metall sözü azərbaycan dilində

metall

Yazılış

  • metall • 64.7059%
  • Metall • 35.2941%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənc metallurqlar (film, 1956)
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. == Keçid metalları == Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. == Xassələri == Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Metallar
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. == Metalların ümumi xarakteristikası == Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). == Metalların fiziki xassələri == Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. === Metalların plastikliyi === Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. === Metal parıltısı === Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metalların korroziyası
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Metallica
Metallica — 1981-ci ildə yaradılan metal ifa edən amerikan qrupu. "Thrash metal" axınının üzvlərindən və 1980'li illərin ən yaxşı və ən ilham verici metal qruplarından biri olaraq qəbul edilir. 60 milyondan ABŞ-də, 40 milyondan da dünyanın geri qalanında olmaq üzrə təxminən 100 milyon albom satışı olan qrup, musiqi tarixinin ticari və axın olaraq ən müvəffəqiyyətli metal qruplarından biridir. Konsert satışları baxımından da ABŞ musiqi tarixinin ən böyük 13. birliyi mövqesindədir. == Lars və James necə tanış oldular? == “Metallica”nın təməlləri Lars Urlich tərəfindən atılmışdır. Lars Los-Ancelesin “Recycler” adlı bir qəzetində elan verərək birlikdə musiqi ilə məşğul ola biləcəkləri insanlarla görüşmək istədiyini bildirir. İlk telefon zəngi 18 yaşında lisey məzunu olan bir nəfər - James Alan Hetfield tərəfindən gəlir. Birlikdə musiqi ifa etməyə başlayırlar, ancaq Larsın bateridəki ifası James-i heç məmnun etmir.
Metallik hidrogen
Metallik hidrogen — həddindən artıq yüksək təzyiqdə və faza keçidində olan hidrogenin fazalı vəziyyətlərinin məcmusudur. Metallik hidrogen maddənin pozulmuş bir vəziyyətidir və bəzi fərziyyələrə görə müəyyən spesifik xüsusiyyətlərə malik ola bilər — yüksək temperaturda yüksək keçiricilik və faza keçidinin yüksək spesifik istiliyi. 1935-ci ildə nəzəri olaraq proqnozlaşdırıldı. == Tədqiqat tarixi == 1930-cu illərdə İngilis alimi C. Bernal, bir proton və bir elektrondan ibarət olan və qələvi metalların tam bir analoqunu təmsil edən atom hidrogeninin yüksək təzyiqlərdə sabit ola biləcəyini irəli sürdü. 1935-ci ildə Y. Viqner və H. B. Hantinqton müvafiq hesablamalar apardılar. Bernalın fərziyyəsi təsdiqləndi — hesablamalara görə, molekulyar hidrogen, sıxlığının əhəmiyyətli dərəcədə artması ilə təxminən 250 min atmosfer təzyiqində (25 GPa) atom metal fazasına keçir. Sonradan, faza keçidi üçün tələb olunan təzyiqin qiymətləndirilməsi artırıldı, lakin keçid şərtləri hələ də mümkün olan hesab olunur. Metal hidrogenin xüsusiyyətlərinin proqnozu nəzəri olaraq həyata keçirilir. 1970-ci illərdə başlayan cəhdlər, 1996, 2008 və 2011-ci illərdə mümkün olan hidrogen epizodlarına səbəb oldu, nəhayət, 2017-ci ildə professor İsaak Silvera və həmkarı Ranqa Diaz 5 milyon atmosfer təzyiqində sabit bir nümunə əldə etdilər, lakin nümunənin saxlanıldığı otaq təzyiq altında çökdü və nümunə itirildi. === Fizikanın digər sahələri ilə əlaqəsi === ==== Astrofizika ==== Nəhəng planetlərin — Yupiter, Saturn — və böyük ekzoplanetlərin nüvələrində çox miqdarda metal hidrogenin olduğuna inanılır.
