Mustafa sözü azərbaycan dilində

Mustafa

Yazılış

  • Mustafa • 99.6538%
  • MUSTAFA • 0.2631%
  • mustafa • 0.0692%
  • MUstafa • 0.0138%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Mustafa
III Mustafa (osm. مصطفى ثالث‎ — Mustafa-i sâlis) (28 yanvar 1717[…], Ədirnə Sarayı, Ədirnə – 21 yanvar 1774, Topqapı sarayı, İstanbul) — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mihrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi. 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi. 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı. Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi. Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.
II Mustafa
II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664, Ədirnə – dekabr 1703, İstanbul) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı. == Həyatı == === İlk illəri === 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Həmyaşıd qardaşı Şahzadə Süleymanla birlikdə 29 fevral 1784-cü ildə təntənəli bir mərasimlə ilk dini təhsilinə başladı. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı.
I Mustafa
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, İstanbul – 20 yanvar 1639, İstanbul) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir. Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur. == Həyatı == === Uşaqlıq illəri === Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu.
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk — Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa Mustafayev Mustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor) Mustafa xan Mustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi. Mustafa Vəkilov Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
Mustafa (Auırqazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Avurğazı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Köyəzebaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Köyəzebaş): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 25 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (64 %), başqırdlar (34 %) üstünlük təşkil edir.
Mustafa (Bakalı)
Mustafa (başq. Мостафа, rus. Мустафино) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mustafa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 46 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (71%), tatarlar (28%) üstünlük təşkil edir.
Mustafa (Saatlı)
Mustafa — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. == Həyatı == Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Mustafa Akıncı
Mustafa Akıncı (d. 28 dekabr 1947) — Şimali Kipr Türk Respublikasının 2015 - 2020-ci illərdə prezidenti olub. == Həyatı == 28 dekabr 1947-ci ildə Limasol şəhərində anadan olmuşdur.
Mustafa Altıoxlar
Mustafa Altıoxlar (1958; Ünye, Ordu), Türk rejissor, prodüser , ssenarist, oyunçu və fizyoterapist. Təhsilini TED Ankara Kolleci / İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi / Qazi Universiteti Fizika Müalicə və Reabilitasiya Magistr olaraq tamamlamışdır. İxtisas sahəsi fizyoterapiya dir. İlk həyat yoldaşı Yasemin Erkan'dan ayrılan Altıokların bu evliliyindən Arya Su adlı bir qızı dünyaya gəldi. Sarp Levendoğlu 'nun dayısının. == Kino və Televiziya Həyatı == === Rejissor olaraq === cayip Təkliflər Behzat Ç. Bir Ankara Polisiyesi Kelebek Çıkmazı Yasak Elma Beyza'nın Kadınları Vanna Üçüncü növdən Yaxın əlaqələr Çınaraltı 3.
Mustafa Aşurov
Mustafa Babanlı
Mustafa Baba oğlu Babanlı (21 fevral 1968, Saatlı) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. == Həyatı == Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Mustafa Babayev
Mustafa Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Mustafa Bərzani
Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir. == Erkən illəri == Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.
Mustafa Cavanşir
Mustafa Cavanşir (tam adı: Cavanşir Mustafa Zülqədər ağa oğlu; d. 1936, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2009, Bakı, Azərbaycan) — məşhur azərbaycanlı papaqçı. == Həyatı == Mustafa Cavanşir 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideyləri ilə bərabər sürgündə olmuşdur. 1960-cı ildən 1989-cu ilədək Özbəkistan SSR-də yaşamışdır. 1989-cu ildə Bakıya dönüb papaqçılıqla məşğul olmuşdur. Mustafa Cavanşir 2009-cu ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Natəvan adlı qızı var. == Filmoqrafiya == 2007-ci ildə "Papaq" sənədli filmində çəkilmiş, papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar vermişdir.
