Mümtaz sözü azərbaycan dilində

Mümtaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mümtaz • 94.1799%
  • mümtaz • 5.8201%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mümtaz
Mümtaz — Kişi adı, təxəllüs. "Mümtaz" sözü Ərəbcədən tərcümədə (ərəb. ممتاز) "seçilmiş", "digərlərindən fərqlənən" mənasını verir. Mümtaz (aktrisa) — Mümtaz Mahal — Salman Mümtaz — Azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf.
Mümtaz (aktrisa)
Mümtaz (Hindcə: मुमताज़ Ərəbcə: ممتاز) (31 iyul 1947, Bombey, Britaniya Hindistanı) — Hindistan aktrisası. Mümtaz 31 iyul 1947-ci ildə Hindistanın Mumbay şəhərində doğulub. 1961–1963-cü illərdə 6 filmə çəkilmişdi.
Mümtaz Mahal
Mümtaz Mahal (urdu ممتاز محل) — Böyük Moğol İmperiyasının VI hökmdarı Sultan Şahcahanın həyat yoldaşı.
Mümtaz Soysal
Osman Mümtaz Soysal (türk. Osman Mümtaz Soysal; 15 sentyabr 1929, Zonquldak – 11 noyabr 2019, İstanbul) — hüquqşünas, siyasətçi, alim, 1961-ci il Türkiyə Respublikasının Konstitusiyasının müəlliflərindən biri. 1994-cü ildə qısa müddətdə Türkiyə Xarici İşlər naziri və Türkiyə Böyük Millət Məclisinin 19 və 20-ci çağırışlarında Sosial-Demokrat partiyasından Zonquldak və Ankaradan seçilmiş millət vəkili. Mümtaz Soysal 1929-cu ildə Zonquldak vilayətində anadan olub. 1949-cu ildə Qalatasaray liseyini bitirmişdir. Ardından Soysal Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də təhsil almış və 1953-cü ildə məzun olmuşdur. Orta Şərq Dövlət İdarəetmə İnstitutunda köməkçi vəzifəsində çalışarkən fərq kursu imtahanlarını vermiş və 1954-cü ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. 1956-cı ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də asistent kimi işləməyə başlamışdır. Mümtaz Soysal 1958-ci ildə siyasi elmlər doktoru dərəcəsini almışdır. Uzun illər Siyasi Elmlər Fakültəsin də Konstitusiya hüququ professoru kimi dərs demişdir.
Salman Mümtaz
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884, Nuxa – 6 sentyabr 1941, Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932). Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib.
Ahmet Mümtaz Taylan
Əhməd Mümtaz Taylan — Türkiyənin məşhur aktyorlarından biri. Komediya filmlərində oynadığı rollarla tanınır.
Əhməd Mümtaz Taylan
Əhməd Mümtaz Taylan — Türkiyənin məşhur aktyorlarından biri. Komediya filmlərində oynadığı rollarla tanınır.
Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Mirzə İsmayıl xan Mümtazəddövlə
Mirzə İsmayıl xan Əliəkbər xan oğlu Mümtazəddövlə (1880-1933) — İranın dövlət xadimi, nazir, hüquqşünas, birinci İran parlamentinin əsasını qoyan şəxslərdən biri və parlamentin IV spikeri. Mirzə İsmayıl xan Əliəkbər xan oğlu 1880-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1933-cü ildə 53 yaşında olarkən ürək tutmasından vəfat etmişdir. İbtidai təhsilini doğma şəhərində, ali hüquq təhsilini İstanbul şəhərində almışdır. İran Dövlət Departamentində işləmişdir. Sonradan isə Azərbaycan Demokratik Respublikasında baş konsul olmuşdur. Daha sonra İstanbul şəhərində İran dövlətini təmsil etmişdir. Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdir. O, bir neçə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu tutmuşdur. İran Konstitusiyasının müəlliflərindən biridir.
