* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz. – Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli. [Sona Ümidə:] Görünür, çox ciddi məşğulsunuz… B.Bayramov. □ Məşğul etmək – 1) başını qarışdırmaq, əyləndirmək. Yaşı otuzdan yuxarı olmasına baxmayaraq, [qadın] Zeynalı məşğul edə bilirdi. S.Hüseyn. Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Mir Cəlal; 2) fikrini yayındırıb işinə mane olmaq, vaxtını almaq, işindən ayırmaq. Məşğul olmaq – 1) bir sənəti olmaq, bir peşə sahibi olmaq, bir işdə işləmək. Müəllimliklə məşğul olur. Saatsazlıqla məşğul olmaq. – [Ümid katibə:] Mənim nə işlə məşğul olduğumla maraqlanırsınızsa, gedib öz gözünüzlə görə bilərsiniz. B.Bayramov; 2) bir iş görmək, başı qarışmaq, çalışmaq. Mütaliə ilə məşğul olmaq. – [Rəhim] bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Dərviş cavab verməyib, çörək yeməyə yenə dəxi məşğul oldu. A.Divanbəyoğlu; 3) fikir vermək, maraq göstərmək. Uşaqları ilə məşğul olmaq. Ata-anası onunla yaxşı məşğul olmamışdır; 4) özünə, öz səhhətinə, canına, üst-başına və s. baxmaq, qeydinə qalmaq. Sən heç özünlə məşğul olmursan.
Azərbaycan dilinin izahlı lüğəti / məşğul2 ə. 1) işdə olma, başı işlə qarışma; 2) fikrə dalmış, dalğın. Məşğuli-zimmə başqasının şeyini və ya pulunu mənimsəyib ona borclu qalmaqla günah etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məşğul2 прил. занятый (занимающийся чем-л. в настоящий момент, несвободный). Mütaliə ilə məşğul занятый чтением, işlə məşğul занятый делом, məşğuldur он занят. Müdir məşğuldur заведующий занят, müəllimə məşğuldur учительница занята; məşğul etmək kimi: 1. занимать, занять, заинтересовать кого; 2. развлечь кого, не дать скучать к ому; məşğul olmaq заниматься; заняться. Tələbələrlə məşğul olmaq заниматься со студентами; müəllimliklə məşğul olmaq учительствовать; öz işi ilə məşğul olmaq заниматься своим делом, uşaqları ilə məşğul olmaq заниматься со своими детьми
Azərbaycanca-rusca lüğət / məşğul1 s. busy (with); ~ olmaq to be* occupied (with); to be* engaged (in); (əyləncə ilə) to indulge (in); to be busy; siyasətlə ~ olmaq to be* engaged in / to go* in for politics; təsərrüfatla ~ olmaq to be* occupied with one’s household; to work in the house; idmanla ~ olmaq to go* in for sport(s); to indulge in sport; oxumaqla ~ olmaq to busy oneself with reading; təbabətlə ~ olmaq to study medicine; dillə ~ olmaq to study / to learn language
Azərbaycanca-ingiliscə lüğət / məşğul1 sif. occupé, -e ; pris, -e ; affairé, -e ; ~ olmaq occuper (s’) de, être occupé, -e ; siyasətlə ~ olmaq occuper (s’) de politique ; uşaqlarla ~ olmaq occuper (s’) des enfants ; idmanla ~ olmaq faire du sport ; öz işinlə ~ ol! occupe -toi de tes oignons! fam
Azərbaycanca-fransızca lüğət / məşğul1 [ər.] сущ. машгъул, са кар (кӀвалах) ийизвай, са кардал алахънавай, кьил акахьнавай; məşğul etmək машгъул авун а) кьил акадарун, мачхуларун; б) фикир чукӀурун, кардиз маний хьун, вахт къачун, кӀвалахдивай чара авун; məşğul olmaq машгъул хьун а) са пешедин (сенятдин) иеси хьун, са кардал кӀвалахун; б) са кардал кьил акахьун, алахъун, мачхул хьун; в) фикир гун, гьевес къалурун; г) вичиз, вичин ччандиз къуллугъ авун, алукӀуниз ва мс. фикир гун, вичин къайгъуда амукьун.
Azərbaycanca-ləzgicə lüğəti / məşğul