Metallist Xarkov FK
Metallist — Ukraynanın Xarkov şəhərini təmsil edən futbol klubu. == Tarixi == Klub 1925-ci ildə Xarkov Paravozqayırma Zavodunun nəzdində yaradılıb. Komanda 1925-1936-cı illərdə XPZ, 1939-cu ildə "Zenit", 1939-1946-cı illərdə yenidən XPZ, 1946-cı ildə "Traktor", 1946-1956-cı illərdə "Dzerjinets", 1956-1966-cı illərdə "Avanqard" adları ilə çıxış edib. 1967-ci ildən indiki adı ilə fəaliyyət göstərir. 1947-1949-cu illərdə "Dzerjinets" adı ilə və 1956-cı ildə şəhərin digər təmsilçisi "Lokomotiv"in yerinə "Avanqard" adı ilə SSRİ çempionatına qoşulmuşdur. Həmin ildən bəri SSRİ çempionatının müxtəlif dəstələrində oynayan "Metallist" 1988-ci ildə ölkə kubokunu qazanmaqla avrokuboklarda debüt etmək imkanı əldə etmişdir. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == 1983-cü ildə ölkə kubokun finalçısı olan xarkovlular digər uğurlarını müstəqillik illərində əldə edib. 1992-ci ildən çıxış etdikləri Ukrayna miqyaslı yarışlarda ilk turnirdə kubokun finalına yüksələn "Metallist" ölkədə "bürünc komanda" imici qazanıb. Onlar ardıcıl 6 il Ukrayna çempionatının 3-cüsü olublar.
Metallogeniya
Metallogeniya, Delone-de Launay, 1882 — faydalı qazıntılar haqqında təlimin bölməsi; Yer qabığında filiz yataqlarının yerləşmə qanunauyğunluqlarını öyrənir. Mənşəyinə görə qohum olan filiz yataqları ilə səciyyələnən vilayət metallogenik əyalət təşkil edir. Sonralar platforma ərazilərində aktivləşmə zonalarının metallogeniyası, son onilikllərdə isə yeni, plitələr tektonikası nəzəriyyəsi ilə əlaqədar müxtəlif geodinamik şəraitlərdə əmələ gəlmiş maqmatitlərin və nəhayət, okeanların (okean dibi) metallogeniyası üzrə geniş tədqiqatlar aparılır. Metallogeniya tektonika, petroqrafiya, geokimya, litologiya və b. ilə sıx əlaqədardır. Endogen və ekzogen metallogeniya ayılır. Metallogeniya iki dəstədə qruplaşan bir neçə şaxələrə bölünür: 1) konkret obyektlərin (platformalar, adalar qövsü, okeanlar, filiz regionları və sahələrinin və b.) metallogeniyası; 2) nəzəri metallogeniya-ümumi metallogeniya, metallogenik xəritəalma, metallogenik proqnoz və b. == Həmçinin bax == Faydalı qazıntılar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Metalloidlər
Metalloidlər və ya Yarımmetallar — Periodik cədvəldə metalların və qeyri-metal elementlərin sərhədində yerləşən kimyəvi elementlərdir. Onlara bəzən amfoter metallar da deyirlər.
Metalloqrafiya
Metalloqrafiya metal və xəlitələr haqqında elm olub, metalların makro və mikro strukturunu (müşahidə yolu ilə və ya elektron mikroskop altında), və həmçinin onların strukturunun dəyişməsindən asılı olaraq mexaniki, elektrik, maqnit, istilik və s. fiziki xassələrini öyrənir. == Tətbiqi == Mikrostrukturu öyrənmək üçün rentgen struktur analizindən istifadə olunur. Bunun köməyi ilə struktur və xassə arasında əlaqə tədqiq edilir. Məsələn bir fazalı xəlitənin möhkəmliyi onun struktur dənəciyinin qiymətindən asılı olduğu halda, ona ikinci elemeneti daxil etdikdə yaranan iki fazalı sistemin rekristallaşması ikinci elementdən asılı olur. Makrostruktur daha çox iri kristalların (dənəciklərin) ölçüsü və forması, metalda olan defektlər və qarışıqların yerləşməsi ilə müəyyyən olunur. Metal materialın mikrostrukturu isə ayrı-ayrı fazaların kristallarının ölçüsü, forması, qarşılıqlı vəziyyəti və sayından asılıdr. Metalın daxili quruluşunun formalaşması və dəyişməsi soyutma və qızdırma, həmçinin plastiki deformasiya zamanı baş verən dəyişmələr sayəsində baş verir. Ərinti şəklində olan metal soyuduqca onun daxilində öncə kiçik kristal özəkləri yaranır və sonra getdikcə böyüyərək bərk struktur formalaşdırır. Soyutmanın sürəti metalın daxilində narın strukturun, yəni kiçik ölçülü dənəciklərin əmələ gəlməsini şərtləndirir.
