Sitti-Mükrimə Xatun
Sitti-Mükrimə Xatun (d. ? — ö. 1486), — II Mehmedin yeddi qadınından üçüncüsü və Sultan II Bəyazidin doğma anasıdır.
Sitti-Mükrimə Xatun Dulqədiroğulları bəyliyinin 6. hökmdarı Zülqədiroğlu Süleyman bəyin qızıdır. II Mehmed 15 yaşında ikən 15 dekabr 1446 tarixində, 11 yaşlı Sitti-Mükrimə Xatun ilə evlənmişdir. 3 dekabr 1447 tarixində Sultan II Bəyazidi dünyaya gətirmiş, ancaq 1486 tarixində hələ 53 yaşındaykən vəfat etmiş və Validə sultan ola bilməmişdir. Oğlu şahzadə Bəyazidin təlim-tərbiyəsi ilə isə II Mehmedin digər qadını olan I Gülbahar Xatun maraqlanmışdır. Məzarı Ədirnədə öz adını daşıyan Sitti Şah Xatun Məscidindədir.