* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən. [Südabə:] …İndi deyin görüm, siz kimsiniz? Rica edirəm, mümkünsə bu dəfə həqiqətini deyin. M.İbrahimov. □ Mümkün deyil – imkan xaricindədir, ola bilməz. Artıq onu da, qayınanamı da aldatmaq mümkün deyildi. M.Hüseyn. Yox, yox! Bu mümkün deyil; Ətəyindən tök daşı! B.Vahabzadə. Mümkün etmək – imkanı çatmaq, çatdıra bilmək, bacarmaq. [Səttarzadə] mümkün etdiyi məclisdən qalmır. Mir Cəlal. Mümkün qədər – bacarıldığı qədər, güc çatdığı qədər, imkan daxilində, şərait olduqca. Fəxrəddin gecə-gündüz, aram olmadan at sürur və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. M.S.Ordubadi. Mümkün mərtəbə (dərəcə) – bax mümkün qədər. Saray mümkün mərtəbədə nəşəli döşənmişdir. Ü.Hacıbəyov. Mümkün olmaq – icrası imkan daxilində olmaq, başa gələ bilmək, həyata keçə bilmək. Hicr atəşin araya dəxi salma, ey rəqib; Mümkün olurmu ayrıla pərvanə nardən? Natəvan. [Nurəddin:] Mümkün olsa mənim şəkil dəftərimi və rəng qutumu göndərərsiniz. S.S.Axundov. 2. Maddi imkan. Mümkünü yoxdur. Hədiyyə almağa mümkünü var. 3. Xəbər şəkilçisi ilə: mümkündür – imkan daxilindədir, etmək olar, olar. [Sərdar Zaman xan şaha:] Təsəddüqün olum, hadisənin əlacı mümkündür. M.F.Axundzadə. İrəvanda, Naxçıvanda və İran məmləkətində övrət almaq adət deyil, çünki buralarda həmişə və hər cür övrət siğə eləmək mümkündür. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mümkün2 \ – nə zəruri, nə də imkansız olan, yəni nə olmayan nə də mütləq olan.
Fəlsəfə terminlərinin izahlı lüğəti / mümkün2 I прил. возможный (осуществимый, выполнимый). Mümkün iş возможное дело, mümkün variant возможный вариант II сущ. возможность (внутренние силы, ресурсы, способность). Mümkünü yoxdur он не имеет возможности, mümkünüm var я имею возможность III предик. mümkündür возможно. Əlacı mümkündür nəyin лечение чего возможно, mümkünsə если возможно (можно); mümkün qədər по мере возможности, по возможности; mümkün deyil невозможно; mümkün etmək найти возможность, mümkün olsa по возможности, если будет возможность; mümkün olan kimi как только будет возможность, при первой же возможности; mümkün olan yerdə по мере возможности, mümkün olmadıqda при невозможности
Azərbaycanca-rusca lüğət / mümkün1 s. possible, feasible, practicable, realizable; ~ olan hər şeyi etmək to do* one’s best; ~ qədər as far as possible; ~ olmaq to be* possible, to be* realizable; Mümkündür! It is possible!
Azərbaycanca-ingiliscə lüğət / mümkün1 sif. possible, faisable, réalisable ; potentiel, -le ; ~ olan hər şeyi etmək faire tout son possible ; ~ olmaq être possible
Azərbaycanca-fransızca lüğət / mümkün1 [ər.] прил. мумкин (1. мумкин тир, жедай, жери; mümkün deyil мумкин туш, жери кар туш; mümkin qədər мумкин кьадар, алакьзамад кьван, гуж акакьзамад кьван, жезамад кьван, имкандиз килигна; mümkün olmaq мумкин хьун; mümkündür мумкин я, ийиз жеда, жеда; 2. мадди имкан, мумкинат).
Azərbaycanca-ləzgicə lüğəti / mümkün