millətlə sözü azərbaycan dilində

millətlə

Yazılış

  • millətlə • 84.9057%
  • Millətlə • 15.0943%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
== Fəaliyyəti == BMTİP Azərbaycanda 3 on ilə yaxındır ki, fəaliyyət göstərir. 1992-ci ilin payızında Azərbaycan müstəqillik qazandıqdan və Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra bu ölkədə öz ofisini açıb. BMTİP-in Azərbaycandakı fəaliyyəti ilkin olaraq, xüsusilə Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş şəxslərin erkən bərpa proqramının təmin edilməsinə yönəlmişdir. Zaman keçdikcə BMTİP-in Azərbaycandakı rolu ölkənin inkişaf edən ehtiyaclarına uyğun olaraq uzunmüddətli sosial-iqtisadi inkişafa doğru dəyişdi. Neft sərvətlərindən əldə edilən “qara qızıl”dan maksimum istifadə etmək, onun “insan qızılını” gücləndirmək, insanların seçim imkanlarını genişləndirmək və bərabərsizlikləri azaltmaq üçün BMTİP Azərbaycanda dünyanın ən yaxşı inkişaf modellərini gətirir. BMT-nin Azərbaycandakı bütün fəaliyyətləri üçün əsas proqramlaşdırma çərçivəsi 2016-cı ildə BMT və Azərbaycan İqtisadiyyat Nazirliyi arasında imzalanmış BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsidir (UNAPF). Vizyon 2020 və 2030 gündəliyi. Çərçivə 2016-cı ildən 2020-ci ilə qədər qüvvədədir. BMTİP-in işi yoxsulluğun azaldılması, yaxşı idarəetmə və sülhün qurulması, iqlim dəyişikliyi və fəlakətlərin idarə edilməsi, eləcə də iqtisadi inkişafa yönəlib. BMTİP hökumətlərə DİM-ləri öz milli inkişaf planlarına və siyasətlərinə inteqrasiya etmək üçün dəstək verir.
Birləşmiş Millətlər
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Birləşmiş Millətlər Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb. 1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur.
IQ və millətlərin sərvəti
== İstinadlar ==
Millətlər Birliyi
Millətlər Birliyi (ing. Commonwealth of Nations), və ya Birlik (ing. Commonwealth); 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi (ing. British Commonwealth of Nations) — Hökumətlərarası təşkilatdır. Millətlər Birliyində 56 müstəqil ölkə bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır. Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Millətlər Birliyi müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Üzv ölkələri altı qitə o cümlədən Afrika (21), Asiya (9), Okeaniya, Amerika (3) Karib hövzəsi (10), Avropa (2), Cənub Sakit okean təmsilçiləri (11) birləşdirir. Bu ölkələrin ikisindən başqa hamısı keçmiş Böyük Britaniya İmperiyasının tərkibində olmuşdur. == Birliyin əsasları == Britaniya İmperiyası Kanada, Hindistan, Qərbi Hindistandakı bəzi mülkləri və bir sıra dağınıq və ucqar yaşayış yerlərini geridə qoyaraq 13 Amerika koloniyasını itirməsindən sonra, metropoldə iki siyasi xətt göstərildi.
Millətlər Cəmiyyəti
Millətlər Liqası — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Liqası 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında təşkilat fəaliyyətini dayandırmışdır. == Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti == Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Millətlər Liqası
Millətlər Liqası — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Liqası 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında təşkilat fəaliyyətini dayandırmışdır. == Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti == Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Millətlər Liqası (futbol)
UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.. İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq. Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır.
