövlətlərində Süryani/Aysorlarla bağlı olan institutların qurucusu olub. Shemsho jurnalının təsisçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Beyzanur Aslan
Beyzanur Aslan (28 sentyabr 2001, Antalya) — Türkiyəli peşəkar futbolçu.Türkiyə Qadın Futbolu Super Liqasında çıxış edən Fənərbaxça İK klubunun müdafiəşisi. Beyzanur həmçinin Azərbaycanın 17 və 19 yaşa qədər qadınlardan ibarət milli yığmasında da çıxış etmişdir. Özünün verdiyi müsahibəyə əsasən Azərbaycanın A Milli komandasında dəvət almış lakin bu təklifi geri çevirmişdir. == Həyatı və Karyerası == 2021-ci ildə rəsmi olaraq "Fənərbaxça" klubuna transfer oldu. Həmin sezon Türkiyə Çempionu adına layiq görüldü Gözəl bir sezonun ardından 2022-ci ildə sol diz əzələ bağlarının qopması diaqnozu ilə əməliiyat edilmişdir. Zədə səbəbiylə bir müddətlik futbola ara vermişdir. Daha sonra "Fənərbaxça" klubu ilə yollarını ayırmışdır. "Gaziantep" klubuna keçən futbolçu, bir sezondan sonra öz məmləkətinin klubu olan "Antalya Deniz" klubuna transfer oldu. == Milli Karyerası == 2017-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının qadın futbol üzrə Azərbaycan milli komandasına qoşulmaq təklifini qəbul edib. O, Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası və Azərbaycan U-19 qızlardan ibarət milli futbol komandasında da çıxış edib.
Aslan Cəfərov
Cəfərov Aslan Məmmədhüseyn oğlu (23 iyul 1973, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Aslan Cəfərov 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Aslan Cəfərov 1992–1995-ci illərdə "Areal" Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse- prezidenti işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Katibliyində və İşlər İdarəsində mütəxəssis, 1998-ci ildən Azərbaycan Respublikası Ticarət Nazirliyinin Xarici departamentində aparıcı mütəxəssis, Ticarət, məişət və digər növ xidmət sahələrində qaydalara nəzarət üzrə dövlət müfəttişliyinin baş mütəxəssisi, şöbə müdiri, 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışmışdır. 2008–2010-cu illərdə "Diplomat-1" firmasının kommersiya direktoru olmuşdur. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Oxşar sözlər

#aslan-qaplan nədir? #aslan-qaplan sözünün mənası #aslan-qaplan nə deməkdir? #aslan-qaplan sözünün izahı #aslan-qaplan sözünün yazılışı #aslan-qaplan necə yazılır? #aslan-qaplan sözünün düzgün yazılışı #aslan-qaplan leksik mənası #aslan-qaplan sözünün sinonimi #aslan-qaplan sözünün yaxın mənalı sözlər #aslan-qaplan sözünün əks mənası #aslan-qaplan sözünün etimologiyası #aslan-qaplan sözünün orfoqrafiyası #aslan-qaplan rusca #aslan-qaplan inglisça #aslan-qaplan fransızca #aslan-qaplan sözünün istifadəsi #sözlük