müqaviməti sözü azərbaycan dilində

müqaviməti

Yazılış

  • müqaviməti • 96.6412%
  • Müqaviməti • 3.3588%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektrik müqaviməti
Elektrik müqaviməti — naqilin uzunluğu ilə düz, en kəsiyinin sahəsi ilə tərs mütənasib olub onun növündən asılıdır və cərəyanın keçməsinə mane olan keyfiyyətdir, R=ρl\S Burada R - naqilin müqaviməti, ɭ - uzunluğu, S - en kəsiyinin sahəsi, ρ - xüsusi müqavimətdir. R=U/İ R-elektrik müqaviməti, U-gərginlik və İ-cərəyan şiddətidir. Elektrik müqavimətinin vahidi BS-də alman alimi Georq Simon Om-un şərəfinə 1 om götürülür. == Əlaqədar anlayışlar == 1 Om - elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Xüsusi müqavimət - tili 1 m olan kub şəkilli naqildən kubun tili istiqamətində cərəyan keçən zaman yaranan müqavimətdir. Xüsusi müqavimətin BS-də vahidi 1 om·m-dir. Xüsusi müqavimətin texniki vahidi - 1 m uzunluqlu 1mm2 en kəsikli naqilin müqavimətidir. Xüsusi müqavimət cədvəllərində hər iki vahidlə qiymət verilir. 1Om mm2\m=10−6Om·m. Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdır, Rt=R0(1+αt).
Materiallar müqaviməti
Materiallar müqaviməti — maşın və cihazların hissələrinin möhkəmliyi, bərkliyi və etibarlığı haqqında elmdir. Materiallar müqaviməti mühəndislik hazırlğının ümumi fənnlər qrupuna aid olub ali təhsildə tədris edilir. Bu fənn ilk dəfə olaraq nəzəri elmlər (fizika, ali riyaziyyat və nəzəri mexanika) və tətbiqi məsələlərin həlli üçün məlum üsulların maşın hissələrinin layihələndirilməsi arasında əlaqə yaratmışdır. Bütün sahələr üzrə təhsil verən mühəndislik ixtisaslarında materiallar müqaviməti fənni öyrədilir. Çünki, bu fənnin tətbiqi olmadan yeni texnikanın analizi və qiymətləndirilməsi mümkün deyil. Materiallar müqaviməti maşın hissələrinin xarici qüvvənin və istiliyin təsirindən deformasiya olunması və gərginliyi kimi məsələləri araşdırır. Fizikanın nəzəri sahələrindən fərqli olaraq burada praktikada asan tətbiq oluna biləcək düsturlardan istifadə edilir. Nəticədə hesablamlar tam dəqiq alınmasa da, böyük ehtimalla maşınların layihələndirilməsini aparmaq olur. Hesabat zamanı təhlükəsizlik baxımından maşın hissələrinin möhkəmliyi böyük ehtiyat əmsalı ilə hesablanır. Tətbiq olunan qüvvədən asılı olaraq maşın hissələrində statik və dinamik möhkəmlik, istiqamətinə görə, dartma və sıxılmada möhkəmlik, həmçinin əyilmə, burulma və kəsilmədə möhkəmlik fərqləndirilirlər.
Fələstin müqaviməti
Fələstin müqaviməti, Fələstin terrorizmi və ya Fələstin siyasi zorakılığı — ilk növbədə İsrail dövləti və yəhudilərə qarşı yönəlmiş, eyni zamanda qeyri-radikal fələstinlilər, livanlılar, iordaniyalılar, misirlilər, amerikanlar və digər millətləri hədəf alan Fələstin ərəblərinin mübarizəsi. Daha məhdud məqsədlərə İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və fələstinlilərin geri qayıtma hüququnun tanınması daxildir. == Haqqında == Fələstin müqaviməti İsrail-Fələstin münaqişəsində fələstinlilərin torpaqlarını və hüquqlarını qorumaq üçün göstərdikləri çoxşaxəli müqavimət cəhdlərini əhatə edir. Bu müqavimət tarixi aspektdə Osmanlı İmperiyasının dağılmasından sonra Fələstin torpaqlarına artan Yəhudi miqrasiyası və İsrail dövlətinin qurulması ilə daha da dərinləşib. 1948-ci ildə İsrail dövlətinin qurulması və Nəkbə (“Böyük Fəlakət”) kimi tanınan hadisədən sonra yüz minlərlə fələstinlinin deportasiyası bu müqavimətin əsas səbəblərindən biri olub. Fələstin müqaviməti müxtəlif formalarda özünü göstərib Silahlı müqavimət: 1960-cı illərdə Fələstin Azadlıq Təşkilatı (FAT) yaranıb və silahlı müqavimət yolları ilə fələstinlilərin hüquqlarını müdafiə etməyə çalışıb. FAT-ın məqsədi Fələstin torpaqlarının azad edilməsi idi, lakin 1993-cü ildə Osloda sülh prosesi başlayanda FAT iki dövlətli həlli dəstəkləməyə başladı. Müasir dövrdə isə Həmas kimi qruplar bəzi hallarda silahlı müqavimətdən istifadə edir, lakin bu yanaşma müxtəlif ölkələr tərəfindən fərqli şəkildə qiymətləndirilir. Sivil müqavimət və İntifada: Fələstin müqavimətinin ən tanınmış formalarından biri də sivil etirazlardır. 1987-ci ildə Birinci İntifada fələstinlilərin işğal edilmiş ərazilərdə İsrail ordusuna qarşı genişmiqyaslı sivil etirazı idi və əsasən daş atmaq, tətil və boykot kimi sülhpərvər vasitələrlə aparılırdı.
Yeni erməni müqaviməti
Yeni erməni müqaviməti – erməni terror qrupu. 1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir. Qrupun fəaliyyəti barədə çox az məlumat mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törətmişlər. Bu təşkilatdan başqa heç bir erməni terror təşkilatı SSRİ-yə qarşı terror aktları həyata keçirməyib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiyanı” və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyirdi. Qrupun son aksiyası 1983-cü ilin fevralında Belçikada türk turizm agentliyinə qarşı olub. Bundan sonra qrup heç bir terror aktı törətməyib və fəaliyyətini dayandırıb.
İraqda İslam Müqaviməti
İraqda İslam Müqaviməti (ərəb. المقاومة الإسلامية في العراق‎) — ümumi brend və ya şəbəkə kimi müəyyən edilən İraqdakı şiə islamçı üsyançı qruplar üçün istifadə edilən çətir termin.

"müqaviməti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müqaviməti nədir? #müqaviməti sözünün mənası #müqaviməti nə deməkdir? #müqaviməti sözünün izahı #müqaviməti sözünün yazılışı #müqaviməti necə yazılır? #müqaviməti sözünün düzgün yazılışı #müqaviməti leksik mənası #müqaviməti sözünün sinonimi #müqaviməti sözünün yaxın mənalı sözlər #müqaviməti sözünün əks mənası #müqaviməti sözünün etimologiyası #müqaviməti sözünün orfoqrafiyası #müqaviməti rusca #müqaviməti inglisça #müqaviməti fransızca #müqaviməti sözünün istifadəsi #sözlük