Cənubi Sakit okean mandatı
Cənubi Sakit okean mandatı (yap. 南洋庁) — Millətlər Liqasının qərarı ilə Almaniya imperasının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra Sakit okeanda yerləşən müstəmləkələr Yaponiya imperiyasının mandatlığına verilmişdir. Mandatlıq 1919-cu ildən 1947-ci ilə qədər davam etmişdir.
== Tarixi ==
İngilis-yapon birliyinin şərtlərinə müvafiq olaraq 23 avqust 1914-ci ildə Yaponiya imperiyası Almaniyaya müharibə elan edir. İngilislərlə birlikdə Sindao hücumu həyata keçilir. Yaponiya İmperiya donanmasının hədəfi Almaniya Şərqi-Asiya kreyser eskadrosunu darmadağın edmək və Sakit, Hind okeanlarında dəniz yollarının təhlükəsizliyi təmin etmək vəzifəsini üzərinə götürürlər. Bu vəzifələrin yerinə yetirilməsi zamanı 1914-cü ilin oktyabr ayında Yaponiya donanması Almaniyanın okeaniyadakı mülkləri olan Marian adaları, Karolin adaları, Marşall adaları və Palau arxipelaqına hücum təşkil edilir.
Müharibənin bitməsi ilə Paris Sülh Konfransında rəsmən ərazilərin Yaponiyanın işğalı tanınır. Mandatın kateqoriyası "C" olaraq tətbiq edilir. Yaponlar bir müddət sonra adaların iqtisadi inkişafına xüsusi diqqət yetirir.