Mixail sözü azərbaycan dilində

Mixail

Yazılış

  • Mixail • 99.3134%
  • MİXAİL • 0.6470%
  • Mİxail • 0.0264%
  • mixail • 0.0132%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
II Mixail
II Mixail (təq. 1270) — Çar, 1270-ci ildə doğulmuş, 1272-ci ildə şərik hökmdar elan edilmişdir. Anasının kölgəsində yaşamış, Bizansa sürgün olunduğundan sonra 1302-ci ildə taxta gətirilmək istəsədə qətiyyətsiz davranmışdır. Ölüm tarixi bəlli deyil. == İstinadlar == == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Mixail
Mixail Asen — Çar, II İvan Asenin oğlu. Hakimiyyəti qısa sürmüş, hələ uşaq olmasından istifadə edən qonşu dövlətlər Bolqarıstanın müəyyən bölgələrini işğal etmişdi. == Hakimiyyəti == 1253-cü ildə Serbiyanı işğal planı iflasa uğramış, 1254-cü ildə isə Nikeyaya qalib gəlmişdi. Lakin döyüşdə yaralanan Mixail 2 il sonra sülhə məcbur olmuşdu. Sülhün imzalanmasında vasitəçi olmuş rus knyazı Rostislav Mixayloviç öz qızını Mixaillə evləndirmişdi. Lakin bu ittifaqdan xoşlanmayan əyanlar Mixaili devirmək planı qurmuş, 1256-cı ildə Tarnovoda ovlanan Mixail II Kalman tərəfindən öldürülmüşdü. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Mixail Aberbax
Mixail Abramoviç
Abramoviç Mixail Vladimiroviç (pol. Michał Abramowicz) — Azərbaycan polyaklarından olan məşhur geoloq-neftçi, geologiya-mineralogiya elmləri doktoru (1941), professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1955), Əməkdar elm xadimi. Abromoviç Mixail Vladimiroviç 1884 Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olmuşdur. 1910-cu ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdir. 1920-ci ildən 1930-cu ilə qədər "Azneft" Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. 1941-ci ildə ona elmi-tədqiqat işlərinə görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Mixail Andreyev
Mixail Andreyev (24 sentyabr 1873 və ya 1873, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 10 noyabr 1948 və ya 1948, Düşənbə) – rus etnoqrafı və dilçisi; iranşünas. SSRİ EA müxbir üzvü (1929), Özbəkistan SSR EA akademiki (1943). Orta Asiyada bir çox elmi ekspedisiyaya rəhbərlik etmiş, Orta Asiya və Hindistan xalqlarının etnoqrafiyasına dair zəngin kolleksiya toplamışdır. Taciklərin məişətini, incəsənətini, qədim adət-ənənələrini, habelə Şərqi İran dillərini tədqiq etmişdir.
Mixail Artamonov
Mixail İllarionoviç Artamonov (23 noyabr (5 dekabr) 1898 – 31 iyul 1972, Leninqrad) — sovet arxeoloqu və tarixçisi. Sovet xəzərşünaslığının banisi. Mixail İllarionoviç Artamonov 5 dekabr 1898-ci ildə Rusiya imperiyasının Tver quberniyasının Vıqolovo kəndində anadan olmuşdu.1913-cü ildə Şəhər 4 sinifli məktəbi bitirmişdi.Oktyabr inqilabına qədər Sankt-Peterburq şəhərdi kantorşik işləmişdi.1914–1916-cı illərdə axşam ümumtəhsil məktəbində oxumuşdu.1917-ci ildə orduya çağrılmışdı.Fevral burjua-demokratik inqilabı entuziazm ilə qarşılamışdı.Həmin ilin aprel ayında əsgər deputatları şurasının üzvü seçilmişdi.Lakin könüllü olaraq cəbhəyə yollanmışdı.Qərbi Dvində bir çox döyüşlərə qatılmışdı. Mixail Artamonov 1917-ci ilin dekabrında ordudan tərxis olundu. Petroqrada çağrılaraq milliləşdirilmiş Beynəlxalq bankda çalışmağa başladı. 1918-ci ilin yayından 1920-ci ilin sonunadək Tver vilayətinin maarif şöbəsində müəllim və məktəb müdiri kimi işlədi. Mixail Artamonov 1921-ci ildən 1924-cü ilədək Sankt-Peterburq Dövlət Universitetində təhsil aldı.Universiteti tamamlayandan sonra arxeoloji kabinədə kiçik assisent kimi qaldı. Mixail Artamonov 31 iyul 1972-ci ildə Leninqrad şəhərində vəfat edib. M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə belə deyir: "Zaqafqaziyada türkütlər haqqında "Alban tarixi"nin ətraflı məlumatı bununla bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur". Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər.
