Purkinye lifləri
Həyəcan His-Purkinye sistemi ilə ötürülür. Hər şeydən əvvəl, həyəcan siqnalı atrioventrkulyar(AV) düyündən His dəstəsinə keçir. His dəstəsinin də öz ritmi var və dəqiqədə 20-30 həyəcan siqnalı yarada bilər. Ürəyin 3-cü dərəcəli peysmeykeri olaraq, His dəstəsi AV düyün üçün dəstək funksiyası da yerinə yetirir.
His dəstəsinin (Truncus fasciculi atrioventricularis) gövdəsi 3 "budağa" ayrılır: iki sol və bir sağ. Liflərdən birində həyəcan siqnalı gecikərsə və ya kəsilərsə, deməli lif blokadası yaramışdır. Ürəyin zirvəsində bu liflər ürəyin keçiricilik sisteminin son hissəsi olan və işləyən əzələ lifləri ilə təmas edən Purkinye liflərinə bölünür. Purkinye lifləri hüceyrələrində çoxlu qlikogen vardır. Bundan əlavə hüceyrə membranının altında bir neçə əzələ fibrili aşkar edilə bilər.
H. G. Borst, W. Klinner, A. Senning (Hrsg.): Herz und herznahe Gefäße.