Mustafa Ceceli
Mustafa Ceceli 2 noyabr 1980-ci ildə Ankara, Türkiyədə anadan olub. Musiqiyə olan marağı uşaqlıqdan başlamış və o, altı yaşında piano dərsləri almağa başlamışdır. Orta məktəbi bitirdikdən sonra, Ceceli Ankara Universitetinin Veterinariya Fakültəsinə qəbul olub, lakin musiqiyə olan sevgisi onu bu sahədə karyera qurmağa yönləndirdi. == Musiqi Karyerasının Başlanğıcı == Mustafa Ceceli musiqi karyerasına ilk olaraq aranjimançı kimi başladı. O, 2003-cü ildə Sezen Aksu ilə işbirliyinə başladı və bu, onun karyerasının dönüş nöqtəsi oldu. Aksunun albomlarında aranjimanlar edərək, onun musiqi sahəsində ad qazanmasına yardım etdi. == Solo Karyerası və Albomları == Mustafa Ceceli 2007-ci ildə "Unutamam" adlı mahnısı ilə solo karyerasına başladı. Onun ilk studiya albomu "Mustafa Ceceli" 2009-cu ildə işıq üzü gördü və böyük uğur qazandı. Albomda yer alan "Hastalıkta Sağlıkta", "Limon Çiçekleri" kimi mahnılar çox məşhur oldu. Onun ikinci albomu "Es", 2012-ci ildə yayımlandı və "Es", "Seyyah" kimi hit mahnılarla musiqi siyahılarında zirvələrə yüksəldi.
Mustafa Coşqunov
Mustafa Dabo
Mustafa Dabo — Seneqal futbolçusu. == Həyatı == 17 fevral 1986-cı ildə Seneqalda anadan olub. Futbolçu karyerası boyunca “Sion”, “Servett”, “Sent-Qallen”, “İverdon”, “Aarau” (hamısı İsveçrə), “Əl Sailiyə” (Qətər), “İttihad Kalba” (Birləşmiş Ərəb Əmirlikləri) top qovub. Dabonun "Qəbələ"dən öncəki klubu isə Litvanın “Spartak” komandası olub. "Qəbələ" klubu hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Mustafa Dənizli
Mustafa Dənizli (10 noyabr 1949, Alaçatı, İzmir ili) — keçmiş türkiyəli futbolçu. İranın "Traktor Sazi" klunun baş məşqçisi. Türkiyənin "Altay" və "Qalatasaray" klublarının, həmçinin Türkiyə milli futbol komandasının futbolçusu olub. == Həyatı == Mustafa Dənizli 10 noyabr 1949-cu ildə Alaçatıda anadan olmuşdur. == Karyerası == === Klub karyerası === Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur. ==== Statistika ==== === Milli komanda karyerası === ==== Milli komandada oyunlar ==== ==== Milli komandada qollar ==== === Məşqçilik karyerası === 1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur.
Mustafa Hacıbəyli
Hacıbəyli Mustafa Mustafa oğlu (1972, Zaqatala rayonu) — azərbaycanlı politoloq, "Basta" informasiya portalının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, Divan üzvü. == Həyatı == Mustafa Hacıbəyli 1972-ci ildə Zaqatala rayonunun Tala kəndində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini bitirib. 1990–1992-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu dövrdə sovet ordusunun 20 yanvarda Bakıda törətdiyi cinayətə etiraz olaraq, SSRİ-yə xidmət edəcəyinə dair and içməkdən rəsmən imtina etdiyi üçün təqib olunub. Hərbi xidmət dövründə iki dəfə barəsində cinayət işi açılıb. 1991-ci ilin avqustun 20-də – "QKÇP" elan olunduqdan dərhal sonra — sovet ordusu zabitlərinin raportları əsasında "millətçilik"də və "hərbi divizionun döyüş hazırlığını pozmağa cəhd göstərmək"də günahlandırılıb. Barəsində qaldırılan cinayət işinə əsasən hərbi tribunalın saxlanma təcridxanasında salınıb, "QKÇP"nin iflasından 3 həftə sonra barəsindəki cinayət işi xətm olunub və həbsdən azad edilib. 1992-ci ildə könüllü olaraq Qarabağın işğaldan müdafiəsində iştirak etmək üçün Milli Orduya gedib. Şuşa şəhərində Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonda hərbi xidmətdə olub.
