manevr sözü azərbaycan dilində

manevr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • manevr • 97.8342%
  • Manevr • 2.1658%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük manevrlər (film, 1955)
"Böyük manevrlər" (fr. Les Grandes Manoeuvres) — rejissor Rene Klerin filmi. == Məzmun == 1914-cü il müharibəsinin başlanğıcı. Yaraşıqlı zabit Arman de la Vern öz dostları ilə mərcə girir. Öz öhdəsinə götürdüyü iş isə bundan ibarət olur ki, o, böyük manevrlər başlayana qədər əlçatmaz qadın – Mari Luiza Rivyeri yoldan çıxarmalıdır. Lakin leytenant Arman de la Vern həmin qadına həqiqətən aşiq olacağını hələ bilmir.
Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
Kobra manevri
Kobra manevri — təyyarənin sürətini azaltmaq məqsədilə həyata keçirilən manevr == Tarixi == İlk dəfə olaraq 1960-cı illərin əvvəllərində İsveç Hərbi Hava Qüvvələrinə məxsus Saab 35 Draken təyyarələri ilə təlim uçuşları zamanı ortaya çıxıb. Bu manevrin uçuş sürətinə əhəmiyyətli təsiri nəzərə çarpdı və pilotlar sürəti tez azaltmaq üçün lazım olduqda bu manevrdən istifadə etməyə başladılar. İsveçlilər manevri qılıncoynatmada qılıncın oxşar hərəkətinə görə Kort parad adlandırdılar. Avstriyalı tədqiqatçı Tom Kuperin sözlərinə görə, belə bir manevr ilk dəfə 1967-ci ildə Suriya Hərbi Hava Qüvvələrinin pilotu tərəfindən MiQ-21 qırıcısında təsadüfən həyata keçirilib və 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb pilotları tərəfindən hava döyüşlərində istifadə edilib. İqor Volkun bəyanatına görə, o, təsadüfən sonra "kobra" adlandırılan fiqurun ilk icrasına müvəffəq olub. Kobranı Le Burje Aviasiya Sərgisində ictimaiyyətə nümayiş etdirən ilk sovet pilotu 1989-cu ildə aerobatika üzrə Suxoy Dizayn Bürosunun sınaq pilotu Viktor Puqaçov olmuşdur. Bu səbəbdən manevr çox vaxt "Puqaçov kobrası" (rus.
Sellick manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.

manevr sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması. Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. // Ordu və ya donanmanın döyüş şəraitinə yaxın bir şəraitdə keçirilən taktiki təlimi. Hələ Tbilisidə ikən Mədətov manevrdə qıçı burxulduğu üçün bir hospitalda on gün yatmışdı. Ə.Əbülhəsən. 2. d.y. Qatar tərtib etmək üçün lokomotiv və vaqonların stansiya yollarında o tərəf-bu tərəfə hərəkəti. Limanda duran paroxodların, manevr edən parovozların arabir fit səsi gəlirdi. M.S.Ordubadi. Qarşıdakı küçədə manevr edən parovoz arabir kəsik-kəsik fit verir. H.Seyidbəyli. 3. İstiqaməti dəyişmə (gəmi, təyyarə haqqında). Müstəqil naviqasiya ölçülərinin məlumatına görə gəmilərin komandirləri əl ilə idarədən istifadə etməklə qarşılıqlı surətdə manevri davam etdirirlər. 4. məc. Biclik, hiylə, fırıldaq, fənd. [Knyaz:] Sanırım bir manevr olmalı bu. H.Cavid. Ancaq bütün bunlar bir manevr idi. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / manevr

manevr sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. манёвр, маневр: 1) воен. передвижение и группировка войск или флота с целью нанести удар противнику. Manevri araşdırmaq разобрать маневр; manevr qabiliyyati маневроспособность 2) перен. ловкий, хитрый приём. Pərdəarxası manevrlər закулисные манёвры, təhlükəli manevr опасный манёвр, tərəflərin manevrləri манёвры сторон 3) изменение в курсе (корабля, самолёта). Keçirilən manevr nəticəsində “Mars-5” stansiyası süni peykə çevrilmişdir в результате проведённого манёвра станция “Марс-5” стала искусственным спутником 2. только мн. ч. манёвры: 1) тактические занятия войск или флота в обстановке, приближающейся к боевым условиям. Dəniz manevrləri морские манёвры 2) ж.-д. передвижение вагонов и локомотивов на станционных путях для составления поездов. Stansiya manevrləri станционные манёвры II прил. 1. манёвренный (ведущийся широким применением манёвра). Manevr müharibəsi манёвренная война (без долговременных укреплений) 2. ж.-д. маневровый (предназначенный, служащий для манёвров). Manevr parovozu маневровый паровоз, manevr semaforu маневровый семафор, manevr düzümü маневровый состав, manevr işi маневровая работа

    Azərbaycanca-rusca lüğət / manevr

manevr sözünün inglis dilinə tərcüməsi

manevr sözünün fransız dilinə tərcüməsi

manevr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] 1. воен. манёвр (дяведа кьушун ва я гимияр душман ягъун патал са чкадай маса чкадихъ юзун ва са чкадал кӀватӀ хьун; кьушунри ва я гимийри дяве ийизвай тегьерда тухудай гьахьтин учение, маневрияр); 2. маневрияр (поездар туькӀуьрун патал локомотивар ва вагонар станциядал къекъуьрун); 3. физвай пад дегишун (гимиди, самолётди); 4. пер. гьилле, амалдарвал, бижвал, фенд.

    Azərbaycanca-ləzgicə lüğəti / manevr

"manevr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#manevr nədir? #manevr sözünün mənası #manevr nə deməkdir? #manevr sözünün izahı #manevr sözünün yazılışı #manevr necə yazılır? #manevr sözünün düzgün yazılışı #manevr leksik mənası #manevr sözünün sinonimi #manevr sözünün yaxın mənalı sözlər #manevr sözünün əks mənası #manevr sözünün etimologiyası #manevr sözünün orfoqrafiyası #manevr rusca #manevr inglisça #manevr fransızca #manevr sözünün istifadəsi #sözlük