düşkün sözü azərbaycan dilində

düşkün

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düşkün • 89.8148%
  • Düşkün • 9.2593%
  • DÜŞKÜN • 0.9259%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edvard Barnardın ruh düşkünlüyü (kitab)
"Edvard Barnardın ruh düşkünlüyü" (ing. The Fall of Edward Barnard) — Uilyam Somerset Moemin Akif Abbasov tərəfindən ingilis dilindən tərcümə edilmiş povesti. Tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. == Məzmun == Povestdə insanın öz qüvvəsinə inamı, var-dövlətə bir başqasının hesabına deyil, öz zəhməti ilə çatmaq arzusu, mənafe güdmədən evlənmək məramı parlaq boyalarla verilmişdir. Düşdüyü çətin vəziyyət, ağır maddi durum Edvard Barnardı sarsıtsa da, özündə qüvvə tapıb Çikaqodan Taitiyə gedir ki, işlərini yoluna qoysun. Varlı ailənin qızı İzabella ona xeyir-dua verir, yolunu səbirsizliklə gözləyir, onu sevməyə davam edir. Lakin Edvard Barnard geri qayıtmaq barədə düşünmür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2009 •••• 0.16
2010 ••••••• 0.27
2012 •••••• 0.26
2013 •••••••••••••••••••• 0.88
2014 •••••••••••••••• 0.69
2015 •••• 0.17

düşkün sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət. // Ruhdan düşmüş, naümid, məyus, kədərli. Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm. H.Cavid. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov. 2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə. Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım. S.Vurğun. // Qoca, ahıl. 3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü. – Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. A.Şaiq. // Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü. // Vurğun, aşiq. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir. Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin. Aşıq Məhəmməd. Əkbər elm adamı, kitab düşkünü də deyildi. Mir Cəlal. 4. Mənən düşmüş, rəzil, alçaq. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ. Ə.Vəliyev. 5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb. // Yazıq, fəqir, binəva. // İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”.

    Azərbaycan dilinin izahlı lüğəti / düşkün

düşkün sözünün etimologiyası

  • 1 Güman ki, sözün kökü “kənarlaşmaq” mənasını verən daş (dış) kəlmə­sin­dən ibarətdir. “Ruhdan düşmək”, “həvəsdən kənar olmaq” deməkdir. Düşkün “xoşbəxtlikdən uzaq” deməkdir. Söz “düçar olmaq” mənasında da işlədilir,amma bu halda tuş olmaq, rastlaşmaq kəlməsi ilə bağlıdır, omonimdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / düşkün

düşkün sözünün sinonimləri (yaxın mənalı sözlər)

düşkün sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DÜŞKÜN – BƏXTƏVƏR Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu düşkün (A.Səhhət); Bəxtəvər başıma, yaxşı tapmışam xoşbəxtliyin yolunu (M.İbrahimov). DÜŞKÜN – GÜMRAH Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım (S.Vurğun); Bu gümrah, bəxtiyar gəncləri görcək; Xəyalən dolanıb gəzdim dünyanı (O.Sarıvəlli). DÜŞKÜN – VİCDANLI Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli adam idi (Ə.Vəliyev); Mən vicdanlı adamam, razı olmaram ki, sizin kimi yaxşı yoldaşa qarşı qrup düzəltsinlər (İ.Fərzəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / düşkün

düşkün sözünün rus dilinə tərcüməsi

  • 1 1. подавленный, упавший духом; 2. сластолюбивый; 3. пожилой;

    Azərbaycanca-rusca lüğət / düşkün
  • 2 прил. 1. слабый, немощный. Düşgün qoca немощный старик 2. упадочнический. Düşgün əhval-ruhiyyə упадочническое настроение 3. обедневший, впавший в бедность 4. падкий (имеющий сильное пристрастие к кому-л., чему-л.). Pul düşgünü падкий на деньги, qadın düşgünü падкий на женщин, içki düşkünü падкий к выпивке, пьяница, vəzifə düşgünü падкий к высоким должностям, qumar düşgünü падкий на азартные игры, paltar düşgünü падкий до нарядов, şöhrət düşgünü падкий до славы (тщеславный), cah-calal düşgünü падкий до роскоши 5. падший (такой, который опустился в нравственном отношении). Düşgün adam падший человек, düşgün qadın падшая женщина

    Azərbaycanca-rusca lüğət / düşkün

düşkün sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. язух, бедбахт, заваллу; // руьгьдай аватнавай, умудсуз, гъамлу, пелеш, сугъул, гъарикӀ (мес. гьал); 2. зайиф, гьалдай фенвай, хенек, хесте; // кьуьзуь, агьил; 3. сущ. акатнавайди, ктканвайди (мес. хъуник, къумарик, папарик); 4. сущ. са затӀунал къанихди, гзаф рикӀ алайди (мес. къуллугъдал); // са куьнал кьаруди, ашукьди; 5. усал, алчах (мес. фикир); 6. кесиб хьанвай, кӀватнавай, юхсул, кесиб; язух, фагъир, муьскӀуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / düşkün

düşkün sözünün türk dilinə tərcüməsi

"düşkün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düşkün nədir? #düşkün sözünün mənası #düşkün nə deməkdir? #düşkün sözünün izahı #düşkün sözünün yazılışı #düşkün necə yazılır? #düşkün sözünün düzgün yazılışı #düşkün leksik mənası #düşkün sözünün sinonimi #düşkün sözünün yaxın mənalı sözlər #düşkün sözünün əks mənası #düşkün sözünün etimologiyası #düşkün sözünün orfoqrafiyası #düşkün rusca #düşkün inglisça #düşkün fransızca #düşkün sözünün istifadəsi #sözlük