Mixail Asatiani
Mixail Asatiani (ing. Mikheil Asatiani; 10 may 1882, Tiflis – 20 yanvar 1938, Tbilisi)— görkəmli gürcü psixiatrı, Gürcüstanda elmi psixiatriyanın qurucularından bir. 1907 -ci ildə Moskva Dövlət Universitetini bitirib və Moskvada psixiatrik klinikada işləməyə başlayıb. Nəhayət, 1921-ci ildə Tiflis Dövlət Universitetində Psixiatriya kafedrasının müdiri oldu və Psixoterapiya jurnalının redaksiya heyətində çalışdı. 1925-ci ildə Tbilisidə ölümündən sonra adını daşıyan Psixiatriya Araşdırma İnstitutunu qurdu və ölənə qədər rəhbərlik etdi. Yüzlərlə elmi araşdırmaya rəhbərlik etmiş və klinik psixiatriya və psixoterapiyada təxminən 40 məqalə hazırlamışdır. Orijinal "reproduktiv təcrübələr" metodunun müəllifidir. Ölümündən bir il əvvəl naməlum bir gənc Mixaildən göstərilən ünvandakı evə girib xəstəni ziyarət etməsini istədi. Razılaşdı və ünvana çatanda təəccüblənən ev sahibləri ünvanı necə bildiyini soruşdular. Sonra öyrənir ki, bu gənc çoxdan ölübmüş.
Mixail Attaliat
Mixail Attaliat (yun. Μιχαήλ Ἀτταλειάτης; 1021, Antalya – təq. 1080) — XI əsr Bizans tarixşünası və hüquqşünası. Mixail Attaliat böyük ehtimalla 1030–1040-cı illər arasında Bizans imperiyasının Attaliya şəhərində anadan olmuşdur. Onun növbəti illərdə imperiyanın paytaxtı olan Konstantinopol şəhərinə köçdüyü güman edilir. O, Konstantinopolda məhkəmə və hərbi hakim kimi çalışmışdır. O, IV Roman Diogenin 1068-ci ildə səlcuq türklərinə qarşı başlatdığı yürüşdə iştirak etmişdir. Attaliat 1072-ci ildə imperator VII Mixail Duka üçün «Libri Basilici» adlandırılan yenilənmiş qanunnaməni tərtib etmişdir. O, 1077-ci ildə Rodost şəhərində bir monastır qurmuş və onun nizamnaməsini tərtib etmişdir, hansı ki, Bizans imperiyasının IX əsrdəki sosial-iqtisadi vəziyyəti haqqında olan əhəmiyyətli bir mənbə hesab edilir. Həmin il o, vəsiyyətnamə («Diataxis») yazır.
