mikros sözü azərbaycan dilində

mikros

Yazılış

  • mikros • 71.4286%
  • Mikros • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektron mikroskop
Elektron mikroskop — Elektronların şüaları kiçik olduğundan daha kiçik ölçülü hissəcikləri təsvir etmək mümkün olur. Həmçinin elektron təsviri görünən təsvirə çevirmək olur.
Elektron mikroskopiya
Elektron mikroskopiya — Yüksək dərəcəli böyüdücü mikroskoplar nanotexnologiyada geniş istifadə olunurlar. Burada bir qayda olaraq elektron mikroskopiyasından istifadə olunur ki, bu da sürətləndirilmiş elektron dəstəsinin tətbiqinə əsaslanır. Bu məqsədlər üçün zond mikroskoplarının müxtəlif variantları yaradılmışdır. Öz növbəsində elektron mikroskopiyasında iki əsas istiqamət vardır: İşıqlandırıcı elektron mikroskopiyası (İEM). Burada yüksək ayırdetmə qabiliyyəti olan elektron mikroskopiyası ayrıca bölmə kimi götürülür; Skanirə edən elektron mikroskopiyası (SEM). == İşıqlandırıcı elektron mikroskopiyası == Nazik plyonkadan ibarət obyekt vakuumda (10−6 mm c.süt.) enerjisi 50–200 keV (kiloelektrovolt) olan sürətləndirilmiş elektron dəstəsilə işıqlandırılır. Plyonkadan (obyektdən) keçən və onun atomları tərəfindən müəyyən bucaq altında kənara çıxarılan elektron dəstəsi (elektron şüası) maqnit linzalarının üzərinə düşür və fotoplyonka üzərində daxili quruluşun tam işıqlı təsviri formalaşır. Bu da imkan verir ki, tədqiq olunan obyektin kristallik quruluşa malik olub olmaması haqqında dəqiq nəticə çıxardaq. == Skanirə edən elektron mikroskopiyası == Bu üsul əsasən səthdə yerləşmiş nanohissəcikləri tədqiq etmək üçündür. Burada elektron şüaları maqnit linzaları ilə ölçüsü 1–10 nm olan nazik zonda sıxılıb keçirilir ki, oda ardıcıl nöqtədən nöqtəyə obyekt üzrə yerini dəyişir, yəni onu skanirə edir.
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.
Mikrosenozlar
== Mikrosenozlar == Mikrosenozlar-biosenozların əsas qatları daxilində yerləşərək, dominant populyasiyaların mühityaratma fəaliyyətinin təsiri altında olan kiçik qruplaşmalar. Mikrosenozlar aşağıdakı qruplara bölünür: Mediogen mikrosenozlar- biosenotik mühitin yaratdığı mikrosenozlar (epifit və saprofit mikrosenozlar.; məs, mamırlar və şibyələr mikrosenozlar) Biogen mikrosenozlar- biosenozda dominantlıq edən növün biologiyası ilə əlaqədar yaranan mikrosenozlar (məs. kökümsov); Ekzogen mikrosenozlar- torpağın zədələnməsi nəticəsində yaranan mikrosenozlar. (qabanların torpağı qazması, alt yarusda ağacların yıxılması), bəzi ağacların gövdələrinin qabığının zədələnməsi buna səbəb ola bilər. Biomediogen mikrosenozlar- (məs: ağacın çürüyən gövdəsi üzərində kökümsov bitkinin Mikrosenozu); Bioekzogen mikrosenozlar- (məs. ocaq yerində kökümsov bitkinin yaratdığı mikrosenozlar) Endogen mikrosenozlar torpağın mikrosenozu (sistematik edafik qatının), Məs. miko və mikrosenozlar və bakteriya mikrosenozları. Bütün mikrosenozlarda yalnız dominulentin deyil, digər senotiplərin və bitki və heyvan populyasiyaları iştirak edir. Biosenozda nisbətən davamlı mikrosenozlarla yanaşı çox vaxt mikrosenozları yaradan suksessiyaların elementlərinə-mikroprosenozlara rast gəlinir: məs. yıxılmış ağac üzərində və heyvan leşi üzərində müşahidə olunan suksessiya.
Mikroseysm
Mikroseysm (lat. mikro (kiçik) + yun. seismos (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri. Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir. Mikroseysmlər 3 növə bölünür: Qısamüddətli mikroseysmlər — saniyənin yüzdə birlərindən 2–3 saniyəyədək; Birinci dərəcəli mikroseysmlər — 2–3 saniyədən 6–10 saniyəyədək; İkinci dərəcəli və ya uzunmüddətli mikroseysmlər — titrəyiş dövrü 12–15 saniyədən artıq.
Mikroseysmlər
Mikroseysm (lat. mikro (kiçik) + yun. seismos (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri. Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir. Mikroseysmlər 3 növə bölünür: Qısamüddətli mikroseysmlər — saniyənin yüzdə birlərindən 2–3 saniyəyədək; Birinci dərəcəli mikroseysmlər — 2–3 saniyədən 6–10 saniyəyədək; İkinci dərəcəli və ya uzunmüddətli mikroseysmlər — titrəyiş dövrü 12–15 saniyədən artıq.
Mikroskop
