müharibəsi sözü azərbaycan dilində

müharibəsi

Yazılış

  • müharibəsi • 91.6659%
  • Müharibəsi • 8.2809%
  • MÜHARİBƏSİ • 0.0443%
  • müharibəSİ • 0.0089%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi. == Tərifi == Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir.
Katvan müharibəsi
Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı. == Döyüşdən əvvəlki vəziyyət == Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar. == Döyüş == Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır.
Kontestado müharibəsi
Kontestado müharibəsi (port. Guerra do Contestado). Braziliyanın cənubunda Kontestado vilayyətində kəndli üsyanı 1912-1916 cı illəri əhatə etmişdir.Bu ərazi Parana və Santa-Katarina ştatları arasında mübahisə predmeti idi. Üsyanın səbəbi ikili sıxlşdırılma idi.Bir tərəfdən böyük latfundiyalar və digər tərəfdən xariçi ölkərərin əraziyə yatırımları böyük rol oynayırdı.Kəndli üsyanlarını iki fazaya bölmək olar ki, 1902-1911 ci illərdə partizan müharibəsi xüsusiyyəti daşıyırdısa ,artıq 1912-1916 illərdə daha qanlı müharibə xarakteri alırdı.Kəndli üsyanına 1910-cu ildəki Portuqaliya inqilabı öz təsirini göstərmişdi.Müharibənin gedişində 20.000 insan həlak olur.Bu münaqişə Kanudus müharibəsindən sonra Braziliyada ən qanlı vətəndaş muharibəsi hesab edilir. == Münaqişənin xarakteri == Bu münaqişə Kanudus üsyanına bir çox parametrlərinə görə bənzəyir.Bu ərazidə 1895-ci ildə Juan Mariya adlı birisi özünü müqqəddəs elan edərək ,onun ölümündən sonra yenidən diriləcəyini dildirirdi.Dirildikdən sonra isə artıq hec bir vəba ,aclıq və müharibələrin olmayacağını bildirir.O 1900-cu ildə ölür .Bir müddət sonra isə Joze Mariya adlı kilsə xadimi özünü Juanın qardaşı elan edərək sadə kəndliləri silahlı mübarizəyə cağırır.Bu ərazidə kəndlilərin üsyan dalğaları hələ 1902-ci ildən başlayır.Bölgə iqtisadiyyatı hələ Portuqaliya dönəmindən iri torpaq sahibləri olan Latfundiyaliların əlində cəmləşmişdi. == Münaqişənin yaranması == Bölgə ərazisinin böyük hissəsi məskunlaşmamış olaraq qalırdı.Buna görədə bölgəyə çoxlu sayda braziliyalılar və immiqrantlar gəlırdilər.İlk toqquşmalar gəlmələr və yerli kəndlilər arasında baş verir.Ərazinin üstəlik hüquqi cəhətdən hansı ştata mənsub olması və San-Paulo və Rio de Janeyro arasında dəmir yolu çəkilməsi vəziyyəti daha da ağırlaşdırırdı.Dəmir yolunun çəkili zamanı əsasən Avropadan olan immiqrantlar iştirak edirdilər. Burada ilk partizan dəstələri gözlənilməz hücumla həm gəlmələri ,həm də işçiləri qorxudurdular.1910-cu ildə Argentina ilə sərhəddə toqquşmalar səbəbindən yolun tikintisini daha da gücləndirilir.Burada işləyən immiqrantların sayı 8.000-ə catır.Geniş miqyasda meşələr qırılır.Latfundiyalılar isə dəmir yolu tikintisinə görə öz torpaqlarını dövlətə satırlar.Üstəlik ucuz işçi qüvvəsi olan immiqrantların latfundiyalıların torpaqlarında işləməsi daha sərfəli idi.Bu səbəbdən kəndlilər torpaqsızlaşır və narazıların sayı artırdı. == Müharibənin gedişatı == İlk toqquşmalar 1912-ci ildə başlayır.Üsyançılar əsas düşərgəsi Takapusu idi.28 oktyabrda üsyançılar hökumət qüvvələrini məğlub edirlər.Joze Mariya bu döyüşdə həlak edir.Onun tərəfdarları Jozenin ölümünü qəbul etirdilər və mübarizəni davam etdirirdilər.Artileriyadan istifadəyə baxmayaraq üsyançılar mübarizəni davam etdirirdilər.1914 -ci il 1-ci dünya müharibəsi başlayırki buda Braziliyanın üsyancılara daha çox əhəmiyyət verə bilmir.1915-ci ildən hökumət bölgələ daha güclü güvvə göndərir.Əraziyə 6.000-lik ordu ,agır artılerıya ,səhra telefonları,teleqraf və Braziliya tarifində ilk dəfə hərbi aviasiya cəlb olunur.Üsyanın yatırılması çox ləng və çətin gedirdi.Səbəb isə hərbiçilərə az maaş verilməsi və əsgərlərin alcaldılması ordunun usyançılara olan marağı artırırdı.Ancaq üsyançıların mühəşəkkil olmaması sonda onlarım məğlubiyyəti ilə nəticələnir.1914-ci ildə üsyançıların əsas düşərgəsi takapusu ələ keçirilir.15 may 1915 ildə qücləndirilmiş Santa-Marina düşərgəsi ələ keçməsi ilə nəticələnir.1916-cı ilin avqust ayında baş vermiş döyüşdə üsyançılar tam məğlub edilir.1917-ci ilin iyun ayında Jezus de Nazari üsyana cəhd etsədə bir nəticə vermir. == Nəticə == 1913-ci ildə ölkənin simalında buna bənzər bir üsyan baş verir ki,hökumət onun yatırılmasına bir il sərf etdi.Bu ölkə ordusun zəyifliyini göstərirdi.
Koreya müharibəsi
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq "Çin Xalq Könüllüləri" adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər. == Adlanması == İngilis dilində Koreya konflikti daha çox "Koreya müharibəsi" (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, "polis əməliyyatı" (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının "hərbi yola" keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 yanvar 1991–28 fevral 1991).
Lapland müharibəsi
Laplandiya müharibəsi (fin Lapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədə SSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.