Mustafa Hacıqasımov
Hacıqasımov Mustafa Mahmud oğlu (1883, Qazax – 1969, Bakı) — ilk azərbaycanlı cərrah-ginekoloq, Azərbaycanın baş mama-ginekoloqu. professor, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan SSR Əməkdar elm xadimi, Bakıda doğum evinin yaradıcılarından biri, birinci və dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı. == Həyatı == Hacıqasımov Mustafa Mahmud oğlu 1883-cü il iyun ayının 12-də Qazax qəzasının Poylu kəndində anadan olub. Leyla Şıxlinskayanın babasıdır. == Təhsil == 1904-cü ildə Tiflis ilk kişi gimnaziyasını bitirdikdən sonra 1910-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib (H.Z.Tağıyevin təqaüdü ilə oxuyub). 1910-cu ildə 27 oktyabr 1910-cu ildə həkim dərəcəsinə layiq görüldü. Universitetin tibb fakültəsinin mama-ginekoloji şöbəsində qaldı. == Əmək fəaliyyəti == Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi, Bakıda doğum evinin yaradıcılarından biri. Birinci-dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
Mustafa Hüseynov
Mustafa Hüseynov ( ) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1963). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980). == Həyatı == Mustafa Hüseynov 22 mart 1928-ci ildə Şərur rayonunun Mehrab kəndində anadan olub. İbtidai təhsilini Qarxun kəndində, orta təhsilini isə Yenigcə kəndində alıb. 1948-1952-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində ali təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mustafa Hüseynov aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Neft İnstitutunda böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1959-1968-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Priosesləri İnstitutunda, (NKPİ) 1968-1973-cü illərdə həmin institutun Sumqayıt filialında Xlorüzvi birləşmələrin sintezi laboratoriyasına rəhbərlik edib. 1973-1978-ci illər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt filialının və 1978-1986-cı illərdə həmin filial əsasında yaranmış Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutunun direktoru olub. Mustafa Hüseynov 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Y.Məmmədəliyev adına NKPİ-də Zərif üzvi sintez laboratoriyasına rəhbərlik edib. === Elmi fəaliyyəti === Mustafa Hüseynov 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə "Xlorkarbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmlər doktoru elmi dərəcəsini alıb.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, İstanbul) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
Hümbət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Hümmət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Həmidi Mustafa Paşa
Həmidi Mustafa Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə qapıçıbaşı, sonra 1616-cı ildə miraxur, 1618-ci ildə isə yeniçəri ağası oldu. Ardından 20 iyul 1619-cu ildə Misir bəylərbəyi oldu ancaq 1620-ci ilin iyulunda vəzifədən alındı və ertəsi il vəzir rütbəsi ilə nişançı vəzir oldu. 1623-cü ildə Hələb bəylərbəyi oldu. Bu vəzifədə ikən 1624-cü ildə Bağdad uğrunda döyüşdə şəhid oldu. == Mənbə == Sicill-i Osmani IV, səh.
Həmidizadə Mustafa Əfəndi
Həmidizadə Mustafa Əfəndi (1731 – 25 noyabr 1793, Manisa) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1731-ci ildə doğulmuşdur. Misir qazısı ikən vəfat edən üləmadan Həmidi Mehmed Əfəndinin oğludur. Mükəmməl təhsil aldıqdan sonra 1754-cü ildə rüyus imtahanı ilə müdərrisliyə yüksəldi və bir müddət sonra sarayda müəllim olaraq xidmət etməyə başladı. Nəqşibəndi təriqətinə mənsub olduğu üçün saraydakılara verdiyi dərslərlə yanaşı təriqət ədəb-ərkanıyla bağlı da nəsihətlər edirdi. Bu səbəblə saray xidmətçiləinin bir çoxu onun müridi oldu. Xüsusilə də, oxuduğu və yazdığı duaların övladlarına xeyri olduğuna inanan Sultan Əbdülhəmid onun mənəvi təsiri altına düşmüşdü. Sultana və ailəsinə yaxınlığı səbəbilə qısa zamanda yüksəldi və Əyyubsultan bölgəsinin qazısı təyin edildi. Vəzifədən alındıqdan sonra üləma təftişi, müdərrislərin imtahan edilməsi kimi mühüm vəzifələrdə çalışdı. 18 iyun 1786-cı ildə Məkkə qazılığına namizəd seçildi.
Həsənağa Mustafayev
Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı – 22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir. Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub. Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == Rəssamı olduğu tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо.