Metallurgiya
Metallurgiya — ərintilər adlanan metal elementlərinin, onların metallararası birləşmələrinin və qarışıqlarının fiziki və kimyəvi davranışını öyrənən elm və mühəndislik sahəsi. Metallurgiya, metalların elm və texnologiyasını; yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni Metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya ilə məşğul olan mütəxəssis metallurq adlanır. Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiyaya və fiziki metallurgiyaya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir.
Metallurq (dəqiqləşdirmə)
Metallurq — Metallurgiyada ixtisas
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Metallurq Rustavi FK
Metallurq Rustavi – Gürcüstanın futbol klubu. == Tarixi == Sovet vaxtında klub "Metallurq" (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda "Qorda" və FC Rustavi adı altında çıxış edib. SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra — 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi — 1973, 1974, 1977–1979, 1982–1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb. 1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi. 1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi "Kəpəz" idi.
Metallurq Skopye FK
Metalurq — Makedoniya Respublikasının futbol klubu.
Metallurq Zaporojye FK
Metalurğ (Zaporijya) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Mixaela Metallidou
Mixaela Metallidou (23 yanvar 1993) — Yunanıstanı təmsil edən bədii gimnast. Mixaela Metallidou, 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixaela Metallidou 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Zoi Kontoqianni və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Nadir metalların ərintisi (film, 1971)
== Məzmun == Elmi-kütləvi film Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunun ixtiraçıları haqqındadır.
Nazim Əfəndiyev (metallurq)
Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; 16 dekabr 1963, Bakı) — "Metalloinvest" İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. "Rusiya Federasiyasının fəxri metallurqu" (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011). == Həyatı == Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – "Magistr Biznes-İnzibatçılıq") xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N. Əfəndiyev "Sibirskiy alyuminiy" kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, "Russkiy alyuminiy" kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən "NOSTA" ASC və "Uralskaya Stal" kompaniyasında satış üzrə direktor işləyib. 2004-cü ilin mayında "Uralskaya Stal" kompaniyasının baş direktoru təyin edilib. 2006–2007-ci illərdə "Metalloinvest" İK ASC-nin icraçı direktoru olub.
Nəcib metallar
Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır. == Qızıl == Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. 1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır. Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır. Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Petrologiya və metallogeniya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm.Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki,analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Tarixi == === XX əsrin 20-ci illəri === İlk petroloji tədqiqatlar XX əsrin əvvəllərin də epizodik səciyyə daşımış və yalnız ayrı-ayrı intruzivlərin tərkibinin öyrənilməsini əhatə etmişdir. Sonralar intruziv va effuziv süxurların petroqrafik tərkibi va yaşı daha geniş tədqiq olunmağa başlanmışdır.Respublikanın regionlarında yayılmış maqmatik süxurların petroqrafik cəhətdən tədqiqi Aslan Vəzirzadə,Ş.Əzizbəyov və M.Qaşqayın adları ilə bağlıdır. === XX əsrin 30-cu illəri === XX əsrin 30-cu illərinin sonundan respublikanın maqmatik süxurlarının petroqrafik tədqiqi daha sistemli xarakter almışdır.Tədqiqatlar maqmatik komplekslərin yaşı,strukturu və maddi tərkibinin öyrənilməsinə və onların endogen yataqların əmələ gəlməsindəki roluna həsr edilmişdir.Ş.