Hastinqs müharibəsi
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Kanudus müharibəsi
Kanudus müharibəsi (port. Guerra de Canudos) həmçinin Kanudus üsyanı da adlandırılır.Bu hərbi konfilikt 1896- 1897 ci illərdə Braziliya və üsyançılar (25-30minlik) arasında baş verir.Kanudus == Hərəkatın yaranması == 1888-ci ildə Braziliyada quldarlığın ləğvi ilə Baiya ştatında geniş boş torpaqlar vardı ki,onların böyük hissəsi azad olmuş qullar,torpaqsız kəndlilər,kasıb hindular və cinayətkarlar tərəfindən məskulaşmişdı.1896-cı ildə Kanudusda 25-30 min əhali yaşayırdı.Bu zamanlar Braziliyada "Kaucuk xəstəliyi" geniş yayılmışdır.Kaucuk konpaniyası bölgəni ələ keçirmək insaları isə qul vəziyyətinə salmaq niyyətində idi.Antoniy Marsiel (Konseleyra) bu vəziyyətdə sadə ,kasıb xalqa arxa duraraq hərəkat başladır. Antoniyo dini kamuna yaradılır və 9000 tərəfdar topluya bilir.Özünü 'peygəmbər' elan edir.Respublika quruluşuna qarşı cıxılır və onu antixristian quruluş adlandırılır.Vergi yığılması dayandırılır.Bir necə il ərzində onun tərəfdarları 20-30 min nəfərə catır.Bu insanlar əsasən kasıblar idi.Konseleyrunun başçılığı ilə bura gələn tacirlərə ,varlılara hücum edilir.Baiya ştat rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edirdi.Üsyançılar əvəlcə Baiya ştatının bir neçə polis bölməsini sonradan isə federal hökumət qüvvələrini darmadağın edir.Bu üsulla üsyançılar xeyli silah tədarük edə bilir. Bundan sonra hökumət üsyançılar monarxiya tərəfadarı,respublika və demokratiya düşmənlər adlandırılırlar.Üsyançılarla döyüşə ağır artilleriya ilə silahlanmış ordu göndərir.8000 nizami ordu göndərilir. Hərbi əməliyyatlar bir necə ay çəkir.1897-ci illin sentyabrında Antoniy Konseleyu öldürülür.Hərəkat bir müddət davam etdirilir.oktyabrın 5 də hərəkat tam darmadağın edilir.Braziliya hökumət qüvvələri 5000 itki verir.Kanudus isə darmadağın edilərək yer üzündən silinir.Üsyancılar 20.000 çox itki verir.5 il müddətində bu hadisə haqqında qəzet və jurnallarda yazmaq qadağan edilir.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Kosovo müharibəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kristeros müharibəsi
Kristeros vətəndaş müharibəsi (isp. Guerra de los Cristeros) — hərbi konfilikt Meksika federal qüvvələri ilə Kristeros üsyançıları arasında 1926 ilə 1929-cu illərdə baş vermişdir. 1917-ci ildə qəbul edilən konstitusiya kilsəyə ağır zərbə vurur. Kilsənin bütün hüquqlarının əlindən alınması, dini ritualların yerinə yetirilməsinə qadağa Kristeros vətəndaş müharibəsinin baş verməsinə səbəb olur. == Münaqişənin tarixi == 1917-ci ildə qəbul edilən konstitusiyasına görə kilsə bütün mülkiyyətdən məhrum edilir və mülkə sahib olmağa qadağa qoyulur. Monastrlar bağlanır, dini ritualların keçirilməsinə qadağa qoyulur. Dini aktlar yalnız qapalı və onlar üçün ayrılmış yerlərdə keçirilməsinə icazə verilir. Din xadimlərinin (keşişlərin) ictimai yerdə xaç gəzdirilməsinə qadağa qoyulur. 1926-cı ildə Plutarko Elias Kales din əlehinə kositutsiya proqramı qəbul edir. Fevral ayında onlarla xariçi vətəndaş olan kilsə xadimləri ölkədən cıxarılır.
Krım müharibəsi
Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Livoniya müharibəsi
Livoniya müharibəsi (1558-1583-cü illər) — Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveç və Danimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Tərəflər Köhnə Livoniyaya (hazır ki, Estoniya və Latviyada) nəzarət etmək üçün müharibələr aparırdılar. Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, Belarus və Rusiyanın şimal-qərbi ərazilərində aparılırdı. Rusiya çarlığı müharibəyə başlayanda Danimarka və Norveç Krallığı, İsveç Krallığı, Böyük Litva knyazlığı və Polşa Krallığının İttifaqı (sonradan Polşa-Litva Birliyi) arasında dəyişən koalisiya ilə üz-üzə gəldi. Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Mədəniyyət müharibəsi
Mədəniyyət müharibəsi — istifadə edildiyi ərazi və tarixdən asılı olaraq, fərqli mənalara sahib termin. İlkin olaraq, termin Qərb dünyasında ənənəçi, klassik liberal və ya mühafizəkar dəyərlər ilə sosial-demokrat, tərəqqipərvər və ya sosial liberal dəyərlər arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibələri bütün dünya cəmiyyətlərində tarix, elm və digər mövzular üzrə debatlara səbəb olmuşdur. Mədəniyyət müharibəsi termini Kanadada Qərbi və Şərqi Kanada, şəhər və şəhərətrafı ərazilərdə, mühafizəkarlıq və liberallıq arasındakı fərqliliyi təsvir etmək üçün istifadə edilir. Ölkələdə fransızdilli və ingilisdilli əhalinin bölünməsi də Kanada cəmiyyətinin inteqral hissəsi idi. == Mənşə == Mədəniyyət müharibəsi termini alman dilindəki Kulturkampf (azərb. Mədəni mübarizə‎) sözünün hərfi tərcüməsidir (kalka). Kulturkampf sözü 1871-ci ildən 1878-ci ilə qədər davam edən Almaniya imperiyasının kansleri Otto fon Bismark rəhbərliyindəki mədəni və dini qruplar ilə Roma Katolik Kilsəsi arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibəsi sözünün ingilis dilindəki hərfi tərcüməsi – Culture war termini dövrün ABŞ qəzetlərində nəşr olunmuşdur. == Həmçinin bax == Sekulyarizm Ölüm cəzası Seksual inqilab Qlobal istiləşmə == İstinadlar == == Xarici keçidlər == "Force Behind The Culture War 2016".
Napoleon müharibəsi
Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi. Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Nizip müharibəsi
Nizip müharibəsi — Osmanlı İmperiyası ilə Misir valisi Kavalalı Mehmet Əli Paşa arasında Nizipdə baş verən müharibə (29 iyun 1839). İlk münaqişə Misirin Osmanlı dövlətinə ildə ödədiyi 32 min kisəli vergidən çıxdı. Kütahya müqaviləsinə baxmayaraq, Mehmet Əli Paşanın Osmanlı padşahının əmrlərini yerinə yetirməməsi və ən sonda tək tərəfli olaraq istiqlalını elan etdiyinə görə Sultan II Mahmud, 22 yunun 1839-cu ildə bu üsyankar paşanın yola gətirilməsi üçün Rusiya və İngiltərənin dəstəyini aldıqdan sonra Misirə müharibə elan etdi. Osmanlı qüvvələrinin başına Hafiz Mehmet Paşa gətirildi. Hərəkətə keçən Hafiz Mehmet Paşa, May 1839 sonlamda Birləşməsi tullanaraq Nizip çayı ilə bu çaya qarışan Orul Suyu kənarında düşərgə qurdu. Osmanlı ordusu 30 min piyada, 5 min süvari və 3 min artilleriyadan ibarət idi. İbrahim Paşanın ordusu isə təxminən 40 min nəfərə qədər idi. Hər iki ordu da 160-a qədər top vardı. 21 iyunda Hələbdən yola çıxan ibrahim Paşa iki qoldan Birecik istiqamətində yürüşə başladı. İki gün sonra da Osmanlı qüvvələri ilə rastlaşdı.
Nüvə müharibəsi
Nüvə müharibəsi, nüvə silahından istifadə edilmiş müharibələrə deyilir. Tarixdə nüvə silahları sadəcə olaraq iki dəfə və tək tərəfli olaraq ABŞ tərəfindən İkinci dünya müharibəsi dövründə Yaponiya imperiyasına qarşı istifadə edilmişdir. Hal-hazırda isə bu termin nüvə silahına sahib olan və ona qarşı olan dövlətlərin bir-birlərini təhdid etməsi vəziyyətində istifadə edilir. == Nüvə müharibəsi növləri == Nüvə silahının hərbi əməliyyatlar zamanı istifadə edilməsi ehtimalı hər biri fərqli təsirlərə sahib olan və müxtəlif silahların istifadə edildiyi iki alt qrupa ayrılır. Birincisi; məhdud nüvə müharibəsidir. Bu müharibə ehtimalı variantında az miqdarda nüvə silahından istifadə edilir və sadəcə olaraq düşmənin hərbi hədəfləri məhv edilməyə cəhd edilər. Yenə də bu hücumlar nəticəsində mülki əhaliyə də zərər dəyər, ancaq əsas zərər görən qrup əsgərlər və müəyyən miqdarda hərbi infrastruktur olar. Belə bir müharibə şəraitində istifadə edilməsi üçün bir çox dövlət tərəfindən soyuq müharibə dövründə kiçik çaplı nüvə silahları istehsal edilmişdir. İkinci versiya; böyük miqyaslı nüvə müharibəsidir. Bu müharibə versiyasında böyük miqdarlarda nüvə maddəsindən istifadə edilir və hərbi və mülki obyektlər daxil olmaqla bütün ölkə hədəfə götürülür.
Oqaden müharibəsi
Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə. == Müharibənin başlanması == 1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi. 1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı. 1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi.
Pakuişa müharibəsi
== Pakuişa müharibəsi == Qısamüddətli sərhədyanı konflikt Peru və Ekvador arasında 1981-ci ildə baş verir.Bu müharibə 20 əsrdə 2 Ölkə arasında baş vermiş üc müharibədən ikincisi.Bundan əvvəl 1941-ci ildə iki dövlət arasında konflikt sərhəddəki mübahisəli ərazilər uğrunda baş verir.Müharibənin səbəbi Kordilyer-del-Kondor dağlarının şərq yamaclarında mübahisəli sərhədyanı 3 posta Ekvadorun yiyələnmə cəthi.Pakuişa,Mayaiku və Macikaza postları idi. == Müharibənin başlaması == Ekvador sərhədyanı üc postu 1981-ci ilin yanvar ayında ələ kecirir.22 yanvarda Peru bölgəyə Mi8 helikopterini kəffiyata göndərir.Helikopter yerdən atəşə tutulur.28 yanvarda Peru düşmən üzərinə öz hərbi qüvvələrini göndərir.Hərbi helikopterlə əraziyə desant cıxarılır.Qısa müddətə Ekvador ordusu geriyə atılır və mübahisəli ərazilər Perunun əlinə kecir.Postlardan birini hətta Peru prezidenti Belaunde Terri tərəfindən ziyarət edilir.Jurnalistlərə hərbi qənimətlər nümayiş etdirilir.2 Fevral Amerika Dövlətlər Birliyi tərəfindən atəşkəs elan edilməsinə nail olunur .19 fevralda Ekvador bölgəni geri qaytarmaq istəsə də hecnəyə nail ola bilmir. Bununla da müharibə rəsmən bitir. == Müharibədə istifadə olunan hərbi texnikalar == Bu müharibədə hər iki tərəf hərbi qüvvələrdən istifadə edirdi.Peru 107 ,Ekvador isə 179 hərbi ucuş təşkil edir.2 hərbi hava döyüşü olur.Hər iki tərəf A-37 dən istifadə edir.Ekvador <<Miraj F1>> ilə Peruya məxsus Cu-22 təyyarələrini hədəfə alsa da buraxılan raketlər boşa cıxır. == Nəticə == Rəsmi məlumata görə Peru 12 ölü,Ekvador isə 16 ölü və 30 yaralı.19 fevralda Peruya məxsus <<Mi-8>> helikopteri vurulur.Bundan başqa hec bir hərbi texnika itgisi baş vermir.Perunun qalibiyyətinə baxmayaraq mübahisəli ərazi problemi iki ölkə arasında həll olunmadan qaldı.1995-ci ildə növbəti Alto Senepa müharibəsi kimi mübahisəli ərazi kanflikti baş verir. == Mənbə == Kotlobivski А., Jiroxov М. Anlarda müharibə («Səmanın künçü») (rus.) Tom Cooper. Peru vs.
Paraqvay müharibəsi
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü ildə başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-cü ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan 1865-ci ildə Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır.
Partizan müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Peloponnes müharibəsi
Peloponnes müharibəsi — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə. Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi. Tarixçilər ənənvi olaraq Peloponnes müharibəsini iki hissəyə bölür. Birinci mərhələdə (Arxidam müharibəsi) spartalılar müntəzəm olaraq Attikaya soxulur, afinalılar isə Peloponnes ətrafında dəniz reydləri edir və öz mütttəfiqləri arasındakı narazılıqları yatırırdılar. Bu mərhələ e.ə. 421-ci ildəki Niki sülhü ilə başa çatdı.
Petrovaradin müharibəsi
Petrovaradin müharibəsi (alm. Varad‎, serb. Petrovaradin, mac. Petervarad), 5 avqust 1716-cı il tarixində indiki Serbiyanın Novi Sad bölgəsində Osmanlı ordusunun Avstriya ordusuna qarşı döyüşüdür. Müharibədə Avstriya ordusu qalib gəlmişdir. == Müharibənin səbəbi == Osmanlı İmperiyası, 1699-cu ildə Karlovitsa müqaviləsi ilə Venesiya Respublikasına verilən Peloponnes torpaqlarını 1714-cü ilin dekabrından etibarən yerli xalqın köməyi ilə geri almağa başladı. Ancaq Venesiya ilə ittifaq bağlayan Avstriya, Peloponnesin Venesiyaya qaytarılması üçün təzyiq göstərirdi. Osmanlı İmperiyası bu zülmə müharibə elan etməklə cavab verdi. Beləliklə, 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinin ən vacib döyüşü Petrovaradin müharibəsi oldu. == Müharibə == Osmanlı ordusuna sədrəzəm silahdar Əli Paşa (1667-1716), Avstriya ordusuna isə Savoy şahzadəsi Eugen (1663-1736) rəhbərlik edirdi.
Pirlepe müharibəsi
Pirlepe müharibəsi — I Balkan müharibəsi zamanı 3 noyabr 1912-ci ildə başlayıb 5 noyabr 1912-ci ildə başa çatıb. Serbiya ordusu müasir Makedoniya Respublikasında yerləşən Pirlepe qəsəbəsi yaxınlığında Osmanlı ordusu ilə qarşı-qarşıya gəldi. Müharibə üç gün ərzində davam etdi. Osmanlı ordusu məğlub olaraq geri çəkilmək məcburiyyətində qalmışdır. == Tarixi == Pis hava şəraiti və qarışıq yollar ələ keçən fürsətin Serbiya baş komandanlığı tərəfindən qiymətləndirməməsi nəticəsində Serbiya ordusu Kumanova müharibəsindən sonra geri çəkilən Osmanlı I ordusunu təqib edə bilmədi. Bu vəziyyət Serbiya Morova diviziyasını Drina diviziyasının önündən irəliləməyə məcbur oldu. Pirlepe (Prilep) şəhərinə doğru irəliləyən Morava diviziyasının qabaqcıl qüvvələri şəhrin şimalında yerləşmiş Qara Səid Paşa komandanlığı altındakı Osmanlı V kolordusu qüvvələrinin müqaviməti ilə qarşılaşdı. Osmanlılar şəhər yaxınlığında müvəqqəti də olsa bir müdafiə xətti qurmağa nail olmuşdular. Beləliklə 3 gün davam edəcək Prilep müharibəsi başlamış oldu. O gecə Serbiya ordusunu dayandıran Osmanlı qüvvələrinə qarşı, bu dəfə 4 noyabr səhəri Drina diviziyasının cəbhəyə yetişməsi ilə Serblər böyük bir qüvvə üstünlüyünü təmin etmiş oldular.
Hörmüz dəniz müharibəsi
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
I Baronlar müharibəsi
I Baronlar müharibəsi — 1215–1217-ci illərdə İngiltərə krallığında baş vermiş vətəndaş müharibəsi. Robert Fitzalker rəhbərliyində ingilis baronlar, fransız kralı Şahzadə Luislə gizli razılığa gəldilər. Anlaşmaya əsasən ingilis kralı Con devrilməli, əvəzinə baronlara və fransızlara tabe olan kral hakimiyyətə gətirilməli idi. 2 il davam edən müharibənin əvvəlində tərəflər arasında, Magna Karta adlı sülh müqaviləsi imzalanmışdır. Müqavilədə olan bəndlər ingilisləri, fransız ağalığı altına salırdı. Bu səbəbdən kral müqaviləni qəbul etməmişdir. Bununla 1215–1217-ci illəri əhatə edən I Baronlar müharibəsi başlamışdır. == Müharibədən əvvəl == İngiltərə kralı Con hakimiyyətin idarə edilməsində böyük narazılığılara səbəb olurdu. Baronlar kralın siyasətinə qarşı olan əsas siyasi qüvvə hesab olunurdu. 1215-ci ilin 15 iyun tarixində, baronlar tərəfindən müqavilə hazırlandı.
I Dünya Müharibəsi
Birinci Dünya müharibəsi (28 iyul 1914 – 11 noyabr 1918) və ya Cahan Savaşı — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.
I Dünya Müharibəsinin Orta Şərq teatrı
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
I Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri
Asiya və Sakit okean cəbhəsi — Birinci Dünya müharibəsi'nin, qansız keçən bir cəbhəsi idi. Cəbhədəki yeganə həqiqi hərbi hərəkat, Yaponiya imperiyası'nın Sindao hücumu idi. Bunun yanında, bugünkü Papua-Yeni Qvineya, Bitə Paya və Tomada da kiçik miqyaslı münaqişələr baş vermişdir. Sakit okeandakı digər Alman bölgələrində hər hansı bir hərəkət müşahidə olunmamışdı. == Sindao mühasirəsi == 600 Alman və 3400 Çinlidən ibarət qüvvə tərəfindən qorunan Sindao, Almanların bölgədəki ən mühüm bazası idi. Avstriya-Macarıstan İmperiyası'nın əsgərlərinin qoruduğu qala isə Alman donanması və Avstriya-Macarıstan donanmasına aid bir neçə gəmiylə dəstəklənirdi. Yaponlar bölgəyə 50.000 əsgər və altı döyüş gəmisindən ibarət bir qoşun göndərərkən Britaniyalılar müharibəyə 1600 nəfərlik bir dəstək birliyi ilə qatılmışdılar. Qala 31 oktyabrda bombalanmaya başlandı. Yaponiya İmperiya donanması və quru qoşunları 6 noyabr gecəsi bir hücum həyata keçirdi. Qala, bir gün sonra ələ keçirilərkən Almanların 200, Yapon qüvvələrinin 1455 can itkisi olduğu açıqlanmışdır.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
Kolumbiya-Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Kolumbiya-Peru müharibəsi (1828-1829)
Birinci Kolumbiya və Peru müharibəsi – 1828-1829-cu illərdə Peru və Böyük Kolumbiya Respublikası arasında baş vermiş müharibə. == Tarixi == 1563-cü ildə Peru vice krallığı nəzdində Kito kral andiensiası yaradılır.1717-ci ildə Yeni Qranada krallığa verilir.Bu dövrdə dəqiq xəritələr olmaması və az məskunlasmış ərazilərə marağın olmaması səbəbindən bölgələr arasında sərhədlər təxmini olaraq müəyyənləşirdi.Kral fərmanı ilə 1802-ci ildən Maynas ərazisi Peru vice krallığının hərbi nəzarətinə verilir amma bu fərmanda ərazinin inzibati cəhətdən krallığa aid olub-olmaması bildirilmirdi.1803-cü ildə buna bənzər Quayagil ərazisini Limaya verilməsi də dəqiq müəyyən edilmirdi. Cənubi Amerika regionun İspan ağalığına qarşı müharibə aparan Simon Bolivar <<Uti prossidetis jurris>> şərtini irəli sürürdü.Bu İspan hakimiyyəti dövründə mövcud olan inzibati ərazi vahidləri çərçivəsində müstəqil dövlətlərin ərazi sərhədlərinin təsdiqi prinsipini özündə ehtiva edirdi.Bu da mövcud və dəqiq olmayan sərhədlərlə əlaqədar münaqişələrə səbəb olurdu.Peru bunu əsas gətirərək öz ərazisini Şimal və Şərq istiqamətdə düzəltmək istəyirdi. Carkasa kral audensiyası əvvəl Peru vice krallığına aid idi.1776-ci ildə bu ərazi Pio-de-la Plata vice krallığına verilir.Tarixi cəhətdən bu ərazi <<Yuxarı Peru>> adlanır və buradan Limaya məsafə daha yaxın idi nəyinki Buenos-Ayresə.1826-cı ildə ərazidə Boliviya dövləti yaranır.Boliviyanın Peruya birləşməsi fikri daha da geniş yayılır. 1827-ci ildə Cukisokedə üsyan baş verir və perulular dərhal bundan istifadə edirlər.Ordu Avqustina Qamarri başda olmaqla Boliviyaya hücum edir.18 may 1828 ordu La Pasa daxil olur və prezidenti Sukre istefa verməli olur. == Müharibənin başlaması == Boliviyadakı hadisələrdə xəbər tutan Simon Bolivar 3 iyun 1828-ci ildə Peruya müharibə elan edərək Sukreni Kolumbiya ordusuna komandan təyin edir.Buna cavab olaraq Peru prezidenti Xose-de-la Mar Böyük Kolumbiyaya müharibə elan edərək ordunun və donanmanı hazır vəziyyətə gətirilməsi haqqında əmr verir.Avqust ayında Peru donanması dənizə cıxaraq Kolumbiyanın Quayagil limanını mühasirəyə alır.19 yanvar 1829-cu ildə səhəri ələ keçirirlər.Peru ordusu 3fevral 1829-cu ildə Loha şəhərini də tutmağa müvəffəq olur.Bununla belə Kolumbiya ordusu başda Sukre və Flores peruluları Kuenki rayonunda məğlub edir.Peru ordusunun Quayagilə dənizdən edilən hücüm qurudan dəstək yeriləməsi şəhərin Perulular tərəfindən tutulması əhəmiyyətsiz idi.Bununla belə Maynas və Xaen ərazilərinə irrələyə bilinmədi.Bundan sonra aktiv hərbi əməliyyatlar demək olarki olmur. Bu ərəfədə Peruda hərbi cevriliş olur və hakimiyyətə Qamarra gəlir.Sülh danışıqları başlayır.Miron konvesiyasına görə dövlət sərhədlərinin bərpası haqqında qərar verilir.Bu vice krallıqların sərhədləri cərcivəsidə həll edilir ki,sərhədlərin dəqiqləşdirilməməsi hələ də qalırdı. == Nəticə və sonrakı vəziyyət == 10 iyul 1829-cu ildə Piur sülh anlaşması imzalanır.Bu anlaşmaya əsasən Quayagil ərazisi Kolumbiya torpağı olaraq təsdiqlənir.<<Uti prossidetis juris>> prinsipi əsas götürülsədə yerli şəraitə uyğun hərəkət etmək də bu anlaşmada öz əksini tapmışdı.Belə ki,hər iki dövlət sərhədlərin dəqiləşdirilməsi ücün ümumi komisiya yaradılmasına qərar verirlər. 1831-ci ildə Böyük Kolumbiya dövləti ləğv edilir və yerində Venesuela,Ekvador və Yeni Qranada Respublikası yaradılır.Peru bunda istifadə edərək varlığına son qoyulmuş dövlətlə imzalanmış bütün müqavilələrin ləğv edildiyini bildirir(Venesuela,Ekvador və Yeni Qranadanın bu dövlətin varisi olmasını qəbul etmir).Peru ərazi iddialarına başlayır.
Kolumbiya-Peru müharibəsi (1932-1933)
2-ci Kolumbiya və Peru müharibəsi— 1932-1933 illərdə Peru və Kolumbiya arasında ərazi mübahisəsindən başlanan müharibə. == Müharibənin səbəbi == Müharibənin əsas səbəbi Peru və Kolumbiya arasındakı ərazi mübahisəsi idi.24 mart 1922 hər iki tərəf <<Solomon-Lozano>> anlaşmasını imzalayır.Sazişə görə Letisia ərazisi (Letisia və Loreto çay limanları) Boyo-Amozonas hövzəsi Kolumbiyaya verilir.1932 -ci ildə Peru prezidenti polkovnik Luis Sances Serro anlaşmaya yenidən baxılmalı olduğu və Letisia limanının Peruya verilməli olduğunu bildirdi. == Qüvvələr == Peru quru qoşunlarında 5 diviziya,1kavalerlər briqadası,Milli qvardiya ,dənizdə 2 kreyser,5 çayda hərəkət edən kanoner və 60 təyyarəyə sahib idi.Kolumbiya 5 quruda hərəkət edən diviziya ,1kavalerlər briqadası,3dəniz və 6 çayda hərəkət edən kanoner qayığı,20 təyyarəsi var idi. == Hərbi əməliyyatlar == 1 sentyabr 1932 250 mülki perulu başda mühəndis Ordones olmaqla Peru və Kolumbiya sərhəddini keçir.Qiyam qalxır Letisiya limanı ələ keçirilir.Sonrakı gün Loreto şəhərində ərazinin Peruya verilməsi ücün cıxışlar başlayır.Peru hökuməti bu qiyama hec bir əlaqəsi olmadığını bildirsədə əslində isə separatcılara kömək məqsədi ilə kanoner qayığı vastəsılə əsgər və silah-sursat göndərir.Artıq 30 sentyabrda Peru acıq şəkildə bu torpaqların ona aid olduğunu bildirdi.Bu hadisələr Kolumbiyada vətənpərlik hislərini hücləndirir.19 sentyabrda E.Tiempo qəzetinin verdiyi məlumata görə 10000 nəfər məktub yazaraq müharibəyə getməyə hazır olduqlarını bildirdilər.Boqota kücələrindən 1000 tələbə keçid edərək <<Sances Serroya Ölüm>> şuarını səsləndirirlər.3 oktyabrda Kolumbiya Millətlər Liqasına müraciət edərək Perunu günahlandırır.Bununla belə Peru hücümu davam etdirir və 1 noyabrda Tarapakeni tutaraq mübahisəli torpaqların işğalını bitirir.Kolumbiya tərəfindən hərbi müdaxilənin zəyifliyi torpaqların asanlıqla itirilməsinə səbəb olur.Kolumbiya əraziyə Alfredo Kobonun başçılığı ilə 1500nəfər əsgər və 25 müxtəlif təyinatlı texnika göndərir.Kolumbiya ordusu 1933-fevralın 14 də Braziliya ilə neytral ərazidən bölgəyə irrəliləyir.Kolumbiya ordusu komandanlığı tərəfində Perunun bölgədəki briqada komandiri Diasa işğal olunmuş əraziləri tərk etməsi üçün ultimatum göndərilir.Buna cavab perulular Kolumbiyaya məxsus <<Kordova>> kanoner qayığını atəşə tutur.Bu da Kolumbiyanın hərbi əməliyyatlara başlamasını dahada sürətləndirir.4-saatlıq sürən döyüşdən sonra kolumbiyalı ordu Peru qarnizonunu Taranakedən sıxışdırıb cıxarmağa nail olurlar.15 martda Peru Kolumbiya ilə bütün əlaqələrini kəsərək ,ölkədə səfərbərlik elan edir.17 martda Kolumbiya ordusu hücüm əməliyyatlarını genişləndirərək ,19 martda peruluları Buenos-Ayres kəndindən cıxararaq hərbi əməliyyatları Peru ərazisinə keçirir və möhkəmləndirilmiş Qveli yaşayış məntəqəsini tuturlar.Peru itirdiyini geri qaytarmaqdan ötrü hücumu gücləndirir.Bu məqsədlə <Almirante Qrau> kreyseri və iki sualtı qayıqları Panama kanalı,Karib dənizi oradanda Amazon çayı vastəsi ilə münaqişə bölgəsinə göndərilirdi amma 24 mayda Manausda sulh danışıqları səbəbindən dayanmalı olur. == Sonuc == Serro 30 aprel 1933-cü ildə öldürülür.Onu Osqar Benaviqes əvəzləyir.12 mayda Peru sülh danışıqlarına razı olur(hansı ki o vaxta qədər Braziliyanın sülh danışıqları təklifini rədd etmişdi).25 mayda imzalanmış anlaşmaya əsasən Letisia 1 iliyə Millətlər Liqasının tabeliyinə verilir.24 mayda (Rio-de-Janeyro)anlaşmaya əsasən sərhədlə bağlı bütün anlaşmazlıqlar taamamən aradan qalxır və Letisa Kolumbiya torpağı olaraq təstiqlənir .Sülh anlaşmasına rəsmən 2 noyabrda imza atılır.
Kolumbiya vətəndaş müharibəsi (1851)
Kolumbiya vətəndaş müharibəsi (1851) Münaqişə Yeni Qranada Respublikasında baş vermişdir.Müharibə tərəfləri Liberallar və Kolumbiya Konservativ Partiyası olmuşdur. 1851-ci ilin 22 may -10 sentyabr zaman kəsiyini əhatə edir. == Müharibədən öncəki vəziyyət == 1851-ci ildəki seçgilərdə Liberal Xose İlqario lopes qalib gəlir.O öz vəzifəsində Tomas Kiprian Moskeranı əvəzləyir.Kolumbiya Liberal Partiyası avropasayağı inqilabi hərəkatı Yuxarıların müharibəsində məğlub olurlar.Moskera onları əhv edirki bunun nəticəsində Liberallar öz güclərini bərpa edirlər.Liberallar hakimiyyətə qəldikdən sonra islahatlar həyata keçirməyə başlayırlar.Bu islahatlar Konservanların etirazına səbəb olur.İslahatlar kilsə əlehinə yönəlmişdi.18 may 1850-ci ildə iezuitlər ölkədən qovulur.1851-ci ildə konstutsiyaya dəyişiklik edilir: siyasi çinayətlərə görə ölüm hökmü ləğv edilir,azad mətbuat və sərbəst toplaşma hüququ verilir.Kilsə məhkəmələrinə aid məcəllə qəbul edilir və bu yepiskopun etirazina səbəb olur.21 may 1851-ci ildə kökumət quldarlığı ləğv edir.Bu addım bir tərəfin lehinə idisə digər tərəfin əlehinə idi .Bu konsrvatların qəti etirazına səbəb olur. == Müharibənin gedişi == Konservatlar ölkənin cənub və qərbində mərkəzləşmişdilər.22 may 1851-ci ildə üsyançılar Patiyo və Timbio şəhərlərini tuturlar.Pasto şəhərində isə məğlubiyyətə uğrayırlar.Bu məğlubiyyətdən sonra Arboledo Ekvadora danışığa gedir.Ekvadora sərhəd bölgəsindən gələn gəlir güzəştə gedilir,əvəzində isə üsyançılara silah-sursat verilməlidir.Kouka,Sako və Antokiya ştatlar bu fikiri dəstəkləyir.Digər üsyanlar Saqomoso ,Marikita,Quatavita və Quamoda baş verir.1 iyulda ölkənin cənubunda xüxusi ilə Popayan,Posta və Kali fərqlənirdi.Hökumət cənub ərazilərinə ordu komandanı Xose Obandanı təyin edir.General Manuel Mariya Franko Ekvadora oradansa Peruya gedir.Hədəf isə qulları satmaq olur.Antokiyada federal hökumət təşkil edilir və mərkəzi hökumətdən ayrıldığını bildirir.Bunun üçün Eysebio Borrero 800 nəfərdən ibarət qoşun təşkil edərək Medelini ələ keçirir.General Tomas Errera Solominə irrəliləyir və burada Braulio Enaonun qüvvələri ilə toqquşur. 1 avqust 1851-ci ildə milli qvardiya qüvvələri ilə Mariano Rodriqesın qüvvələri ilə vuruşur və bu toqquşmadan 20 gün sonra Rodriges həbs edilir.10 sentyabrda Rioneqroda general Errera Borreraya qalib gəlir.Borrera Yamaykaya göndərilir və üsyan isə yatırılır. == Nəticəsi == Liberallar öz mövqelərini gücləndirir.1850 ci ildən başlanan islahatlar 1853-ci ildə yeni konstutsiyanın qəbulu ilə nəticələnir.Müharibədəki məğlubiyyatdən sonra Konservantlar Liberalların islahatrından ağır itki verməli olurlar.
Kolumbiya vətəndaş müharibəsi (1854)
Kolumbiya vətəndaş müharibəsi 1854. Müharibə 1854-cü ilin 17 aprel -dekabr müddəti ərzində Yeni Qranada Respublikasının ərazisində baş vermişdir. Melonun çevrilişinə qarşı Kolumbiya Liberal Partiyası və Kolumbiya Konservativ Partiyası birgə mübarizə aparırdılar. == Müharibədən öncəki vəziyyət == Müharibənin baş verməsinin əsas səbəblərindən biri Liberalların proteksionizdən azad ticarətə keçməsi ilə bağlı idi. Liberallar iki hissəyə bölünür, azad ticarət tərəfdarları "Golgotas>>, proteksioniz qaydalarının tərəfdarları isə <<Draconianos" adlanırdı. Digər tərəfdən hərbçilər, aristokratlar və sənətkarların maraqlarının toqquşması. Orduya general Melo başçılıq edirdi . O xalq arasında dəstək axtarırdı , bunun üçün sənətkarlara müraciət edərək, onlarla ittifaqa girir. Melo proteksioniz tarifi bərpa etmək istəyirdi. Ölkədə keçirilən prezident seçkilərində Xose Mariya Obanda seçilir.
Kolumbiya vətəndaş müharibəsi (1860-1862)
Kolumbiya vətəndaş müharibəsi 1860-1862.Vətəndaş müharibəsi 1860-1862 ci illərdə Kolumbiyada Liberallar və Kolumbiya Konservativ Partiyası arasında baş verir.Mərkəzləşdirmə və Federallaşma tərəfdarlarının müharizəsi kimi də qiymətləndirmək olar.Müharibənin nətincəsində Qranada Konfederasiyası ləğv edilərək Birləşmiş Kolumbiya Ştatları ilə əvəzlənir. == Müharibədən öncəki vəziyyət == Kolumbiya tarixi ərzində əsasən mərkəzləşdirmə tərəfdarları və yerli icra orqanlarının səlahiyyətlərinin artırılması tərəfdarları arasında daima mübarizə ilə zəngindir.1853-ci ildəki konstitsiya federallaşmaya imkan yaradırdı.Bunun sayəsində ölkə vilayyətləri birləşərək ştatlara çevrilir.Ştatlar müstəqilləşmə xətdi götürür.1858-ci ildə konstutsiya dəyişilir dövlət Qranada Konfederasiyaı adlandırılır.Bir müddətdən sonra prezident Ospina mərkəzləşdirmə xəttini götürür.Kongres 1859-cu ildə yeni qanun qəbul edilir:Prezidentə ştat rəhbərlərini dəyişmək və yenisini təyin etmək hüququ verirdi.Növbəti qanunda isə prezidentə ştatlarda icra organları yaratmaq və həmin orqanlarla ştat resurslarının xərclənməsinə nəzarət etmək hüququ verirdi.Buna cavab olaraq Liberallar qanunu konnstutsiyaya zid olduğunu bildirirlər. == Vətəndaş müharibəsi == 8 may 1960-cı ildə Kauka ştatının qubernatoru Tomas Sipriano de Moskera müstəqilliyini elan edərək mərkəzi hökumətə qarşı cıxır.Onu bir çox başqa ştatlarda eyni addımlar atır.Üsyançılar 18 iyulda paytaxt Boqotanı tutaraq prezidenti həbs edirlər.Birləşmiş Yeni Qranada Ştatları yaradıldığı elan edilir.Paytaxtın itirilməsinə baxmayaraq hökumət mübarizəni davam etdirirdi.Ölkə xaosa yuxarlanırdı .Ekvadorda münaqişəni əlverişli bilərək mübahisəli əraziləri özünə birləsdirmək məqsədi ilə münaqişəyə qoşulur.Hərbi əməliyyatlar 1862-ci ildə bitir. == Nəticə == 4 fevral 1863-cü ildə Rioneyroda konfrans çağrılır və yeni konstutsiya qəbul edilir.Konfederasiya ləğv edilərək yerinə Birləşmiş Kolumbiya ştatları yaradılır.
Kolumbiya vətəndaş müharibəsi (1964-2016)
Kolumbiya vətəndaş müharibəsi — 1964-cü ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.. Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948–1958-ci illərdə baş vermişdir. Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir. Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir. Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər.
Kolumbiya vətəndaş müharibəsi (1964 - davam)
Kolumbiya vətəndaş müharibəsi — 1964-cü ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.. Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948–1958-ci illərdə baş vermişdir. Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir. Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir. Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər.
La Violensiya müharibəsi
La Violensiya (isp. La Violensiya) — Bu hərbi toqquşma 1948-1958 ci illərdə Kolumbiyada baş vermiş vətəndaş müharibəsidir.Münaqişə tərəfləri Konservativlər və Kolumbiya Liberal Partiyası olmuşdur. Müharibənin başlaması haqqında müxtəlif fikirlər var.Bəzi tarixçilər münaqişənin 1946-ci ildə Kolumbiya Konservativ Partiyasıın hakimiyyətə gəlməsi ilə başladığını deyirlər.Bəziləri isə münaqişənin tarixini Xorxe Qaytanın öldürülməsindən sonra başladığını hesab edirlər. == Münaqişənin tarixi == 9 aprel 1948 -ci ildə Liberallar partiyasının üzvü Xorxe Qaytan öldürülür.O ölkə əhalisinin kasıb təbəqəsi arasında öz xoş niyyətli fikirlərinə görə seçilirdi.Onun ölümü Boqotada toqquşmalara gətirib cıxarır.2000 nəfərin həyatına son qoyulur.Bu hadisələrdən sonra digər regionlarda da üsyanlar baş qaldırır.Liberallar və Kommunistlər partiyası tərəfdarları partizan müharibəsinə başlayır.Onlar hag hökumət qüvvələrinə ,gah da öz aralarında toqquşurlar.Bu toqquşmalar nəticəsində kəndlər tərk edilir ,ölkədə milyonlarla evlər boşaldılır.Müharibə şəraitində 1949-cu ildə Konservativlərin nümayəndəsi Laureano Eleuterio Qomes Kastro prezident seçilir.O kongresi buraxır,senzura tətbiq edilir və protestantlar təqib edilir.Bu ərəfədə ölkədə iki cevriliş olur.1953-ci ilin iyun ayında hakimiyyətə general Roxas Pinilya gəlir.Müharibənin sona catdıracağına söz verir.1957-ci ilin may ayında O,kongres cağırır hansı ki onu növbəti prezidentlik müddətinə təsdiqlənir.Bu ölkədə növbəti üsyanlar dalğası yaradır. 10 may da yeni hərbi cevriliş baş verir. == Münaqişənin sonu == Ölkədə vəziyyətin nəzarətdən çıxacağını görən Konservativlər və Liberallar ümumi razılığa gəlirlər. 'Milli Cəbhə' yaradılır ki, 12 il müddətində ölkəyə rəhbərlik etməyi onun üzərinə qoyulur. 21 dekabr 1957-ci ildə müqavilə imzalanır. Bu müharibə 200.000 insanın həyatına son qoyur. Bununla belə ölkədə sabitlik uzun sürmür.
Landsxut varislik müharibəsi
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Latviya İstiqlaliyyət müharibəsi
Latviya İstiqlaliyyət müharibəsi (latış. Latvijas brīvības cīņas‎) — 1918-ci ilin sonunda Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Latviya Xalq Məclisi tərəfindən Latviyanın müstəqilliyini elan edən və Latviya ilə RSFSR arasında Riqa müqaviləsinin imzalanması ilə başa çatan Latviyadakı hərbi əməliyyatların ümumi adı. == Arxa plan == 1917-ci ilin sentyabrında Latviya siyasi partiyaları alman qoşunları tərəfindən işğal edilmiş Riqada Demokratik blok (latış. Demokrātiskais bloks‎) — koalisiya yaratdılar. Dekabrın əvvəlində Valka şəhərində Latviya milli təşkilatları Latviya Müvəqqəti Milli Şurasını (latış. Latviešu Pagaidu nacionālā padome‎) təsis etdilər. 1917-ci il dekabrın 2-də Latviyanın öz müqəddəratını təyin etməsi barədə bəyanat qəbul olundu. Lakin, Latviya Sosial Demokrat Fəhlə Partiyasının (LSDFP) Liflyandiya və Kurlyandiyada böyük təsir göstərmişdir. Dekabrın ortalarında Latviyanın ali hakimiyyətini elan edən işçilərin, əsgərlərin və torpaqsız deputatların II qurultayı Almaniyadan azad olunmuş Valmierada keçirildi. Qurucu Məclis seçkilərində Sosial Demokratlar, Vidzemedəki səslərin yüzdə 72-ni, Latqaliyada 51 %-ni, Latviya silahlı polklarında isə yüzdə96 % səs aldı.

"müharibəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müharibəsi nədir? #müharibəsi sözünün mənası #müharibəsi nə deməkdir? #müharibəsi sözünün izahı #müharibəsi sözünün yazılışı #müharibəsi necə yazılır? #müharibəsi sözünün düzgün yazılışı #müharibəsi leksik mənası #müharibəsi sözünün sinonimi #müharibəsi sözünün yaxın mənalı sözlər #müharibəsi sözünün əks mənası #müharibəsi sözünün etimologiyası #müharibəsi sözünün orfoqrafiyası #müharibəsi rusca #müharibəsi inglisça #müharibəsi fransızca #müharibəsi sözünün istifadəsi #sözlük