Məhəmmədin sözü azərbaycan dilində

Məhəmmədin

Yazılış

  • Məhəmmədin • 99.0033%
  • məhəmmədin • 0.3322%
  • Məhəmmədİn • 0.3322%
  • MƏhəmmədin • 0.3322%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədin canişinliyi
Müsəlmanlar arasında Məhəmmədin canişinliyinə görə ixtilaf olub şiə və sünnü müsəlmanların əsas ixtilafı bunun üzərinədir. Şiə müsəlmanların baxışına görə Məhəmməd son həccindən qayıdandan sonra Allah tərəfindən əmr edildi və bu ayə Qədiri-Xum-da özü üçün canişin seçməsi üçün nazil oldu: {{{1}}} يا أَيّهَا الرّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلّغْتَ رِسالَتَهُ وَ اللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ إِنّ اللّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرينَ Ey peyğəmbər hər nəki sənə nazil olub mükəmməl şəkildə camaata de və yetir! əgər belə etməsən, onun risalətini yerinə yetirməyibsən! Allah səni camaatdan gələn təhlükələrdən qoruyacaq. Allah kafir və inadcıl camaatı hidayət etməz. Qədiri-xum-dakı bulaqın yanında bir xutbə oxuyaraq Əli bin Əbu Talibi öz canişinliyinə seçdi. bu rivayətdəki, Əhli-Sünnət-də onu nəql etmişlər Şiələr ona istinad edib və Əlini Məhəmmədin canişini sayırlar, bu işi gördükdən sonra aşağıdakı ayə nazil oldu: {{{1}}} الْیَوْمَ یَئس الَّذِینَ کَفَرُوا مِن دِینِکُمْ فَلا تخْشوْهُمْ وَ اخْشوْنِ الْیَوْمَ أَکْمَلْت لَکُمْ دِینَکُمْ وَ أَتمَمْت عَلَیْکُمْ نِعْمَتى وَ رَضِیت لَکُمُ الاسلَمَ دِیناً Bu gün sizin dininizi mükəmməl etdim, və öz nemətimi sizə qurtarıb, islamı sizin ölümsüz dininiz olaraq qəbul etdim. Amma sünnülər bunun əksinə etiqadları var ki, Məhəmməd özünə canişin seçmədi, bəlkə vəfatından sonra onun neçə səhabələri bir şura düzəldərək Əbu Bəkri peyğəmbərin canişinliyinə seçmişlər. Bir islami rivayətə görə ozamanki «Tayfa və qohumlarına xəbərdarlıq et» ayəsi nazil oldu, Məhəmməd qohumları Bəni Haşimdən və bir qrup Bəni Mütəllibdən ki 45 nəfər olardılar dəvət edib onlara vəsiyyət edir: «Ey Əbdülmütəllib oğlanları... Allah mənə əmr edib ki sizi ona sarı dəvət edəm.
Məhəmmədin tarixi
Məhəmmədin tarixi — Məhəmmədin tarixi şəxsiyyət kimi tədqiqinə və ənənəvi izahatlarına əsaslanaraq tənqidi araşdırılmasıdır. Məhəmmədin həyatı ilə bağlı ilk mənbə Quran hesab edilir və Məhəmmədin tarixi barədə olduqca az məlumat verir Siyər adı ilə bilinən peyğəmbər bioqrafiyası, hədis olaraq bilinən Məhəmmədin sözləri və əməlləri isə peyğəmbər barədə əsas mənbə sayılır Lakin bu mənbələr təktərəfli hesab edilir və tarixi qaynaq olaraq istifadə olunub-olunmaması isə hələ də mübahisəli bir mövzudur. Buna baxmayaraq əlimizdə hədislərdə keçən məlumatları təsdiq edən bəzi qeyri-islami mənbələr də vardır. Ancaq bu məlumatların hər biri Məhəmmədin ölümünün ardındandır Əlyazmanın ultrabənövşəyi şüalardan istifadə edərək ortaya çıxan "alt mətnləri" Osmandan əvvəlki dövrə aid bəlkə də yeganə nümunədir və bugünkü Qurandan yazılış cəhətdən çox fərqlidir. Alman alimi Gerd R. Puin bunun sabit bir mətndən çox inkişaf edən mətni nəzərdə tutduğuna inanırdı. Oxşar ifadə "Lorens Konrad tərəfindən Məhəmmədin tərcümeyi-halı üçün istifadə edilmişdir" Məhəmmədin həyatı ilə bağlı əsas İslam mənbələri Quran və Məhəmmədin həyatı haqqında məlumat verən siyər və hədis kimi tanınan şifahi ənənələrə əsaslanan qeydləridir. İslama görə, bütün Quran Məhəmmədin sağlığında (miladi 610–632-ci illərdə) səhabələri tərəfindən yazılmışdır. Məhəmmədin ölümündən sonra Quranın nazil olması dayandırıldı və Quranı əzbərləyən səhabələr (xüsusilə 633-cü ildə Yəmamə döyüşündən sonra) ölməyə başladılar. Quranın bəzi hissələrinin geri qaytarıla bilməyəcək şəkildə itirilə biləcəyindən narahat olan böyük yoldaşı Ömər xəlifə Əbu Bəkrə xəbərdarlıq etdi ki, Quranın indiyə qədər "xurma yarpağı budaqları, nazik ağ daşların üzərində olan yazıları və hafizləri" toplasın Xəlifə Osmanın dövründə beş nəfərdən ibarət bir komitə "mətni olduğu kimi izlədi", misralarla bağlı mübahisələri həll etdi, itirilmiş bir ayətin izinə düşdü və qeydləri bir cilddə köçürdü. "Osmanın Quranı" kimi tanınan bu müshəf eramızın 650-ci illərində tamamlandı bundan sonra Osman şübhəyə düşülməməsi üçün bütün digər şəxsi və fərdi nüsxələri, əhruf olaraq bilinən dialekt fərqlərinin yandırlmasını əmr etdi.
Məhəmmədin səhabələrinin siyahısı
Əbu Bəkr Ömər Osman Əli Əbu Rafe əl-Qibti Əbu Leyla əl-Ğəffari Əbu Fəzalə əl-Ənsari Əbu Sufyan Əbu Haris ibn Əbdulmuttəlib əl-Haşimi Əbu Hüreyrə Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin araşdırmaları Məhəmməd peyğəmbərin qeyri-ərəb səhabələrinin siyahısı (en) Tabein "Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr" ( (az.)). saqaleyn.wordpress.com. 2013-02-16. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.

"məhəmmədin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhəmmədin nədir? #məhəmmədin sözünün mənası #məhəmmədin nə deməkdir? #məhəmmədin sözünün izahı #məhəmmədin sözünün yazılışı #məhəmmədin necə yazılır? #məhəmmədin sözünün düzgün yazılışı #məhəmmədin leksik mənası #məhəmmədin sözünün sinonimi #məhəmmədin sözünün yaxın mənalı sözlər #məhəmmədin sözünün əks mənası #məhəmmədin sözünün etimologiyası #məhəmmədin sözünün orfoqrafiyası #məhəmmədin rusca #məhəmmədin inglisça #məhəmmədin fransızca #məhəmmədin sözünün istifadəsi #sözlük