tənzil sözü azərbaycan dilində

tənzil

Yazılış

  • tənzil • 75.0000%
  • Tənzil • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). == Həyatı == 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur. Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis. 21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan ictimai fəalı və siyasətçisi;Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı,Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq) sədrinin müavini; Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin başkanı == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Ermənistan SSR-in, Amasiya rayonunun, Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətilə əlaqədər Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışır. Hazırda “Azərittifaq”ın sədr müavinidir. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır. === Ailəsi === Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının həyat yoldaşıdır.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.

tənzil sözünün leksik mənası və izahı

tənzil sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa) sələm. – Qalan buğdanı sa: verirəm tənzilə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tənzil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tənzil nədir? #tənzil sözünün mənası #tənzil nə deməkdir? #tənzil sözünün izahı #tənzil sözünün yazılışı #tənzil necə yazılır? #tənzil sözünün düzgün yazılışı #tənzil leksik mənası #tənzil sözünün sinonimi #tənzil sözünün yaxın mənalı sözlər #tənzil sözünün əks mənası #tənzil sözünün etimologiyası #tənzil sözünün orfoqrafiyası #tənzil rusca #tənzil inglisça #tənzil fransızca #tənzil sözünün istifadəsi #sözlük