Mixail Bakunin
Mixail Aleksandroviç Bakunin (rus. Михаил Александрович Бакунин; 30 may 1814 – 1 iyul 1876, Bern, İsveçrə) — rus mütəfəkkiri, anarxizm nəzəriyyəçilərindən biri. Mixail Aleksandroviç Bakunin 30 may 1814-cü ildə Rusiya imperiyasının Tver quberniyasının Novotorj qəzasının Pryamuxino kəndində anadan olmuşdu. Anarxist olan tarixi şəxsiyyətlərdən biri K. Marksın əsas rəqiblərindən olan Mixail Aleksandr oğlu (Михаил Александрович Бакунин) Bakunindir (1814–1876). Bakuninin adı bizim yaddaşımızda anarxist kimi qalıb. …"anarxiya" — "xaos" deməkdir. Qeyd etmək lazımdır ki, anarxistlər öz qarşılarına məqsəd kimi, insanın bütün təcavüzlərdən azad olmasını, istər siyasi, istər iqtisadi, istərsə də ruhi azadlığını bir məqsəd qoymuşdular. 1868-ci ildən etibarən Bakunin K. Marksı tənqid etməyi daha da gücləndirir. Bakunin yazırdı:"…buna görə də dövlət (zor aparatı) yəni cəmiyyətin bir qrup üzvü digər üzvünu əzdiyi yerdə azadlığın təntənəsi ola bilməz. Heç bir diktatura öz-özünü şikəst etməkdən başqa bir iş görmür.
Mixail Barinov
Mixail Vasilyeviç Barinov (14 oktyabr 1888, Saratov quberniyası[d] – 26 noyabr 1937, Moskva) — 1928-1929-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) rektoru olmuşdur. Mixail Vasilyeviç Barinov Rusiyanın Saratov quberniyasının Dubranovo kəndində anadan olmuşdur. Mixail Barinovun ailəsi 1889-cu ildə Bakıya köçmüşdür. 1922-1926-cı illərdə «Azneft»in rəis müavini, 1931-1933-cü illərdə rəis vəzifəsində çalışmış, 1928-1929-cu illərdə İnstitutun rektoru olmuşdur. rus. Uzun illər Sergey Kirovun yaxın dostu olmuş, 1934-cü ildə Kirov ölümü Barinova güclü təsir etmişdir. 1937-ci ildə Stalin repressiyası zamanı həbs olunmuş, xalq düşməni kimi güllələnmişdir. rus.
Mixail Baxtin
Mixail Baxtin (5 (17) noyabr 1895[…], Oryol – 7 mart 1975[…], Moskva) — Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi, dilçisi. Bakhtin, M. M. (1981). The Dialogic Imagination (M. Holquist, Ed.; C. Emerson & M. Holquist, Transl.). Austin, TX: University of Texas Press. (Originally published in 1975) Bakhtin, M. M. (1984). Problems of Dostoevsky's poetics (C. Emerson, Transl.). Minneapolis, MN: University of Minnesota Press. (Originally published in 1963) Bakhtin, M. M. (1984). Rabelais and his world (2nd ed.; H. Iswolsky, Transl.). Bloomington, IN: Indiana University Press.
Mixail Bezborodov
Mixail İliç Bezborodov (rus. Михаи́л Ильи́ч Безборо́дов; 10 yanvar 1907, Starıy Piçinquşi[d], Penza quberniyası[d] – 11 mart 1935, Starıy Piçinquşi[d], Orta Volqa diyarı) — Mokşa-sovet şairi, yazıçısı və dramaturqu. Mixail İliç Bezborodov 10 yanvar 1907-ci ildə Rusiya imperiyasının Starıy Piçinquşi kəndində anadan olmuşdur. Onun ilk nəşr olunan şeiri "Moraftoma quds" idi. Şeir 1927-ci ildə "Od vele" qəzetində dərc olunmuşdur. Bezborodov 11 mart 1935-ci ildə anadan olduğu kənddə vəfat etmişdir.
Mixail Botvinnik
Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö. 5 may 1995) — SSRİ və Rusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunurdu. O, həmçinin kompüter şahmatının təşəbbüsçüsü idi. Mixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. Şahmatla 12 yaşından məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrosmeysterlərindən fərqli olaraq, onun şahmat müəllimi olmamışdır. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edərdi. 14 yaşında o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək, əla nəticəyə nail olmuşdur 12 mümkün xaldan 11,5 xal toplamışdır.
Mixail Boyarski
Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949, Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni. 1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur. Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.