Millətlər Sarayı
Millətlər Sarayı (fr. Palais des Nations, pronounced [palɛ de nɑsjɔ̃]) — 1929-1938-ci illərdə İsveçrənin Cenevrə şəhərindəki Ariana Parkında inşa edilmiş binalar kompleksi. Millətlər Sarayı 1946-cı ilə qədər Millətlər Birliyinin qərargahı olaraq istifadə edildi. 1966-cı ildən bəri Saray, Cenevrədə BMT-nin Avropa Ofisini, Nyu-Yorkdan sonra dünyanın ikinci ən vacib BMT kürsüsünə ev sahibliyi edir. Bundan əlavə, Sarayda AEBA, UNESCO, UNCTAD, BMT İİKO, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional ofislərinin ofisləri də mövcuddur. BMT-nin Cenevrədəki qərargahında hər il təxminən 8000 iclas keçirilir ki, bunlardan da 600-ü böyük konfranslardır. Hər il Sarayın açıq salonlarını turist olaraq 100 min insan ziyarət edir. == Maraqlı faktlar == 1966-cı ildən bəri BMT-nin Cenevrədəki ofisi Xalqlar Sarayında yerləşməsinə baxmayaraq, İsveçrə 2002-ci ilə qədər BMT-nin üzvü deyildi. 2008-ci ildə Sarayda yeni İnsan Hüquqları Zalı və Sivilizasiyalar İttifaqı açıldı. 1,4 min kvadrat metr tavanının dekorasiyası 100 ton boya və 18 milyon avro götürdü.
Millətlər İttifaqı
Millətlər Liqası — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Liqası 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında təşkilat fəaliyyətini dayandırmışdır. == Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti == Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. == Millətlərarası ünsiyyət dili nümunələri == Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. == Tərəflər == == Xarici keçidlər == Konvensiya UNCITRAL veb saytında.
OFK Millətlər Kuboku
OFK Millətlər Kuboku — OFK üzv ölkələri arasında keçirilən beynəlxalq futbol turniri. 1996-2004-cü illərdə iki ildən bir keçirilirdi; 1996-cı ilə qədər Okeaniya Millətlər Kuboku adı altında qeyri-müntəzəm fasilələrlə keçirilən daha iki turnir var idi.
Rusiya müsəlmanları türk-tatar millətlərinin hüquq müdafiə cəmiyyəti
Rusiya müsəlmanları türk-tatar millətlərinin hüquq müdafiə cəmiyyəti — Birinci dünya müharibəsi illərində Rusiya ilə Türkiyə arasında hərbi əməliyyatların başlanmasından az sonra Rusiyadakı müsəlman və türk xalqlarının mədəni və siyasi hüquq tələblərini beynəlxalq aləmə çatdırmaq məqsədilə Türkiyədə yaşayan, əslən Rusiyadan olan xadimlərin yaratdığı çox saylı təşkilatlardan biri. == Tarixi == Cəmiyyətin müəssisləri Əli bəy Hüseynzadə (Azərbaycanın) və Yusif bəy Akçura və Əbdürrəşid İbrahimov (Tatarıstan) olmuşlar. Cəmiyyətə, həmçinin, Məhəmməd Əsəd Cələbizadə (Krım) və Mukiməddin Beycan (Buxara) da daxil idilər. Bu heyət (Turan heyəti) Rusiya müsəlmanlarının hüquqlarını qorumaq və Mərkəzi Avropa dövlətlərinin hökumətlərinə anlatmaq məqsədilə 1915-ci ilin sonlarında İstanbuldan Avropaya getmişdi. Səfər Türkiyə hökuməti tərəfindən dəstəklənir və maliyyələşdirilirdi. Səfər zamanı Macarıstan, Avstriya, Almaniya və İsveçrədə görüşlər keçirilməsi nəzərdə tutulmuşdu. == Fəaliyyəti == 1915-ci ilin sonlarında Ə.Hüseynzadə və Y.Akçura səfər edəcəkləri dövlətlərin rəsmi nümayəndələrinə və tanınmış siyasi xadimlərinə təqdim olunmaq üçün Cəmiyyət adından alman dilində "Rusiya müsəlmanlarının tələbləri" adlı kitabça buraxmışdılar. Memorandum xarakteri daşıyan sənəddə Rusiya müsəlmanları (türk-tatarlar) haqqında qısa məlumat verildikdən və statistik rəqəmlər gətirildikdən sonra bu xalqların siyasi və mədəni hüquqlarının tanınmasının vacibliyi qeyd edilirdi. Memorandumun siyasi tələblər hissəsində Buxara və Xivə xanlıqlarının hüquqlarının genişləndirilməsi, Kazan xanlığının, Osmanlı dövlətinin himayəsində Krım xanlığının bərpası, Vəlqa çayının neytralladırılması və s. məsələlər də öz əksini tapmışdı.
Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı
Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) (ing. United Nations İndustrial Development Organization) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi. 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014 == UNIDO-nun rəsmi məqsədləri == UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir. == İcraedici başçılar == == Mənbə == Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar. UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.
UEFA Millətlər Kuboku 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
UEFA Millətlər Kuboku 1964
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. == Reqlament == Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. == Tarixi == Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
UEFA Millətlər Liqası
UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.. İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq. Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır.
UEFA Millətlər Liqası 2018/2019
2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək.
2023 FIVB Voleybol Qadınlar Millətlər Liqası
2023-cü il FIVB Voleybol Qadın Millətlər Liqası,qadınların illik beynəlxalq voleybol turniri olan FIVB Voleybol Qadınlar Millətlər Liqasının beşinci buraxılışı kimi qeydə alınıb. Müsabiqə 2023-cü il mayın 30-dan iyulun 16-dək keçirilib və final mərhələsi ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki College Park Mərkəzində keçirilib 2022 Millətlər Liqası və 2022 Rəqib Kubokunun nəticələrindən sonra Belçika yerini bu turnirdə ilk dəfə mübarizə aparan Xorvatiyaya buraxdı. Finalda Çini 3-1 hesabı ilə məğlub edən Türkiyə ilk çempionluğunu qazanarkən,turnirdə ilk dəfə finalda oynamaq uğuru qazanan Çin gümüş medalın sahibi olub.Turnirdə ilk medalını qazanan Polşa üçüncü yer uğrunda görüşdə ev sahibi ABŞ-ı 3-2 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.Turnirin MVP-si isə türkiyəli Melissa Varqas seçilib. Turniri xalsız başa vuran Cənubi Koreya əsas komanda olduğu üçün liqadan aşağı düşmədiyi üçün ən aşağı reytinqli rəqib komanda olan Xorvatiya voleybol rəqib Kubokuna düşən ölkə oldu. == İştirak edən komandalar == 16 komanda yarışa vəsiqə qazanıb.Bunlardan 11-i aşağı liqaya düşmək təhlükəsi olmayan əsas komandalar kimi vəsiqə qazandı.Digər 5 komanda isə turnirdən aşağı liqaya düşə biləcək rəqib komandalar kimi seçilib. Xorvatiya 2022 Challenger Kubokunu qazandıqdan sonra Belçikanı əvəz etdi. == Format == === Təsnifat mərhələsi === Bu mərhələdə on altı komanda səkkiz komandadan ibarət iki qrupda mübarizə aparacaq və üç həftə davam edəcək görüşlərdən sonra xal sıralamasında ilk səkkiz yeri tutan komandalar finalda mübarizə aparmaq hüququ qazanacaqlar. === Final === VNL Finallarında yeddi ən güclü komanda ev sahibi ABŞ ilə birlikdə səkkiz oyun, dörd dörddəbir final,iki yarımfinal, bürünc və qızıl medal oyunlarından ibarət olan pley-off mərhələsinə birbaşa yüksələcək. Səkkizdə bir final düsturu: 1-ci yerin sahibi 8-ci, 2-ci yerin sahibi 7-ci, 3-cü yeri tutan 6-cı, 4-cü yer tutan komanda 5-ci yerin sahibi ilə 1/4 final matçını keçirəcək. Ev sahibi ölkənin milli komandası final mərhələsində iştiraka zəmanət verəcək.Ev sahibi ölkə seçmə mərhələdə ilk səkkizliyi tamamlaya bilməsə,səkkizinci yeri tutan komandanı əvəz edəcək və səkkizinci sıradan çıxacaq.
