müxbir sözü azərbaycan dilində

müxbir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müxbir • 99.5371%
  • Müxbir • 0.4105%
  • MÜXBİR • 0.0524%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müxbir
Müxbir — ərəb sözü olub "cavab vermək" mənasını bildirir. Ən qaynar xəbərləri çatdıran redaksiya, mətbuat və ya televiziya, radio müxbirlərinin işinin vacibliyini qeyd etmək lazımdır. Xarici ölkələrdə müxbirlər hətta hava limanı və vağzallarda gecələməli olurlar. Vacib bir məsələ ortaya çıxan kimi hadisələrin mərkəzində olurlar. Müxbirin əsas işi ən aktual informasiyaları operativ şəkildə redaksiyaya çatdırmaqdır. Müxbirlər "xəbərlər" janrlarının müəllifləridirlər. Onlardan materialların emosional şəkildə bütün təfərrüatı ilə təqdim olunması gözlənilir. Hər redaksiyanın müxbirlər ştatı var. Onların çiynində informasiya yükü toplamaq yükü dayanır. Müxbirlərin başlıca vəzifəsi müntəzəm surətdə yeni xəbərlər toplamaqdır.
Məhəmməd Müxbir
Məhəmməd Müxbir Dizfuli (fars. محمد مخبر دزفولی‎; 26 iyun 1955, Dezful, İran) – İran siyasətçisi, İranın vitse-prezident (2021–2024). İran prezidenti İbrahim Rəisinin 19 may 2024-cü ildə Vərziqanda baş verən helikopter qəzası nəticəsində ölməsindən sonra həmin tarixdən etibarən İran prezidentinin səlahiyyətlərinin icraçısı. O, bu vəzifəni 2024 İran prezident seçkilərində seçilmiş prezident Məsud Pezeşkianın vəzifələrinin icrasına başladığı 28 iyul 2024 tarixinə kimi icra etmişdir.
AMEA-nın müxbir üzvləri
Azərbaycan SSR Elmlər Akademiyası (indiki AMEA) 1945-ci ildə, Bakı şəhərində təşkil edilmişdir. Aşağıdakı siyahıda AMEA-nın yarandığı gündən bu günə kimi bütün müxbir üzvlərinin siyahısı verilmişdir. == A == Abasov İsmayıl Teymur oğlu — 1989 Abbasov Əliəddin Dəyyan oğlu — 2014 Abbasov Zöhhak Yaqub oğlu — 2001 Abdinov Ovsat Bəhram oğlu — 2014 Abdullayev Əsgər Ələkbər oğlu — 1969 Abdullayev Mahmud Abdulla oğlu — 2007 Ağayev Telman Məmmədəli oğlu — 2001 Alxazov Tofiq Həsən oğlu — 1989 Alıquliyev Ramiz Məhəmməd oğlu — 2017 Axundzadə İdris Məmmədhüseyn oğlu — ? Araslı Nüşabə Həmid qızı — 2017 Ayda-zadə Kamil Rəcəb oğlu — 2014 == B == Babanlı Məhəmməd Baba oğlu — 2014 Babayev İlyas Atababa oğlu — 2007 Bağırov Adil Nəsib oğlu — 2014 Bağırov Bağır Əli oğlu — ? Baxşəliyev Vəli Baxşəli oğlu — 2007 Bayramov Nuru Yusif oğlu — 2014 Bilalov Bilal Telman oğlu — 2014 Bünyadzadə Könül Yusif qızı — 2017 == C == Calalov Qərib İsaq oğlu — ? Canibəyov Nazil Fazil oğlu — ? Cavanşir Rəşid Cəmil oğlu — ? Cəfərov İbrahim Həsən oğlu — 2014 Cəfərov İsgəndər Həsən oğlu — 2014 Cəlilov Namiq Sərdar oğlu — ? Cəfərov Valeh Cabbar oğlu — 2014 == D == Dadaşov Bilal Ataş oglu == E == == Ə == Əbdürrəhmanov Yusif Ələkbər oğlu — 1968 Əfəndiyev Qalib Məmməd oğlu — ? Əfəndiyev Oqtay Əbdülkərim oğlu — 2001 Əhmədbəyli Fərhad Soltan oğlu — 2001 Əhmədov Mübariz Məcid oğlu — ?
AMEA-nın müxbir üzvlərinin siyahısı

Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Müxbirüssəltənə
Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri, mürtəce ruhlu, Şeyx Məhəmməd Xiyabani hərakatının yatırılmasında iştirak edib. Cənubi Azərbaycanın valisi == Həyatı == Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla "danışığa" başladı. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı.
Müxbirəssəltənə

Yana Yapon Müxbiri
"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu. == Tarixi == "Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır. Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.
Yana yapon müxbiri

müxbir sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir. – Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı. 2. sif. köhn. Xəbəri olan, xəbərdar, baxəbər. [Cahangir bəy:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vəzirov. [Mehrəli bəy:] Görünür, əhvalatdan müxbir deyilsiniz. S.S.Axundov. □ Müxbir etmək köhn. – hadisəni demək, bildirmək, haqqında məlumat vermək, xəbərdar etmək. Çox danışıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. Çəmənzəminli. Müxbir olmaq köhn. – xəbərdar olmaq. Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü. T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti / müxbir
  • 2 ə. 1) bir hadisəni mətbuat vasitəsi ilə xəbər verən; 2) xəbəri olan, xəbərdar; 3) kimyada: laboratoriya sınaq şüşəciyi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müxbir

müxbir sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. MÜXBİR [Ata:] Bir gün raykomdan zəng vurdular ki, Bakıdan müxbir gəlib.. (Ə.Qasımov); QƏZETÇİ (köhn.) Axırda iş o yerə çatıb ki, qəzetçilər də bu şoğəribin ağcaqanadların söz-söhbətinə qoşulublar (Ə.İldırımoğlu); QƏZETYAZAN (dan.) Ana: Mən də dedim görəsən, gülməli artistlərdən biridir, demə o, qəzetyazan gedəymiş.. (Ə.Qasımov); RUZNAMƏÇİ (köhn.). 2. müxbir bax xəbərdar

    Azərbaycan dilinin sinonimlər lüğəti / müxbir

müxbir sözünün rus dilinə tərcüməsi

  • 1 1. корреспондент; 2. корреспондентский;

    Azərbaycanca-rusca lüğət / müxbir
  • 2 I сущ. корреспондент, корреспондентка (сотрудник газеты, журнала, радио и других органов информации, посылающий сообщения с мест). Hərbi müxbir военный корреспондент, xüsusi müxbir специальный (собственный) корреспондент, radio müxbiri корреспондент радио II прил. корреспондентский. Müxbir materialları корреспондентские материалы; müxbir üzv член-корреспондент (член научного учреждения, общества, не пользующийся всеми правами действительного члена). Milli Elmlər Akademiyasının müxbir üzvü член корреспондент Национальной Академии наук

    Azərbaycanca-rusca lüğət / müxbir

müxbir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. correspondent; qəzetin xüsusi ~ i (newspaper’s) own correspondent; ~ üzvü Associate Member; Elmlər Akademiyasının müxbir üzvü Associate Member of the Academy of Science

    Azərbaycanca-ingiliscə lüğət / müxbir

müxbir sözünün fransız dilinə tərcüməsi

müxbir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мухбир (1. корреспондент (газетдин, журналдин, радиодин ва мс. малуматар гудай органра кӀвалахзавай кас); 2. прил. куьгьн. хабар авай, хабардар тир, хабардар; müxbir etmək куьгьн. хабардар авун, малумат гун, лугьун, чирун; müxbir olmaq куьгьн. хабар(дар) хьун, чир хьун).

    Azərbaycanca-ləzgicə lüğəti / müxbir

müxbir sözünün türk dilinə tərcüməsi

"müxbir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müxbir nədir? #müxbir sözünün mənası #müxbir nə deməkdir? #müxbir sözünün izahı #müxbir sözünün yazılışı #müxbir necə yazılır? #müxbir sözünün düzgün yazılışı #müxbir leksik mənası #müxbir sözünün sinonimi #müxbir sözünün yaxın mənalı sözlər #müxbir sözünün əks mənası #müxbir sözünün etimologiyası #müxbir sözünün orfoqrafiyası #müxbir rusca #müxbir inglisça #müxbir fransızca #müxbir sözünün istifadəsi #sözlük