Minaxan sözü azərbaycan dilində

Minaxan

Yazılış

  • Minaxan • 94.4444%
  • minaxan • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955-58-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. == Elmi fəaliyyəti == 1958-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974-95-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda “Səthi-aktiv maddələr” laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə “Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi”mövzusunda namizədlik, 1996-cı ildə isə “Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə.Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür. Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.39
2010 ••••••••••• 0.27
2016 •••••••••••••••••••• 0.52

minaxan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

mina kimi qiymətli xan; minaçıların başçısı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"minaxan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minaxan nədir? #minaxan sözünün mənası #minaxan nə deməkdir? #minaxan sözünün izahı #minaxan sözünün yazılışı #minaxan necə yazılır? #minaxan sözünün düzgün yazılışı #minaxan leksik mənası #minaxan sözünün sinonimi #minaxan sözünün yaxın mənalı sözlər #minaxan sözünün əks mənası #minaxan sözünün etimologiyası #minaxan sözünün orfoqrafiyası #minaxan rusca #minaxan inglisça #minaxan fransızca #minaxan sözünün istifadəsi #sözlük