* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. Təzə mənzilə köçmək. Üçotaqlı mənzil. – [Tahir] ikiotaqlı mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. // Ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskən. Mənzili qaydaya salmaq. – Əhvalatı başdan deyim: – Məşədi Həsənlə … gəldik mənim mənzilimə. Ə.Haqverdiyev. Mirzə Cəmilin mənzilində bəzən səhərə kimi çıraq yanırdı. Ə.Vəliyev. □ Mənzil etmək – yaşamaq üçün düşmək, bir yerdə qalmaq. Mehmanxanada mənzil etmək. – [Tacir] bir karvansarada mənzil edir. (Nağıl). 2. Gedilən yolun bölündüyü hissələrdən hər biri; mərhələ. Bir mənzil yol getmək. – İki mənzili bir gündə gedirdilər. M.S.Ordubadi. // Gedilən yer, yolun sonu. Mənzilə çatmaq. – Yetişib mənzilə dayandı qayıq; Söndü yavaş-yavaş motorun səsi. S.Vurğun. [Nizami] … günbatana mənzilə yetişəcəyini güman edirdi. Ə.Məmmədxanlı. □ Mənzil başı – gedilən yer. Mənzil başına çatmaq. // Ümumiyyətlə, yol, məsafə. Bir aylıq mənzili bir gündə kəsər; Köhlən bəsləmişəm görək Qıratım. “Koroğlu”. Cənab uryadnik, Çullu çox uzaq mənzildir. S.Rəhimov. Mənzil etmək – yolda istirahət üçün bir yerdə dayanmaq, düşmək. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. Edərdi orada bir gecə mənzil; Anıb o günləri, fikri dolandı. H.K.Sanılı. Mənzil kəsmək – lazım olan yerə çatmaq, yolu başa çatdırmaq, qət etmək. Arpa yemiş at mənzil kəsər. (Ata. sözü). Yedəyi köhlən atlı çapar mənzil kəsib, özünü Hatəm xanın malikanəsinə çatdırdı. S.Rəhimov. 3. Körpü kimi tikililərdə, qurğularda qonşu dayaqlar arasındakı məsafə, ara. 4. Güllənin, mərminin gedib hədəfi vura biləcəyi məsafə.
Azərbaycan dilinin izahlı lüğəti / mənzil2 ə. 1) düşərgə, durma yeri, dayanacaq yer; 2) iki dayanacaq yeri arasındakı məsafə; 3) oturacaq yer; məskən; 4) otaq, ev; 5) faza, mərhələ. Mənzili-vüsal sevgililərin görüşdükləri yer.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mənzil2 1. MƏNZİL Əşrəf yeni mənzilini nəzərdən keçirdikdən sonra yerini rahatlamaq istədi (İ.Şıxlı); EV [Mərcan bəy:] ..boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan (Ü.Hacıbəyov); MƏNZİLGAH (kl.əd.) Nə bilsin bəhər halın ol ki, mənzilgahı sahildir (Füzuli). 2. mənzil bax məsafə
Azərbaycan dilinin sinonimlər lüğəti / mənzil1 MƏNZİL I is. [ ər. ] Yaşayış yeri, otaq. Ata, neçə pillədir; Yerdən bizim mənzilə? (R.Rza). MƏNZİL II is. [ ər. ] Məsafə, yol. Bir qədər özünə gəldi xəstəmiz; Düzəldi mənzilə yenə dəstəmiz (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / mənzil1 1. квартира, жилище; 2. переход, пролет; 3. становье, стоянка, привал; 4. дальность полета (пули, снаряда); расстояние, дистанция, с которых произведен выстрел; 5. квартирный;
Azərbaycanca-rusca lüğət / mənzil2 I сущ. 1. квартира: 1) часть жилого дома, состоящая обычно из нескольких комнат, кухни, передней и т.п.). Üçotaqlı mənzil трёхкомнатная квартира, kommunal mənzil коммунальная квартира, mənzillərin paylanması распределение квартир, mənzil axtarmaq искать квартиру, mənzili dəyişmək обменять квартиру 2) дом, жилое помещение, жилище, жильё. Mənzilin sakinləri обитатели (жильцы) дома, başqa mənzilə köçmək переехать в другую квартиру 2. переход (расстояние, которое можно пройти без остановки за день). Şəhərdən iki mənzil uzaq yaşamaq жить в двух переходах от города 3. пролёт (промежуток, расстояние между соседними опорами в каких-либо сооружениях, устройствах). Körpünün mənzilləri пролёты моста 4. дальность (расстояние между двумя определёнными точками – между точкой вылета и точкой падения снаряда и т.п.). Güllənin mənzili дальность полета пули, orta mənzil средняя дальность 5. конец, конечный пункт. Mənzilə yetişmək достигнуть конечного пункта 6. разг. расстояние, дистанция II прил. 1. квартирный (относящийся к квартире). Mənzil haqqı квартирная плата, mənzil məsələsi квартирный вопрос 2. жилищный. Mənzil fondu жилищный фонд, mənzil tikintisi жилищное строительство, mənzil təsərrüfatı жилищное хозяйство ◊ mənzil etmək останавливаться, остановиться, располагаться, расположиться где-л.; mənzil kəsmək достигнуть, достичь конца пути; son mənzil последний путь (о похоронах кого-л.)
Azərbaycanca-rusca lüğət / mənzil1 I. i. 1. flat; amer. apartment; bir otaqlı ~ one-room flat; ~ kirayə vermək to let* a flat; 2. flight, transition; 3. point, place; ~ə çatmaq to reach the place / the point / destination II. s.: ~ haqqı rent; ~ sahibi (kişi) landlord; (qadın) land-lady
Azərbaycanca-ingiliscə lüğət / mənzil1 is. 1) appartement m ; logement m ; bir otaqlı ~ studio m ; 2) hərb. portée f ; distance f ; uzaq ~li raket missile f (və ya fusée f) à longue portée ; 3) place f, point m, destination f ; ~ə yetişmək atteindre la destination ◊ son ~ le grand voyage ~ haqqı loyer m ; terme m
Azərbaycanca-fransızca lüğət / mənzil1 [ər.] сущ. 1. кӀвал; мескен; 2. мензил (1. рехъ; физвай чка, рекьин эхир; mənzil başı мензилдин кьил, физвай чкадин а кьил; mənzilə (mənzil başına) çatmaq мензилдив (мензилдин кьилив) агакьун, физвай чкадив агакьун; mənzil kəsmək мензил атӀун, рехъ атӀун, лазим тир чкадив агакьун; // акъваздай чка, кьве ял ядай чкадин арада авай рехъ; mənzil etmək мензил авун, рекье ял ягъун патал са чкадал акъвазун; 2. ара (мес. муькъуьн кьве стундин арадин яргъивал); 3. гуьлледивай, ккӀалдивай фена лишан яз жедай кьван чка).
Azərbaycanca-ləzgicə lüğəti / mənzil