məbhut sözü azərbaycan dilində

məbhut

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məbhut • 88.8889%
  • Məbhut • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

məbhut sözünün leksik mənası və izahı

  • 1 zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. …Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev. □ Məbhut qalmaq – heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq. [Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım. A.Divanbəyoğlu. …Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Q.İlkin. Məbhut etmək – heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək. Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi. M.İbrahimov. Məbhut olmaq – bax məbhut qalmaq. Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / məbhut

məbhut sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] нареч. гьейран-гьейран, кьил-кьилел алачир гьалда, пагь атӀана; məbhut qalmaq гьейран хьун, мягьтел хьун, гьейран амукьун, тажублу хьун, кьил акахьна амукьун, пагь атӀун, пантӀ хьун; məbhut etmək гьейран авун, тжублу авун, мягьтеларун, пантӀ авун; məbhut olmaq кил. məbhut qalmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / məbhut

Oxşar sözlər

#məbhut nədir? #məbhut sözünün mənası #məbhut nə deməkdir? #məbhut sözünün izahı #məbhut sözünün yazılışı #məbhut necə yazılır? #məbhut sözünün düzgün yazılışı #məbhut leksik mənası #məbhut sözünün sinonimi #məbhut sözünün yaxın mənalı sözlər #məbhut sözünün əks mənası #məbhut sözünün etimologiyası #məbhut sözünün orfoqrafiyası #məbhut rusca #məbhut inglisça #məbhut fransızca #məbhut sözünün istifadəsi #sözlük