Mixail Boçarnikov
Mixail Boçarnikov (6 mart 1948) — Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Mixail Brijinski
Mixail İvanoviç Brijinski (doğum tarixi: 6 oktyabr 1951, SSRİ, Mordoviya MSSR, Novıe Turdaki k.) — mordoviya əsilli sovet yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü, Mordoviya Respublikasının xalq yazıçısı. Mixail Sovet Sosialist Respublikaları İttifaqı, Mordoviya Muxtar Sovet Sosialist Respublikası, Novıe Turdaki kəndində müəllim ailəsində anadan olmuşdur. Onun atası İvan Serqeeviç Brijinski və anası Nadejda Andreevna Fatkino pedaqoq olmuşdur. O, 1968-ci ildə Movoturdakov orta məktəbini bitirmiş və Mordoviya Pedaqoji İnstitutuna daxil olmuşdur. 1977-ci ildə hərbi xidməti bitirdikdən sonra öz doğma kəndində ana dili və ədəbiyyatdan dərs deməyə başlamışdır. İlk povesti olan «Polovt» («Nabat») rus və mordva xalqlarının monqol-tatar hücumlarına qarşı birgə mübarizədən bəhs edir. Povest 1983-cü ildə dərc edilir. 1986-cı ildə yazıçının rus dilində «Qardaşlarının naminə» povesti çap edilir. Burada Stepan Razin üsyanları və Alyona Arzamanslayanın həyatından bəhs edilir. 1988-ci ildə dərc edilən «Poklonis Borozde» romanında kənd həyatından bəhs edilir.
Mixail Bulqakov
Mixail Afanasyeviç Bulqkov (rus. Михаи́л Афана́сьевич Булга́ков; 3 (15) may 1891, Kiyev[…] – 10 mart 1940[…], Moskva) — rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor. Mixail Bulqakov 1891-ci ilin 15 may tarixində Kiyev şəhərində Kiyev Ruhani Akademiyasının dosenti Afanasi İvanoviç Bulqakov (1859-1907) və onun həyat yoldaşı Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) (1869-1922) ailəsində dünyaya göz açmışdır. Ailədə yeddi uşaq var idi: Mixail (1891-1940), Vera (1892-1972), Nadejda (1893-1971), Varvara (1895-1954), Nikolay (1898-1966), İvan (1900-1969) və Yelena (1902-1954). 1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1916-cı ilin 31 oktyabrında həmin fakültəni əla qiymətlərlə bitirib həkimlik diplomunu əldə edir. Təyinata əsasən Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedir. Daha sonra o, Vyazmada həkim kimi çalışır. 1913-cü ildə Tatyana Nikolayevna Lappa (1892-1982) ilə ailə qurur. Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərir.
Mixail Cavaxişvili
Mixeil Cavaxişvili (gürc. მიხეილ ჯავახიშვილი; 8 (20) noyabr 1880, Serakvi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 30 sentyabr 1937, Tbilisi) — gürcü yazıçısı, publisisti. Onun "Günahsız Abdulla" hekayəsi çox şöhrətli hekayədir. Sovet vaxtı Azərbaycanda da bu hekayəni ekranlaşdırılıb. M.Cavaxişvili Staliin repressiyalarında güllələnmiş, yaradıcılığı 20 il qadağan olunub. Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1880-ci ildə Borçalı qəzasının (indiki Marneuli rayonunun) Serakvi kəndində anadan olmuşdur. Bu barədə yazıçının böyük qızı Ketevan Cavaxişvili «Atam barədə xatirələr» kitabında yazır: «Atamın doğulduğu və uşaqlıq illərini keçirdiyi Serakvi kəndi o vaxtlar Borçalı qəzasında yeganə gürcü kəndi idi. İkinci gürcü kəndini babam Saba sonralar Serakvi kəndi yaxınlığında salmış və adını da Sioni qoymuşdur». Ketevan Cavaxişvili daha sonra babası Sabanın azərbaycanlı və yunanlarla dostluq etməsindən, Azərbaycan dilində sərbəst danışmasından söhbət açır. O, başqa bir yerdə isə Mixeil Cavaxişvili anadan olanda Sabanın bu xəbəri Sadaxlıda eşitməsindən, qulluqçusu Abdulla ilə atı dördnala çaparaq evə tələsməsindən, yolda Abdullanın Azərbaycan mahnıları oxumasından sevə-sevə söhbət açır.
