Murtaza sözü azərbaycan dilində

Murtaza

Yazılış

  • Murtaza • 98.1481%
  • murtaza • 1.8519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Murtaza Bhutto
Qulam Murtaza Bhutto (urdu مير مرتضی بھٹو; 18 sentyabr 1954, Larkan, Sind əyaləti – 20 sentyabr 1996, Kəraçi) — Pakistan siyasətçisi və Pakistanda fəaliyyət göstərən terror təşkilatı Əl-Zülfiqarın lideri. Pakistanın keçmiş baş naziri və prezidenti Zülfiqar Əli Bhuttonun oğlu Murtaza, atası 1979-cu ildə general Məhəmməd Ziya ülhaqq hərbi rejimi tərəfindən devrildikdən və edam edildikdən sonra əl-Zülfiqar təşkilatını qurdu. 1981-ci ildə mühafizəkar siyasətçi Çaudri Zahur Elahinin öldürülməsi və Pakistan Beynəlxalq Hava Yollarına aid bir təyyarənin Kəraçidən qaçırılmasından sonra məsuliyyəti öz üzərinə götürdü. Əfqanıstanda sürgündə olan Murtaza hərbi tribunal tərəfindən qiyabi olaraq edam cəzasına məhkum edilmişdi.
Murtaza Qaraçanta
Murtaza Vural oğlu Qaraçanta (25 iyul 1961, Qars, Qars ili) — Qars bələdiyyəsinin sabiq sədri, türk siyasətçi. Murtaza Qaraçanta 25 iyul 1961-ci ildə Qarsda, Azərbaycan kökənli ailədə doğulmuşdur. Əslən Ağbaba mahalının Qaraçanta kəndindəndir. Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecment ixtisası üzrə bitirmişdir. Murtaza Qaraçanta əslən Amasiya rayonunun Qaraçanta kəndindəndir. Murtaza Qaraçantanın ata babasının adı Abbasqulu bəydir. Abbasqulu bəy varlı bəy olsa da, sovetləşmə zamanı onun bütün var-dövləti müsadirə olunmuşdur. Bundan sonra Abbasqulu bəy 1930-cu illərdə ailəsi ilə birgə Qarsa qaçmışdır. Murtaza Qaraçantanın qardaşı Murat Qaraçanta 2015-ci ildə 6 aylıq müddətə müvəqqəti olaraq Türkiyənin Bakıdakı səfirliyində mədəniyyət və tanıtma müşaviri olmuşdur. Murat Karaçanta 2016-cı ildən İzmir Mədniyyət və Turizm İdarəsinin sədridir.
Murtaza Rəhimov
Murtaza Qubaydulla oğlu Rəhimov (başq. Мортаҙа Ғөбәйҙулла улы Рәхимов; 7 fevral 1934, Kuqərsen rayonu, Başqırd MSSR – 11 yanvar 2023, Ufa) — Rusiyali siyasətçi, 1990-cı il aprelin 7-dən 1993-cü il dekabrın 24-dək Başqırdıstan MSSR Ali Sovetinin sədri. 25 dekabr 1993-cü ildən 2010-cu il iyulun 15-dək Başqırdıstan Respublikasının Prezidenti. 22 oktyabr 2010-cu ildən 11 yanvar 2023-cü il tarixədək URAL Xeyriyyə Fondunun İdarə Heyətinin sədri..
Murtaza Quluxan Zəfər
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Sagid Murtazaliev
Sagid Murtazaliev( ing. Sagid Murtazaliev;11 mart 1974, Mahaçqala)—Sagid Maqomedoviç Murtazaliev (rus. Sagid Magomedovich Murtazaliev; Avar: SagIid MagIamedovich MurtazgIaliev; 11 mart 1974 -cü il təvəllüdlü) - rus sərbəst güləşçisidir. Murtazaliev Avarın Dağıstanın Mahaçqala şəhərində anadan olub. 1999-cu il FILA Dünya Çempionatında və 2000-ci il Yay Olimpiya Oyunlarında ağır çəkidə qızıl medal qazandı. Murtazaliev 1996 -cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Ukraynanı, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etdi və burada kişilər arasında 97 kq sərbəst yarışlarda qızıl qazandı. 2013-cü ildə güləşi Yay Olimpiya proqramından qısaca çıxarmaq üçün verdiyi səsə etiraz olaraq IOC medalını qaytardı 2001 -ci ildə Murtazalievin Kızlyardakı evinin yaxınlığında bir bomba aşkar edildi.. Xeyriyyə fondu Saqid Murtazəliyevin adını daşıyır. 12 aprel 2010 -cu ildə əvvəllər Kızlyar rayonuna rəhbərlik edən Murtazaliev Rusiya Pensiya Fondunun Dağıstan şöbəsinin müdiri oldu. Murtazaliev Vahid Rusiya partiyasından Dağıstan Respublikası Qanunverici Məclisinin üzvü idi.
Murtazaqulu xan Ziyadoğlu
Murtazaqulu xan Ziyadoğlu — Türkman Qacar tayfasınım qolu olan Ziyadoğlu ailəsinə mənsub olan Səfəvi imperiyası hərbi xadimi. Murtazaqulu xan Ziyadoğlu 1651-ci ildən etibarən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxetinin hakimi təyin edilmişdir. Elə həmin ildən etibarən o, eyni zamanda mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin də idarəçiliyini öz üzərinə götürdü. O dövrdə Gürcüstanın idarəsi Qarabağa tabe etdirilmişdi. Çox gümanki, Murtəzaqulu xanın bu iki vilayəti idarə etməsi də bununla əlaqəli olmuşdur. Beləliklə o, həm Qarabağ bəylərbəyliyinin, həm də Kaxetin hakimi olaraq xidmət etməyə başladı. O, 1664-cü ilə qədər Qarabağ bəylərbəyi olsa da, Kaxeti neçənci ilə qədər idarə etməsi bəlli deyil. O, Qacar tayfasının Ziyadoğlu qolundan idi. ​ Qarabağ bəylərbəyliyi Ziyadoğluları Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813.

murtaza sözünün leksik mənası və izahı

Oxşar sözlər

#murtaza nədir? #murtaza sözünün mənası #murtaza nə deməkdir? #murtaza sözünün izahı #murtaza sözünün yazılışı #murtaza necə yazılır? #murtaza sözünün düzgün yazılışı #murtaza leksik mənası #murtaza sözünün sinonimi #murtaza sözünün yaxın mənalı sözlər #murtaza sözünün əks mənası #murtaza sözünün etimologiyası #murtaza sözünün orfoqrafiyası #murtaza rusca #murtaza inglisça #murtaza fransızca #murtaza sözünün istifadəsi #sözlük