Manqurt sözü azərbaycan dilində

Manqurt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Manqurt • 84.0000%
  • manqurt • 14.0000%
  • MANQURT • 2.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Manqurt
Manqurt — türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gərilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. == Etimologiya == (Bun/Ban/Man) kökündən törəmişdir. Bun sözü ağıl yoksunluğunu ifadə edər. Monqolca Mun/Mung (Türkcə Bun/Bung) felleri ağlını itirməyi, Munah (Türkcə Bunah) sözləri yaşlılıq səbəbiylə ağlını itirmiş olan kəsləri izah edər. Köhnə Altaycada Manu, Tungus və Mancur dillərində Mana sözcüyü ağlın itirilməsini və istifadə edilməz hala gəlməyi bildirir.
Manqurt (dəqiqləşdirmə)
Manqurt - kökünü danan, qınından çıxıb, qınını bəyənməyən kimsə. Manqurt (film, 1990) - Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında çəkilmiş film. Manqurt (balet, Y. Simakin) - balet. Manqurt haqqında rəvayət (balet, K. Moldobasanov) - qırğız bəstəkarı Kalıy Moldobasanovun baleti. Manqurt (balet, N. Zakirov) - özbək bəstəkarı Nurilla Zakirovun baleti.
Manqurt (film, 1990)
Manqurt (türk. Mankurt- Vahşetin davulları, rus. Манкурт) — görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında SSRİ və Türkiyə ortaq istesalı olan film. == Məzmun == Valideynləri, keçmişi haqqda yaddaşını, utanma, vicdan, şərəf hisslərini itirmiş, insan görkəmində zombidən bəhs edən fəlsəfi, faciəvi hekayə... Filmin qəhrəmanı düşmənə əsir düşür, başına keçə keçirilir və susuz səhrada bir neçə gün buraxılır, yaddaşını tamamən itirir və... anasını öldürür.
Manqurt (film, 2003)
== Məzmun == Film-tamaşa başına qoyun dərisi keçirilən və tədricən manqurtlaşan oğlanın keçirdiyi iztirablardan söhbət açır. == Film haqqında == Film-tamaşa qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından bir parça əsasında ekranlaşdırılmışdır.

manqurt sözünün leksik mənası və izahı

  • 1 [xüs. is.-dən] 1. Düşünmək qabiliyyətini itirmiş adam. 2. sif. Əsil-nəslini unutmuş. Manqurtların buz kibi gözlərində qan, hədə; Toqquşuruq nə vaxtdır; O, dəmirdi, mən almaz. X.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / manqurt

manqurt sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. манкурт (о человеке, забывшем прошлое, отказавшемся от национальных традиций и т.п.)

    Azərbaycanca-rusca lüğət / manqurt

manqurt sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [xüs. is.-dən] мангурт (1. сущ. фагьумунин алакьун амачир кас; 2. прил. вичин эсил-несил рикӀелай алуднавай).

    Azərbaycanca-ləzgicə lüğəti / manqurt

"manqurt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#manqurt nədir? #manqurt sözünün mənası #manqurt nə deməkdir? #manqurt sözünün izahı #manqurt sözünün yazılışı #manqurt necə yazılır? #manqurt sözünün düzgün yazılışı #manqurt leksik mənası #manqurt sözünün sinonimi #manqurt sözünün yaxın mənalı sözlər #manqurt sözünün əks mənası #manqurt sözünün etimologiyası #manqurt sözünün orfoqrafiyası #manqurt rusca #manqurt inglisça #manqurt fransızca #manqurt sözünün istifadəsi #sözlük