* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət. 2. Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin … müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn. □ Müraciət etmək – 1) üz tutub demək. …Veys bu dəfə Qadirə müraciət elədi… Ə.Əbülhəsən. [Müəllim:] Siz bu alətlə tanışsınızmı? – deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq. Elçinin atası uşaqlara müraciət etdi. M.Rzaquluzadə; 2) bir şey üçün şifahi və ya yazılı şəkildə birindən xahiş etmək, yaxud yanına getmək. Həkimə müraciət etmək. Məktubla müraciət etmək. – [Nemət hakimə:] Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm. Çəmənzəminli. Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. 3. Geri dönmə, qayıtma. □ Müraciət etmək – 1) dönmək, qayıtmaq. [Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə; 2) məc. tarixi mövzu və s.-dən istifadə etmək, onun haqqında yazmaq. Keçmişə müraciət etmək. – “Vaqif”də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, “Fərhad və Şirin”də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif; 3) bir şeyi və ya şəxsi tapmaq üçün bir yerə baş vurmaq. 4. bax müraciətnamə.
Azərbaycan dilinin izahlı lüğəti / müraciət2 birinə üz tutub söylənilən söz, çağırış; xahiş.
Azərbaycan kişi adlarının izahlı lüğəti / müraciət3 ə. 1) geri dönmə; qayıtma; 2) baş çəkmə; 3) boşanmış qadınla ikinci dəfə evlənmə, bir qadını boşayıb yenidən alma; 4) xitab etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müraciət4 1) xitab etmə, çağırış; 2) xahiş, rica; 3) dönmə, qayıtma, baş çəkmə, baş vurma.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / müraciət2 1. MÜRACİƏT [Bahadır bəy.] Biz ..ziyalılarına müraciət edə bilərik (C.Cabbarlı); XİTAB Mirzə Rəhim: Xitab yetişər, ey mənim bəndələrim.. (M.S.Ordubadi); ÇAĞIRIŞ. 2. müraciət bax xahiş
Azərbaycan dilinin sinonimlər lüğəti / müraciət2 сущ. обращение: 1. воззвание (устное или письменное обращение к кому-л. с призывом). Xalqa müraciət обращение к народу, sülhsevər qüvvələrin ümumdünya konqresinin müraciəti обращение Всемирного конгресса миролюбивых сил 2. направление, адресование своей просьбы кому-л. Məsləhət üçün müraciət обращение за советом, kömək üçün müraciət обращение за помощью, təklifli müraciət обращение с предложением, xahişlə müraciət обращение с просьбой 3. направление своей деятельности на что-л. Lüğətlərə müraciət обращение к словарям, ilk məxəzlərə müraciət обращение к первоисточникам, faktlara müraciət обращение к фактам; müraciət etmək обращаться, обратиться; апеллировать. Müəllimə müraciət etmək обратиться к учителю, həkimə müraciət etmək обратиться к врачу, çağırışla müraciət etmək обратиться с призывом, ərizə ilə müraciət etmək обратиться с заявлением, şikayətlə müraciət etmək обратиться с жалобой, müdiriyyətə müraciət etmək обратиться к дирекции; dərsliyə müraciət etmək обратиться к учебнику, ədəbiyyata müraciət etmək обратиться к литературе
Azərbaycanca-rusca lüğət / müraciət1 i. appeal (to), address (to); Ümumdünya Sülh Şurasının ~i World Peace Council’s Appeal; ~ etmək 1) to address (d.), to apply (to); 2) to resort (to); to have* recourse (to); to fall* back (upon); kömək üçün ~ etmək to resort to help (of), to have* recourse (to); gücə ~ etmək to resort to force
Azərbaycanca-ingiliscə lüğət / müraciət1 is. appel m ; adresse f ; ~ etmək 1) adresser (s’) à ; recourir à ; 2) consluter vt ; dosta ~ etmək recourir à un(e) ami(e) ; lüğətə ~ etmək consulter un dictionnaire ; çağırışla ~ etmək faire appel à qn
Azərbaycanca-fransızca lüğət / müraciət1 [ər.] сущ. 1. садахъ ччин элкъуьрна лугьузвай, рахазвай гаф(ар); эверун, эвер гун; xalqa müraciət халкьдив рахун; халкьдиз эвер гун; 2. хагьишун, хагьиш; müraciət etmək а) ччин элкъуьрна лугьун, рахун; б) за затӀунин патал садавай мецелди ва я кхьена хагьиш авун, яни гьадан патав фин; 3. кьулухъ элкъуьн, элкъвена хъфин (хтун); müraciət etmək а) элкъуьн, элкъвена хъфин; б) пер.тарихдикай ва мс. менфят къачун, адан гьакъинда кхьин; 4. кил. müraciətnamə.
Azərbaycanca-ləzgicə lüğəti / müraciət