Birləşmiş Millətlər Təşkilatı Günü
Birləşmiş Millətlər Təşkilatı Günü — 24 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasına həsr edilmiş illik anım günüdür. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının məqsəd və nailiyyətlərini dünya xalqlarına elan etmək və onların dəstəyini qazanmaq məqsədilə 24 oktyabr tarixini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ildönümü olaraq elan etdi. 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası başqa bir qətnamə (Birləşmiş Millətlər Təşkilatının 2782 saylı Qətnaməsi) qəbul edərək, Birləşmiş Millətlər Təşkilatı Gününün beynəlxalq qeyd olunacağını və beynəlxalq bayram olduğunu bildirdi və Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərə bu günün dövlət bayramı olaraq qeyd edilməsini tövsiyə etdi. == Anma == Birləşmiş Millətlər Təşkilatı Günü ənənəvi olaraq bütün dünyada təşkilatın nailiyyətləri, məqsəd və hədəflərinə dair görüşlər, müzakirələr və sərgilərlə qeyd olunur. 1971-ci ildə Baş Assambleya üzv dövlətlərə 24 oktyabr tarixini dövlət bayramı kimi qeyd etməyi tövsiyə etmişdi. 1951-ci ildə Birləşmiş Millətlər Təşkilatı Günündə Birləşmiş Millətlər Təşkilatının Poçt İdarəsi Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında ABŞ dolları ilə buraxılan ilk BMT poçt markasını buraxdı. 1948-ci ildən bəri Amerika Birləşmiş Ştatlarında Prezident hər il Birləşmiş Millətlər Təşkilatı Günü ilə bağlı bəyanat verir.
2024/2025 UEFA Millətlər Liqası
2024–25 UEFA Millətlər Liqası —UEFA-ya üzv olan bütün assosiasiyaların kişi milli komandalarının iştirak etdiyi beynəlxalq futbol turniri olan UEFA Millətlər Liqasının dördüncü mövsümü. Turnir 2024-cü ilin sentyabrından noyabrına (liqa mərhələsi), 2025-ci ilin martına (A Liqasının 1/4 finalı və A/B və B/C liqasının pley-off oyunları), 2025-ci ilin iyununa (Millətlər Liqasının finalı) və 2026-cı ilin martına (C/D liqasının pley-off oyunları) qədər keçiriləcək. Turnirin hazırkı qalibi 2023-cü ilin finalında qalib gəlmiş İspaniyadır. == Format == 2024-25 mövsümündə milli komandalar dörd liqaya bölünəcək, A, B və C liqalarında hər biri dörd komandadan ibarət dörd qrupa bölünmüş on altı komanda, D Liqasında isə hər biri üç komandadan ibarət iki qrupa bölünmüş altı komanda iştirak edəcək. Komandalar liqalara 2022-23 UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən ayrılmışdır. D liqası komandaları istisna olmaqla geri qalan bütün komandaların hər biri öz qrupları daxilində altı oyun keçirəcək. D liqası komandalarının isə hər biri 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında ev-səfər dairəvi sistemi ilə dörd oyun oynayacaq.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) — bütün dünyada reproduktiv və ana sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş BMT agentliyi. Onun fəaliyyətinə milli səhiyyə strategiyaları və protokollarının işlənib hazırlanması, doğuma nəzarət imkanlarının artırılması, uşaq nikahına, gender zorakılığına, mamalıq fistulasına və qadın sünnətinə qarşı aparıcı kampaniyalar daxildir. UNFPA 4 coğrafi region üzrə 144-dən çox ölkədə proqramları dəstəkləyir: Ərəb dövlətləri, Avropa, Asiya və Sakit Okean, Latın Amerikası, Karib dənizi və Afrika. İşçilərin təxminən dörddə üçü bu sahədə çalışır. O, Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə yönəlmiş BMT agentlikləri və proqramlarının toplusu olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun təsisçi üzvüdür. == Mənşəyi == 1966-cı ilin dekabrında 12 dövlət başçısı BMT-ni əhali məsələləri ilə məşğul olmağa çağıran bəyanat verdi. Baş katib 1967-ci ildə əhali üçün etibar fondu yaratdı. Agentlik 1969-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Fondunun rəhbərliyi altında Əhali Fəaliyyətləri üzrə Birləşmiş Millətlər Fondu kimi fəaliyyətə başlamışdır. 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının səlahiyyətinə verildi. Onun adı 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna çevrildi.

"millətlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#millətlə nədir? #millətlə sözünün mənası #millətlə nə deməkdir? #millətlə sözünün izahı #millətlə sözünün yazılışı #millətlə necə yazılır? #millətlə sözünün düzgün yazılışı #millətlə leksik mənası #millətlə sözünün sinonimi #millətlə sözünün yaxın mənalı sözlər #millətlə sözünün əks mənası #millətlə sözünün etimologiyası #millətlə sözünün orfoqrafiyası #millətlə rusca #millətlə inglisça #millətlə fransızca #millətlə sözünün istifadəsi #sözlük