Mixail Dmitriyev
Mixail Aleksandroviç Dmitriyev (1796-1866) - Rus şairi, ədəbi tənqidçi. Сочинения Дмитриева на сайте Lib.ru: Классика Дмитриев М.А. Мелочи из запаса моей памяти // Дмитриев М.А. Московские элегии. – М.: Московский рабочий, 1985. – С. 141-302.
Mixail Druyan
Mixail Druyan (rus. Михаил Захарович Друян; d. 17 oktyabr 1911, Xarkov, Rusiya imperiyası — ö. 7 iyul 2000, Moskva, Rusiya) — sovet və rus cizgi operatoru.
Mixail Dyakonov
Mixail Mixailoviç Dyakonov (rus. Михаи́л Михайлович Дья́конов); 12 (25) iyun 1907 və ya 1907, Sankt-Peterburq – 8 iyun 1954 və ya 1954, Moskva) — Sovet şərqşünası, arxeoloqu. Tarix elmləri doktoru(1946), professor (1949), Tacikistan SSR əməkdar elm xadimi (1951), SSRİ Yazıçılar ittifaqının üzvü, İqor Dyakonovun qardaşı. Mixail Mixailoviç Dyakonov 25 iyun 1907-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində anadan olmuşdu. Oslo Universitetində oxumuşdu (1924–1926). Sonra Sankt-Peterburq Dövlət Universitetinin dil və maddi mədəniyyət fakültəsini bitirmişdi (1930). Mixail Dyakonov 1953-cü ildə Tacik arxeoloji ekpedisiyasına rəhbərlik etmişdi. Mixail Dyakonov Gurganini, Nizamini və Firdovsini fars dilindən rus dilinə çevirmişdi. Mixail Dyakonov 8 iyun 1954-cü ildə SSRİnin paytaxtı Moskva şəhərində vəfat edib. Фердоуси: Жизнь и творчество.
Mixail Fonvizin
Mixail Fonvizin (rus. Михаил Александрович Фонвизин; 20 (31) avqust 1787, Bronnitsı qəzası[d], Moskva quberniyası[d] – 30 aprel 1854, Bronnitsı qəzası[d], Moskva quberniyası[d]) — general-mayor, dekabrist, utopik sosializmin nümayəndəsi. Denis İvanoviç Fonvizinin qardaşı oğlu, İvan Aleksandroviç Fonvizinin qardaşı. Kiçik Marino kəndi yaxınlığında Podpolkovnik (polkovnik-leytenant) Aleksandr İvanoviç Fonvizin (1749-1819) və həyat yoldaşı Yekaterina (1750-1823) ailəsində anadan olmuşdur. Tanınmış dramaturq və yazıçı Denis Fonvizin onun əmisi idi. Evdə repetitorla hazırlaşandan sonra o, Sankt-Peterburqda Sankt-Peter məktəbində oxuyub, sonra Moskvada internat məktəbində yaşayıb, Moskva Universitetində mühazirələrə qatılıb. 1801-ci ildə Preobrajenski Can Mühafizəsi Alayında hərbi xidmətə girdi. Onun hərbi karyerası fərqlənirdi. O, Fin müharibəsində və Fransanın Rusiyaya hücumu zamanı bir sıra döyüşlərdə iştirak edib, sonra Yüz Gün ərzində Fransada olub. Qısa müddətə yaralı bir məhbus oldu.
Mixail Frinovski
Frinovski Mixail Petroviç (26 yanvar (7 fevral) 1898 və ya 14 yanvar 1898, Narovçat[d], Penza quberniyası[d] – 4 fevral 1940, Moskva) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. 1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır. 1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il «Milli mərkəz» hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. M.Frinovski 1921-ci ildə Tyütyunikin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında «Xolodnıy Yar» atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir. 1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir.
