Marağalı Övhədi
Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair.
== Həyatı ==
Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz.