* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İki və ya bir neçə adam arasında gedən danışıq, söz; dialoq. [Dramaturq] dəqiq və canlı bir dillə, qısa mükalimələrlə danışmalıdır. C.Cabbarlı. // Ümumiyyətlə, söhbət, danışıq, müsahibə. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək. C.Məmmədquluzadə. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən. □ Mükalimə etmək – söhbət etmək, danışmaq. [Molla Həmid:] Bu üç gündə bəniadəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mükalimə2 ə. danışıq, söhbət, müsahibə, dialoq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mükalimə1 Ərəbcə kəlmə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mükalimə1 MÜKALİMƏ – MONOLOQ Mükalimə iki adam arasında gedən söhbət, monoloq isə bir adamın söylədiyi nitqdir.
Azərbaycan dilinin antonimlər lüğəti / mükalimə2 сущ. 1. беседа, разговор. Mükaliməyə başlamaq начать беседу 2. диалог. Qısa mükalimə короткий диалог
Azərbaycanca-rusca lüğət / mükalimə1 i. 1. dialogue; 2. debate; ~ aparmaq to carry on a dialogue; siyasi ~ political dialogue
Azərbaycanca-ingiliscə lüğət / mükalimə1 is. conversation f ; causerie f ; dialogue m ; ~ aparmaq dialogeur vi ; converser vi
Azərbaycanca-fransızca lüğət / mükalimə1 [ər.] сущ. диалог (кьвед ва я са шумуд касдин арада фидай рахунар, гафар); // ихтилат, рахунар; mükalimə etmək ихтилат авун, гафарун, рахун.
Azərbaycanca-ləzgicə lüğəti / mükalimə