müşkül sözü azərbaycan dilində

müşkül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müşkül • 96.4371%
  • Müşkül • 2.3753%
  • MÜŞKÜL • 0.7126%
  • müŞkül • 0.4751%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müşkülqazma
Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponent­lərindən düzəlib, "Müşkür düzündəki qazma­lar" mənasındadır. == Əhalisi == Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.33
2004 •••• 0.67
2005 •••• 0.67
2006 ••••••• 1.35
2007 •••••• 1.27
2008 •• 0.24
2009 ••••••• 1.44
2010 •••••••• 1.54
2011 •••••••••• 2.06
2012 •••••••••••• 2.50
2013 ••••••••••• 2.33
2014 •••••••••• 2.06
2015 ••••• 1.02
2016 •••• 0.69
2017 ••• 0.49
2018 0.15
2019 •••• 0.83
2020 ••• 0.53

müşkül sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. sif. Çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən. Müşkül hal. Müşkül məsələ. – Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. C.Məmmədquluzadə. // Ağır, dözülməz. Səbr eyləmək olarmı bu müşkül müsibətə. A.Səhhət. □ Müşkülə düşmək – çətinə düşmək, çıxılmaz vəziyyətə düşmək. Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! Fəryadimə yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir. Müşkül etmək – çətinləşdirmək, çətinə salmaq, ağırlaşdırmaq. Ta kuyi-yardə özümə mənzil etmişəm; Asan ikən özüm işimi müşkül etmişəm. S.Ə.Şirvani. Müşkül olmaq – çətin olmaq. Eşitmədinmi, könül, eşq müşkül olduğunu; Sənə bu müşkül işi kim dedi ki, bünyad et! Füzuli. Müşkül oldu çünki yol bulmaq onun imkanına; Göstərib lütfü-kərəm mən bəndeyi-fərmanına. M.P.Vaqif; // ağır olmaq, dözülməz olmaq. Elmsizlik bəlası müşkül olur, həqiqət. M.Ə.Sabir. 2. is. Çıxılmaz vəziyyət, ağır vəziyyət; düyün. Müşkülü həll etmək. – Sən tanıtdın bu ellərə ömrün yazını; Varlıqdakı hər müşkülün öz mənasını. S.Rüstəm. [Mahmud üçün] bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar! Çəmənzəminli. 3. məc. sif. Ağır, çox. Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini qubarlandırdı. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / müşkül

müşkül sözünün sinonimləri (yaxın mənalı sözlər)

müşkül sözünün antonimləri (əks mənalı sözlər)

müşkül sözünün rus dilinə tərcüməsi

  • 1 1. трудный, головоломный, затруднительный, мудреный; 2. тягостный; 3. тернистый; 4. щекотливый;

    Azərbaycanca-rusca lüğət / müşkül
  • 2 прил. трудный, нелёгкий: 1. требующий большого труда, усилий, напряжения для своего осуществления; трудноразрешимый. Müşkül məsələ трудная задача, müşkül iş трудное дело 2. труднопереносимый, полный забот, лишений, горя. Müşkül vaxtda в трудное время

    Azərbaycanca-rusca lüğət / müşkül

müşkül sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] муьшкуьл (1. прил. четин, четин кьиле фидай, четиндиз гьял ийиз жедай, кӀеве гьатнавай (мес. месэла, гьал); // гзаф залан, эхиз тежер; müşkülə düşmək муьшкуьлда гьатун, кӀеве гьатун (акӀун), четинвиле гьатун, эхкъечӀиз тежер гьалда гьатун; müşkül etmək муьшкуьл авун, кӀеве ттун, четинвиле ттун, четинарун, заланарун; müşkül olmaq муьшкуьл хьун, четин хьун; залан хьун, эхиз тежервал хьун; 2. сущ. кӀеве гьатнавай, гзаф четин, залан везият; тӀвал, штӀух; 3. прил. пер. залан, гзаф).

    Azərbaycanca-ləzgicə lüğəti / müşkül

müşkül sözünün türk dilinə tərcüməsi

müşkül sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) çətin, ağır; 2) maneə, əngəl.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müşkül" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşkül nədir? #müşkül sözünün mənası #müşkül nə deməkdir? #müşkül sözünün izahı #müşkül sözünün yazılışı #müşkül necə yazılır? #müşkül sözünün düzgün yazılışı #müşkül leksik mənası #müşkül sözünün sinonimi #müşkül sözünün yaxın mənalı sözlər #müşkül sözünün əks mənası #müşkül sözünün etimologiyası #müşkül sözünün orfoqrafiyası #müşkül rusca #müşkül inglisça #müşkül fransızca #müşkül sözünün istifadəsi #sözlük