Murtuza xan Mümtazülmülk
Murtuza xan Mümtazülmülk (avqust 1866 və ya avqust 1864, Tehran – XX əsr, Tehran) — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Hac Səfərəli Xoyinin nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin qardaşı, İranın 16-cı maarif və elmlər naziri və İran Milli Muzeyinin banısi. Murtuza xan Mümtazülmülk Tehran və Parisdə təhsil almışdır. O Fars, ingilis, fransız və türk dillərini mükəmməl bilirdi. Sipəhsalar, Mirzə Həsən xan Vüsuqəddövlə, Həsən xan Mustoufi əl-Məmalik kabinetlərində elm naziri idi. Xarici İşlər Nazirliyinin tərcüməçisi idi. O həmçinin İranın Amerikada 4-cü siyasi nümayəndəsi idi(1904–1909), 5 il İranın Amerikada vəzir- muxtarı(səfiri) idi. Murtuza xan Mümtazülmülk. "Tərbiyə ya Əla təlim kursu".
Səməd xan Mümtazəssəltənə
Səməd xan Mümtazəssəltənə (fars. صمد خان ممتاز السطنه‎) — Qacarlar və Pəhləvilər dönəmində diplomat, İranın baş naziri. Səməd xan Əliəkbər xan oğlu 1869-cu ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Avropa oxumuşdu. Diplomatik fəaliyyətə Sultan Əhməd şah Qacarın hakimiyyəti illərində başlamışdı. Sonra şahın xas qvardiyasında yüksək post tutmuşdu. Səməd xan 1955-ci ildə Paris şəhərində vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Salman Mümtazın anadan olduğu ev
Salman Mümtazın anadan olduğu ev və ya Salman Mümtazın ev muzeyi — Azərbaycan şairi Salman Mümtazın anadan olduğu və uşaqlığının keçdiyi ev. Şəki şəhərinin M.Ə. Rəsulzadə küçəsi 85 ünvanında yerləşir. 1985-ci ildən şairin xatirə muzeyi kimi fəaliyyət göstərir. == Tarixi == Salman Mümtazın evi, Şəki şəhərinin tarixi məhəllələrindən birində, zəngin mədəni irsi ilə seçilən bir ərazidə yerləşir. 1895-ci ildə inşa edilən bu ev, Şəki memarlıq məktəbinin ənənəvi üslubunda tikilmişdir. İki mərtəbəli olan evin geniş həyəti və taxta eyvanları, Şəki evlərinin xarakterik xüsusiyyətlərini əks etdirir. Bu ev, Azərbaycanın görkəmli şairi və ədəbiyyatşünası Salman Mümtazın doğulduğu və uşaqlıq illərinin keçdiyi məkandır. Salman Mümtaz, 1902-ci ildə bu evdə dünyaya göz açmış və 1920-ci ilə qədər burada yaşamışdır. Bu dövrdə şairin şəxsiyyətinin formalaşmasında və yaradıcılığının ilk nümunələrinin ortaya çıxmasında evin mühüm rolu olmuşdur. 1985-ci ildə Salman Mümtazın xatirəsini əbədiləşdirmək və ədəbi irsini gələcək nəsillərə ötürmək məqsədilə evdə onun adına muzey açılmışdır.

mümtaz sözünün leksik mənası və izahı

mümtaz sözünün etimologiyası

mümtaz sözünün rus dilinə tərcüməsi

  • 1 прил. устар. 1. привилегированный, находящийся на особом положении. Mümtaz adamlar привилегированные люди 2. выдающийся, выделяющийся среди других

    Azərbaycanca-rusca lüğət / mümtaz

mümtaz sözünün ləzgi dilinə tərcüməsi

"mümtaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mümtaz nədir? #mümtaz sözünün mənası #mümtaz nə deməkdir? #mümtaz sözünün izahı #mümtaz sözünün yazılışı #mümtaz necə yazılır? #mümtaz sözünün düzgün yazılışı #mümtaz leksik mənası #mümtaz sözünün sinonimi #mümtaz sözünün yaxın mənalı sözlər #mümtaz sözünün əks mənası #mümtaz sözünün etimologiyası #mümtaz sözünün orfoqrafiyası #mümtaz rusca #mümtaz inglisça #mümtaz fransızca #mümtaz sözünün istifadəsi #sözlük