Mikroskop (yun. μικρός — kiçik və σκοπέω — baxıram) və ya Xürdəbin — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır Mikroskopların hazırlanması texnologiyası və praktiki istifadəsi mikroskopiya adlanır. Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evklid (miladdan əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127–151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı görmək mümkün olması ideyasını irəli sürdü. İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxari Yansenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi.
Mikroskop (bürc)
Mikroskop (lat. Microscopium) — göyün cənub yarımkürəsində bürc.
Mikroskop media
Mikroskop Media 6 fevral 2018-ci il tarixində jurnalist Cavid Abdullayev və Fatimə Kərimova tərəfindən yaradılıb. Əsasən izahedici materiallar, fakt yoxlama və müstəlif video formatlarda materiallar dərc olunan media orqanı həm də mütəmadi olaraq müxtəlif mövzularda infoqrafikalar dərc edir. Baş ofisi Latviyanın Riqa şəhərindədir. Əsasən video və infoqrafika, eləcə də yazı formatında materiallar dərc olunur. Azərbaycanda ilk dəfə Mikroskop Media informasiya agentlikləri və xəbər saytlarında dərc olunan kriminal xəbərlər əsasında 2019-cu il ərzində ölkədə ailə üzvləri tərəfindən döyülən və öldürülən qadınların sayı barədə statistika dərc edib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Mikrosporidilər
Bu tipin nümayəndələri həm onurğalıların, həm də onurğasızların orqanizmlərində parazitlik edir. 1500-dən çox növü məlum olan mikrosporidilər hüceyrədaxili parazit həyat sürür. Ən geniş yayılmış mikrosporidilər bal arılarında ağ diareya yaradan Nosema apis və Nosema bombycis-dir. Spor daxilində bir iki ədəd rüşeym və unikal orqanel kompleksi olan ekstruziya aparatı yerləşir. Bu aparat sahibin hüceyrəsinin xarici qişasını dəlib onu yoluxdurmaq, rüşeymləri bilavasitə sitoplazmaya yeritmək üçündür. Hüceyrədə mikrosporidi proliferativ siklə (meroqon) məruz qalır. Sonda spor yaranır (sporoqon). ilk öncə balıq parazitin sporlarını udur. İlk infeksiya zədələnməsi mədə-bağırsaq traktının yuxarı hissəsinə təsadüf edir. Ona görə də ilk ksenomlar bağırsağın ilk şöbələrinə təsadüf edir.
Mikrosığorta
Mikrosığorta — Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi. Azərbaycanın sığorta bazarında hələ ki, (2015-ci ilin ortalarına olan məlumat) tətbiq edilməyən mikrosığorta beynəlxalq təcrübədə ilk olaraq, əsasən yoxsul əhalinin daha çox olduğu ölkələrdə – Hindistanda, Braziliyada, Filippində, bəzi Afrika ölkələrində geniş yayılmışdır. Mikrosığorta xidmətlərinin təqdim olunması zamanı sığortaçılar daha az sığorta haqları aldıqlarına görə daha az əldəetmə xərcləri sərf etmək üçün adi sığorta əməliyyatlarına xas olmayan üsullardan istifadə edirlər. Məsələn, şəxs mobil telefonla SMS göndərməklə 1000 dollar məbləğində həyat sığortası təminatı əldə edir. Yaxud kəndli gübrə aldığı zaman 20 dollarlıq gübrənin qiymətinin üzərində əlavə 1–2 dollar ödəməklə, becərmək istədiyi məhsulu 500–600 dollar məbləğində sığorta etdirmiş olur. Sığortaçılar eyni qayda ilə poçt şöbələri, bilet satıcıları vasitəsilə mikrosığorta xidmətlərini təqdim edirlər. Mikrosığorta müqavilələri üzrə hadisələr baş verdikdə də sığorta şirkətləri ciddi araşdırmalar aparmır, çünki araşdırmaya sərf olunacaq əmək və vaxtın dəyəri onsuz da çox olmayan sığorta ödənişi həcminə yaxın olur. "SIĞORTA TERMİNLƏRİ LÜĞƏTİ" Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq təcrübənin müqayisəsində. Zəka Aqil oğlu Mirzəyevin redaktəsi ilə müəlliflər qrupu, Bakı-2011, 104 səhifə.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mkm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.
İynəsiz mikrosxem daşıyıcısı
İynəsiz mikrosxem daşıyıcısı (en. leadless chip carrier (LCC)) – mikrosxemlərin lövhələrdə quraşdırılması üsulu. İynəsiz mikrosxem daşıyıcısının lövhə ilə birləşmək üçün kontaktları olur, mikrosxem isə, sadəcə, yuvaya salınır. Kompüter istehsalçıları bu üsuldan istifadə edirlər, çünki bu üsul IBM və Compaq şirkətlərinin istifadə etdiyi millər sırası vasitəsilə bərkitmək üsulundan daha ucuzdur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

"mikros" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mikros nədir? #mikros sözünün mənası #mikros nə deməkdir? #mikros sözünün izahı #mikros sözünün yazılışı #mikros necə yazılır? #mikros sözünün düzgün yazılışı #mikros leksik mənası #mikros sözünün sinonimi #mikros sözünün yaxın mənalı sözlər #mikros sözünün əks mənası #mikros sözünün etimologiyası #mikros sözünün orfoqrafiyası #mikros rusca #mikros inglisça #mikros fransızca #mikros sözünün istifadəsi #sözlük