Mixail Frolov
Frolov Mixail Fyodoroviç (5 yanvar 1910. Şamaxı rayonu, Hilmilli — 13 yanvar 1981, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (23.10.1943; 23.02.1961-ci ildə təqdim olunmuşdur), baş serjant. Böyük Vətən müһaribəsinə qədər Şamaxı rayonunda mexanizator işləmişdir. 1941-ci ildə Sovet Ordusuna çağırılmışdır. 1941-43-cü illərdə tank qoşunları tərkibində Kursk və Ukrayna uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dnepr çayının keçilməsində qəһrəmanlıq göstərmişdir. 1944-cü ildə ordudan buraxılmışdır. Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
I Mixail (imperator)
I Mixail (yun. Μιχαὴλ Ῥαγγαβέ) (təq. 770, Konstantinopol – 11 yanvar 844, Xınalıada) — Bizans imperatoru. == Həyatı == Atası Bizans donanmasında admiral olan Teofilakt Raqabe idi. Gələcəkdə taxtı ələ keçirəcək Nikeforun qızı Prokopiya ilə evləndi və qaynatasının 802-ci ildə hakimiyyəti ələ keçirməsinin ardından sarayda yüksək rütbəyə gətirildi. Qaynatasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə I Nikefor həlak oldu. Oğlu və yeganə varisi Stavrak isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi. Bu səbəblə saray əyanları 2 qrupa ayrıldı: bir qrup əyan imperatorun xanımı Afinalı Teofanonu, bir qrup isə Mixaili dəstəkləyirdi.
I Mixail (İmereti çarı)
I Mixail — VI Davidin ikinci oğludur. Qardaşı I Konstantinə qarşı müharibəyə başlayan Mixail ölkənin şimalını idarə edirdi. 1327-ci ildə Kutaisidə kral elan olunandan sonra vətəndaş müharibəsi də bitmiş oldu. Cəmi 2 il hakimiyyətdən sonra vəfat etdi. Yerinə oğlu, azyaşlı I Baqrat keçdi.
Lukin Mixail Fyodoroviç
Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d] – 25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940) == Tərcümeyi-halı == Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur. Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Mixail (Bolqarıstan şahzadəsi)
Mixail (IX əsr, Preslav – 931) — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Mixail (Trabzon imperatoru)
Mixail Komnenos (yun. Μιχαήλ Μέγας Κομνηνός)(1285 – ən tezi 1355, Konstantinopol) — 16-cı Trabzon imperatoru. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının vəfatının ardından qardaşı Aleksey taxta çıxmış, Mixail isə anasıyla birlikdə babasının yanına - Konstantinopola getmişdir. 1341-ci ilədək burada qalan Mixail Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissa ilə evləndi və bu evlilikdən gələcəkdə sələfi olacaq oğlu İohann dünyaya gəldi. Qardaşı oğlu Vasileyin ölümündən sonra Trabzonda tək qalan və hakimiyyəti ələ alan xanımı İrinayla evləndirilməsi məqsədilə 1341-ci ildə Trabzona yola düşmüş, ancaq o Trabzona çatana qədər İrina taxtdan endirilmişdir. Yeni imperatriça Anna Komnini tərəfindən həbs olunan Mixail imperiyanın şərq torpaqlarına sürgün edildi. Çox keçmədən saray əyanlarının göndərdiyi səltənətə dəvət məktubuyla o əsnada Konstantinopolda olan oğlu İohann Genuyalıların dəstəyilə taxta çıxarıldı. Oğlunun taxta çıxmasına baxmayaraq sürgündən qaytarılmadı. Cəmi 2 il sonra əyləncə və ziyafətlərlə keçən lüks həyat tərzindən şikayətlənən yerli xalq tərəfindən oğlu III İohann 3 may 1344-cü ildə taxtdan endirildi və sürgündə saxlanılan Mixail taxta çıxarıldı.
