Jan Etyen Liotar
Jan Etyen Liotar (fr. Jean-Étienne Liotard, Fransızca tələffüz: [ʒan‿etjɛn ljɔtaʁ]; 22 dekabr 1702,Cenevrə — 1789, Cenevrə) — isveçrəli rəssam, dequstator və satıcı.
== Fəaliyyəti ==
Liotar Cenevrədə anadon olub. Atası 1685-ci ildə Cenevrəyə qaçan bir zərgər idi. Jan Etyen Liotar ilk təhsilini professor Qardel və professor Lui Petitodan alır və onların miniatürlərinin və rəsm əsərlərinin surətlərini çox böyük keyfiyyətlə köçürür.
1725-ci ildə Fransua Lemuan və Jan-Batist Massedən təhsil almaq üçün Parisə gəlir. Buradan Lui Filojen Brulart, Puysye qrafı və hersoqunun təklifləri əsasında Neapola getməyə qərar verir. 1735-ci ildə Romada papa XII Klementin və bir neçə kardinalların rəsm əsərlərini çəkir. 3 il sonra Konstantinopolda Lord Dunkannon ilə tanış olur.
Jan Etyen Liotar İstanbulu ziyarət edir və burada türklərin daxili həyatlarından pastellər vasitəsilə bir neçə rəsmlər çəkir.