Əzizbəyovun və M.Qaşqayın maqmatik süxurların petroqrafiyasına aid tədqiqatları ayrı-ayrı regionların və burada yayılmış iri intruziv massiv və onlarla genetik əlaqədə olan faydalı qazıntı yataqlarının geologiyasının öyrənilməsi və respublikada metallogenik tədqiqatların aparılması üçün zəmin yaratmışdır. === XX əsrin 50-ci illəri === XX əsrin 50-ci illərindən başlayaraq petroloji tədqiqatlarda yeni üsulların tətbiqi və nisbətən zəif öyrənilmiş geoloji obyekt və proseslərin tədqiqi,maqmatizmin tektonika və filizləşmə ilə qarşılıqlı əlaqəsi,ayrı-ayrı tektonik zonala da metallogenik qanunauyğunluqların öyrənilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Çıraqdərəsi-Toğanalı kükürd-kolçedan yataqları qrupunun geologiya və mineralogiyasına,Kiçik Qafqazın şimal şərq hissəsinin polimetal yataqlarının mineraloji-geokimyəvi xüsusiyyətlərinə, habelə Naxçıvan MR-in geologiyasına həsr edilmiş tədqiqatlar aparılmışdır.Kiçik Qafqazın şimal-şərq hissəsinin Mezozoy vulkanogen kompleksləri,Daşkəsənin petrologiya və metallogeniyası,Mehmana və Gədəbəy intruzivlarının petrologiyası və filizliliyi tədqiq edilmişdir. Ayrı-ayrı regionlarda müxtəlif geoloji obyekt və proseslər öyrənilmiş,petrologiya və metallogeniyaya dair yeni məlumatlar əldə edilmiş,vulkanplutonik assosiasiyaların toleit, latit və ahəngli-qələvili seriyalarının riftogen,adalar qövsü və Orogen inkişaf rejimlərinin ayrılması elmi cəhətdən əsaslandırılmışdır.Filiz rayonlarının regional petroloji və petrogenetik modelləri işlənib hazırlanmış,maqmatizmin təkamülü,vulkanizm və plutonizmin təzahür şəraiti bərpa olunmuş və maqmatik formasiyaların filizliliyinin petroloji meyarları tədqiq edilmişdir. === 1970–1985-ci illər === 1970–85 illərdə petroloji və metallogenik tədqiqatlar formasion təhlil əsasında aparılmış, maqmatik törəmələrin formasiyalar üzrə təsnifatı verilmişdir.Metallogenik tədqiqatlarda geokimyəvi üsullardan istifadə edilmiş,riyazi üsullar tətbiq olunmuşdur.Kiçik Qafqazın bir sıra qranitoit intruzivlərinin filizliliyi proqnozlaşdırılmış,ayrı-ayrı sahələr üzrə 1:200000 miqyaslı maqmatik formasiyaların xəritələri tərtib edilmişdir(1976).Bu tədqiqatlar 1:500000 miqyasla "Azərbaycanın maqmatizm və metamorfizm xəritəsinin"(1979) əsasını təşkil etmişdir. Mineragenik tədqiqatlar nəticəsində faydalı qazıntı yataqlarının 1:500000 miqyaslı xəritəsi (1977),"Azərbaycanın maqmatik və filiz formasiyaları" xəritəsi (1980) Azərbaycanın 1:500000 miq yaslı metallogenik xəritəsi (1980) nəşr edilmiş,yataqların riyazi,geoloji-genetik, geokimyəvi modelləri tərtib edilmiş,dəqiq strukturu,mineral tərkibi və geokimyası öyrənilmişdir.
Qara metallar
Qara metallar — qara metallara dəmir filizləri və xromit filizləri aiddir. == Dəmir filizləri == Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən, Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70–80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir. == Xromit filizləri == 1960–1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur. === Göydərə xromit təzahürləri qrupu === Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir. Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir.
Qara metallurgiya
Qara metallurgiya — metallurgiya sənayesinin 2 sahəsindən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması.. 2013-cü ilin I rübündə metallurgiya sənayesinin istehsal həcmi 68 mln manat olub. Artım 1,3% təşkil edib. Hazır metal məmulatlar istehsalında (18,1 mln manat) 49,2% azalma qeydə alınıb. Ekspertlər hesab edir ki, Azərbaycanda qara metallurgiya məhsulları istehsalının vergidən yayındırılması halları var. Dövlətstatkoma görə, bu ilin yanvar-martında ölkədə tikinti armaturları istehsalı həcmi 57,6 min ton olub.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.

"metall" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#metall nədir? #metall sözünün mənası #metall nə deməkdir? #metall sözünün izahı #metall sözünün yazılışı #metall necə yazılır? #metall sözünün düzgün yazılışı #metall leksik mənası #metall sözünün sinonimi #metall sözünün yaxın mənalı sözlər #metall sözünün əks mənası #metall sözünün etimologiyası #metall sözünün orfoqrafiyası #metall rusca #metall inglisça #metall fransızca #metall sözünün istifadəsi #sözlük