Mixail (İmereti çarı)
Mixail (gürc. მიქელი; XIII əsr, Gürcüstan – 1329, Kutaisi) — Baqrationilər sülaləsinin nümayəndəsi və İmereti çarı. 1327–1329 illərdə hakimiyyətdə olmuşdur. Mixailin atası Gürcüstan və İmereti çarı VI David Narin olmuşdur. Onun anasının kimliyi barədə isə mənbələrdə fərqli məlumatlar var. Mənbələrə görə anası Amanelisdze adlı zadəgan ailəsindən olan Tamar Amanelisdzedir. Digər mənbələrə görə isə anası Bizansın hakim Paleoloqi sülaləsindən olan şəhzadədir. 1293-cü ildə böyük qardaşı I Konstantin atasının ölümündən sonra İmereti taxtına keçdi. Lakin Mixail qardaşının hakimiyyətini tanımadı və üsyan qaldırdı. Mixail çarlığın şimalındakı əraziləri, Raça, Leçxumi və Arqveti bölgələrini ələ keçirməyi bacardı.
Mixail Arxangel kilsəsi
Mixail Arxangel kilsəsi —Bakı yeparxiyası tabeliyində olan pravoslav kilsəsi. Kilsənin protoyereyi Mefodi Əfəndiyevdir, 3 keşiş və 1 dyakon var. Kilsə XIX əsrin 40-cı illərində inşa edilmişdir və hərbi ibadət yerlərindən sayılırdı. 1855-ci il tarixli, 39 saylı "Qafqaz" qəzetinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilmişdir. Bu səbəbdən, onun dua otağı ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və o Xəzər donanmasına tabe idi. Bu dövrdə məbəd, "Donanma kilsəsi" (rusça "Flotskaya") adlanırdı. Kilsə pskov stilində inşa edilmişdi. 1873-cü ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə Salyan polkuna verilir. 1875-ci ildə kilsə Yeparxial idarənin rəhbərliyinə verilir. 1891-ci ildə hərbi idarənin protosviterinin razılığı ilə kilsə binasının bərpası başlandı və 1892-ci ilin noyabr ayında təmir işləri yekunlaşdı.
Mixail Barklay-de-Tolli
Mixail Barklay-de-Tolli (alm. Michael Andreas Barclay de Tolly‎; 16 (27) dekabr 1761, Pamuşis[d], Pakruoyis rayonu[d] – 14 (26) may 1818) — alman mənşəli rus sərkərdəsi, Müqəddəs Georgi ordeninin hər 4 dərəcəsinə layiq görülmüşdür. Hərb naziri (1810-cu ilin yanvar-1812-ci il), general-feldmarşal (1814-cü ildən). Müqəddəs Georgi ordeninin ikinci (Mixail Kutuzovdan sonra) tam kavaleri, 1812-ci ilin yazından - 1-ci Qərb Ordusunun komandiri. Əslində, 1812-ci ildə Vətən müharibəsinin başlanğıcında rus ordusunun baş komandanı, I Aleksandrdan ordudan M.İ.Kutuzovun təyin olunmasına qədər hərəkət etdi. 1813-1814-cü illər Rus ordusunun xaricdəki kampaniyasında 1-ci ordunun baş komandanı (1814-1818). Барклай-де-Толли, Михаил Богданович. Представление генерала от инфантерии Барклая-де-Толли императору Александру I о движении армии в 1812 году (rus.) Барклай-де-Толли М. Б. Изображение военных действий 1812 года. — 1912 Arxivləşdirilib 2019-04-18 at the Wayback Machine Бантыш-Каменский, Д. Н. 41-й генерал-фельдмаршал князь Михаил Богданович Барклай-де-Толли // Биографии российских генералиссимусов и генерал-фельдмаршалов. В 4 частях.

"mixail" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mixail nədir? #mixail sözünün mənası #mixail nə deməkdir? #mixail sözünün izahı #mixail sözünün yazılışı #mixail necə yazılır? #mixail sözünün düzgün yazılışı #mixail leksik mənası #mixail sözünün sinonimi #mixail sözünün yaxın mənalı sözlər #mixail sözünün əks mənası #mixail sözünün etimologiyası #mixail sözünün orfoqrafiyası #mixail rusca #mixail inglisça #mixail fransızca #mixail sözünün istifadəsi #sözlük