Körpülü Fazil Mustafa Paşa
Körpülü Fazil Mustafa Paşa (1637 – 19 avqust 1691 və ya 20 avqust 1691) — II Süleyman və II Əhməd dövrlərində ümumilikdə 1 il 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1637-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. 4 yaşında ikən atasıyla birlikdə İstanbula getdi. Böyük qardaşı Fazil Əhməd Paşa kimi mədrəsə təhsili və xüsusi müəllimlərdən dərslər aldı. Atasının sədarəti dövründə 1660-cı ildə saray xidmətinə alındı. Kiçik qardaşı Əli bəylə birlikdə böyük qardaşı Fazil Əhməd Paşanın Uyvar səfərinə qatıldı və Yeniqalanın fəthində iştirak etdi. Anası və bacısıyla birlikdə Kritə getdi və burada ikən qardaşının Kandiyə mühasirəsində vəzifələndirildi. Burada ikən anasıyla birlikdə həccə getdi. Bacısının yoldaşı olan sədrəzəm Mərzifonlu Mustafa Paşanın istəyilə 1680-ci ilin iyulunda yeddinci vəzir olaraq divana daxil oldu.
Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024). == Həyatı == Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var. 1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib. 1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.
Lala Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Laləzar Mustafayeva
Laləzar Mustafayeva (30 sentyabr 1962, Qullar, Balakən rayonu) — Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. (2024) == Həyatı == Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib. "Pəncərə" filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 1998 Azərbaycan Respublikasının xalq artisti — 2002 Cəfər Cabbarlı mükafatı — 2010 Prezident mükafatı — 9 may 2012, 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 29 oktyabr 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024 == Filmoqrafiya == Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Şəhla Balaş və Mədinə (film, 2003) Biz qayıdacağıq (film, 2007) Boradigah (film, 2002) Dan ulduzu, tale ulduzu (film, 2001) Divar (film, 1991) Əhməd Bakıxanov (film, 2003) Gənc qadının kişisi (film, 1988) Girdiman (film, 2003) Güllələnmə təxirə salınır!... (film, 2002) Qara "Volqa" (film, 1994) Qəzəlxan (film, 1991) Lahıc (film, 2004) Ləyaqət hücrəsi (film, 2011) Mariya (film, 2004) Naftalan (film, 2003) Naxçıvan muzeyləri (film, 2003) Pəncərə (film, 1991) Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film) Səni axtarırıq... (film, 2013) Uzaq yaşıl ada (film, 2004) Yeraltı şəhərin izi ilə (film, 2004) == İstinadlar == == Mənbə == Rafiq Hacıyev. "O bahardan gələn... Könül" //Odlar yurdu.- 1992,- 2 oktyabr.- № 28.- səh.
Lələ Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. == Səfər == 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Mahir Mustafayev
Merik Mustafayev
Merzifonlu Qara Mustafa Paşa Məscidi
Merzifonlu Qara Mustafa Paşa Məscidi və ya Paşa Məscidi, Merzifon mahal mərkəzində olan və 1666-cı ildə Osmanlı Sadrazamı Merzifonlu Qara Mustafa Paşa tərəfindən inşa edilən məscid, eyni zamanda nahiyənin ən böyük məscididir. == Tarix == Məscid 19. Osmanlı Sultanı IV. Mehmed dövründə tikilmişdir. == Memarlığı == Məscid düzbucaqlı formada olub, yonma daşdan tikilmişdir. İbadət bölməsi iki hissədən ibarətdir. Məscidin əsas ibadət bölməsi tək günbəzlidir. Sütunlar arası kəsiklərdən orta hissəsi iri yarımqübbəli taxçaya çevrilmişdir. Bölmələr kiçik günbəzlərlə örtülmüş və əsas ibadət yeri ilə birləşdirilmişdir. Orta hissədəki taxçanın hündürlüyü yanlardan hündür olduğundan məscidin daxili tərtibatı fərqli dizayna malikdir. Üç sıra pəncərələr məscidi işıqlandırır.
Mikayıl Mustafayev
Mir Mustafa xan
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). == Həyatı == Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.
Mir Mustafa xan Talışlı
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). == Həyatı == Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.
Mir Mustafa xan Talışxanov
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). == Həyatı == Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.

mustafa sözünün leksik mənası və izahı

"mustafa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mustafa nədir? #mustafa sözünün mənası #mustafa nə deməkdir? #mustafa sözünün izahı #mustafa sözünün yazılışı #mustafa necə yazılır? #mustafa sözünün düzgün yazılışı #mustafa leksik mənası #mustafa sözünün sinonimi #mustafa sözünün yaxın mənalı sözlər #mustafa sözünün əks mənası #mustafa sözünün etimologiyası #mustafa sözünün orfoqrafiyası #mustafa rusca #mustafa inglisça #mustafa fransızca #mustafa sözünün istifadəsi #sözlük