təkmil sözü azərbaycan dilində

təkmil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təkmil • 98.1316%
  • Təkmil • 1.8684%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təkmil rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası"; 2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Təkmilləşdirilmiş klaviatura
Təkmilləşdirilmiş klaviatura – 101 və ya 102 klavişdən ibarət olan klaviatura; IBM firması tərəfindən IBM PC AT kompüterlərinin sonrakı modelləri üçün işlənib hazırlanıb. Klaviaturanın bu tərtibatı PS/2 seriyası üçün standart olaraq qaldı və IBM-uyumlu klaviaturaların əksəriyyəti üçün “de-fakto” standarta çevrildi. Bu klaviaturanın (ilkin adı – Advanced Keyboard) özündən əvvəlki IBM klaviaturalarından əsas fərqləri bunlardır: əvvəlkilərdə olduğu kimi, sol tərəfdə 10 funksional klaviş yox, yuxarı qıraq boyunca 12 funksional klaviş var; <Control> və <Alt> klavişləri iki dənədir; klaviaturanın əsas bloku ilə rəqəm paneli arasında kursorun yerdəyişməsi və düzənləmə klavişləri qrupu nəzərdə tutulub. Başqa fərqlər bəzi klavişlərin (məsələn, <Escape> və <Control>) yerləşmə yerlərinin dəyişdirilməsi və bəzi klavişlərin (məsələn, <Print Screen>) başqa klavişlərlə kombinasiyalarının fəaliyyətlərinin dəyişdirilməsi ilə bağlıdır. Klavişlərinin düzümü və dizayn baxımından təkmilləşdirilmiş klaviatura Apple Extended Keyboard klaviaturasına oxşardır.
Təkmilləşdirmə
Təkmilləşdirmə (ing. update) — yeni, adətən, daha güclü versiya ilə əvəzləmə; məsələn, kompüter sisteminin hesablama imkanlarını daha sürətli və tutumlu sərt diskin hesabına yüksəltmək, yaxud hesablama imkanlarını daha yeni və ya daha mürəkkəb proqram məhsulunun hesabına artırmaq və ya məhsulun yeni, yaxud genişləndirilmiş versiyası. Aparat vasitələrində yeni komponent artırılırsa, yaxud xüsusən bir, yaxud daha çox komponent əvəz edilirsə, təkmilləşdirməyə genişləndirmə dəsti deyilir.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.

təkmil sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] klas. Bir işin qurtarması, sona çatması, bitməsi. □ Təkmil etmək klas. – qurtarmaq, sona yetirmək, bitirmək, başa çatdırmaq, tamamlamaq. Söylə mənə: – Gər eyləməsəm dərsimi təkmil; Girməz başıma ər sözü, gər bitməsə təhsil. M.S.Ordubadi. // Bütün, tam, əskiksiz, nöqsansız, kəsirsiz. □ Təkmil olmaq – qurtarmaq, tamamlanmaq. [Molla İbrahimxəlil:] …İkinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / təkmil
  • 2 ə. 1) kamala çatdırma, təkmilləşdirmə; 2) bitirmə, sona çatdırma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təkmil

təkmil sözünün rus dilinə tərcüməsi

  • 1 1. завершение, окончание; 2. совершенствование; 3. весь, целый, полный, все, целиком;

    Azərbaycanca-rusca lüğət / təkmil
  • 2 1 I сущ. 1. завершение 2. совершенствование II прил. совершенный. геол. Təkmil quyu совершенная скважина, təkmil mexanizmlər совершенные механизмы; təkmil etmək: 1) завершать, завершить. Təhsilini təkmil etmək завершить своё образование 2) совершенствовать, усовершенствовать; təkmil olmaq: 1) завершаться, завершиться 2) совершенствоваться, усовершенствоваться 2 прил. в линию. Təkmil dəftər тетрадь в линию

    Azərbaycanca-rusca lüğət / təkmil

təkmil sözünün inglis dilinə tərcüməsi

təkmil sözünün fransız dilinə tərcüməsi

təkmil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. клас. 1. куьтягь хьун, акьалтӀун, эхирдив агакьун, кьилиз акъатун (са кар); təkmil etmək клас. куьтягьун, акьалтӀарун, кьилиз акъудун, эхирдиз акъудун, тамамрун; təkmil olmaq куьтягь хьун, кьилиз акъатун, тамам хьун; 2. тамам, бегьем, вири, са кимивални (нукьсанни, кими жигьетни) авачиз.

    Azərbaycanca-ləzgicə lüğəti / təkmil

"təkmil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təkmil nədir? #təkmil sözünün mənası #təkmil nə deməkdir? #təkmil sözünün izahı #təkmil sözünün yazılışı #təkmil necə yazılır? #təkmil sözünün düzgün yazılışı #təkmil leksik mənası #təkmil sözünün sinonimi #təkmil sözünün yaxın mənalı sözlər #təkmil sözünün əks mənası #təkmil sözünün etimologiyası #təkmil sözünün orfoqrafiyası #təkmil rusca #təkmil inglisça #təkmil fransızca #təkmil sözünün istifadəsi #sözlük