* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. …Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım. Ə.Haqverdiyev. □ Məbhut qalmaq – heyran qalmaq, təəccüblənmək, çaşıb qalmaq. [Dərviş:] Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb, məbhut bir halda qaldım. A.Divanbəyoğlu. …Şəfiqənin mərmər kimi ay üzündə olan çökəklərini gördükdə Cəlil ağa məbhut qaldı və birdən-birə onu sevdi, aşiq oldu. Q.İlkin. Məbhut etmək – heyran etmək, heyrətdə qoymaq, təəccübləndirmək. Onların arasındakı intizam və başçılarına olan hörmət bizi məbhut etmişdi. M.İbrahimov. Məbhut olmaq – bax məbhut qalmaq. Firidun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məbhut olub qaldı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / məbhut2 ə. mat, heyran, döyükmüş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məbhut1 [ər.] нареч. гьейран-гьейран, кьил-кьилел алачир гьалда, пагь атӀана; məbhut qalmaq гьейран хьун, мягьтел хьун, гьейран амукьун, тажублу хьун, кьил акахьна амукьун, пагь атӀун, пантӀ хьун; məbhut etmək гьейран авун, тжублу авун, мягьтеларун, пантӀ авун; məbhut olmaq кил. məbhut qalmaq.
Azərbaycanca-ləzgicə lüğəti / məbhut