* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Qəbul edilmək üçün irəli sürülən fikir. [Cəmilə] kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. S.Hüseyn. Adamların çoxu məmnuniyyətlə öz öhdəsinə yeni vəzifələr götürmüş və işin sürətlə getməsi üçün bir çox əməli təkliflər irəli sürmüşdü. Ə.Sadıq. 2. Başqalarının müzakirəsinə verilən məsələ, onun haqqında irəli sürülən rəy. Əjdər gurultunu kəsib, təklifi səsə qoydu… S.Rəhimov. // Namizəd irəli sürmə. Milli Məclisə deputatlığa namizəd haqqında təklif. 3. Bir işi görməyə dəvət etmə; dəvət. Saat iki tamamda otaq gənc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi. S.S.Axundov. …Qulluqçu qız sol tərəfdəki qapını açıb, [Rüstəm bəyə] otağa baxmağı təklif elədi. Çəmənzəminli. 4. Göstəriş, əmr. Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb durdum ayağa… Ə.Haqverdiyev. Milis nəfərləri maşından düşüb, şinellərini soyundular və təklif gözləmədən dəhnə, yaba götürüb, kol qırmağa başladılar. Ə.Vəliyev. 5. Borc, vəzifə. Üzərinə təklif düşmək. ◊ Təklifini bilmək (qanmaq) – nə edəcəyini bilmək, öhdəsinə düşən vəzifəni dərk etmək. [Müsafir:] Ey müsəlman qardaşlar!… İki kəlmə sözümüz var, deyək, eşidin sonra siz də təklifinizi bilin, bizə də kömək eləyin. C.Məmmədquluzadə. [Süleyman bəy:] Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / təklif2 ə. 1) irəli sürmə; 2) məcbur etmə, məcburiyyət; 3) çağırış, dəvət; 4) dini borc, vəzifə. Təklifi-şaqq çox zəhmət tələb edən iş, çətin vəzifə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təklif3 Dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət
Terminlər lüğəti / təklif4 \ – ittihamın sözlərlə dilə gəlməsi, doğru yaxud da yalnış ola bilən bir izah.
Fəlsəfə terminlərinin izahlı lüğəti / təklif2 сущ. 1. предложение: 1) заявление о готовности, желании помочь, услужить ч ем-л., предоставить в чьё-л. распоряжение что-л. Kömək təklifi предложение о помощи; xidmət təklifi предложение услуг 2) то, что предложено, предлагается для принятия. Konkret təkliflər конкретные предложения, səmərələşdirici təklif рационализаторское предложение, təklifi səsə qoymaq вынести (поставить) предложение на голосование, təklifi qəbul etmək принять предложение, təklifi rədd etmək отвергнуть предложение 3) экон. поступление товаров на рынок. Təklif tələbatdan yüksəkdir (böyükdür) предложение превышает спрос, təkliflə tələbat arasında tarazlıq равновесие между предложением и спросом 2. приглашение: 1) просьба о приходе, приезде, явке куда-л. Nahara təklif приглашение к обеду, toya təklif приглашение на свадьбу, təklif gözləmədən gəlmək прийти (явиться) без приглашения (не дожидаясь) приглашения куда 2) просьба, предложение сделать что-л., принять участие в чём-л., заняться ч ем-л. Çalmaq və oxumaq təklifi предложение сыграть и спеть 3. разг. указание, распоряжение, приказание. Onlar rəisin təklifinə “baş üstə” deyib, işə başladılar они, ответив “есть” (будет сделано!) на приказание начальника, приступили к работе (принялись за работу) 5. устар. долг, обязанность. Onun üzərinə belə bir təklif düşüb на него возложена (выпала) такая обязанность; təklif etmək: 1. предлагать, предложить: 1) заявить о своей готовности, желании предоставить что-л., услужить каким-л. образом к ому-л. Əməli kömək təklif etmək предложить практическую помощь, kinoya getməyi təklif etmək предложить пойти в кино, isti çay təklif etmək предложить горячий чай 2) попросить кого-л. сделать что-л., заняться чем-л. Oturmağı təklif etmək предложить сесть, direktor vəzifəsini təklif etmək kimə предложить должность директора к ому 3) выставить чью-л. кандидатуру, рекомендовать. Deputatlığa namizəd təklif etmək предложить кандидатом в депутаты; 2. приглашать, пригласить. Qonaqları otağa təklif etmək пригласить гостей в комнату; sülh təklif etmək предложить мир; təklif irəli sürmək, təklif vermək внести предложение ◊ təkliflə müraciət etmək войти с предложением; evlənməyi təklif etmək сделать предложение к ому
Azərbaycanca-rusca lüğət / təklif1 i. 1. offer, suggestion; (evlənmək haq.) proposal; ~ etmək to make* an offer; (evlənmək üçün) to propose (to); ~i qəbul etmək to accept an offer; (evlənmək barədə) to accept a proposal; sülhsevər ~ peaceful proposal; 2. (iclasda) proposal; motion; ~ irəli sürmək to propose / to move a motion; ~i müzakirə etmək to discuss a proposal; ~i rədd etmək to reject / to turn down a proposal; ~ə tərəfdar çıxmaq to support the motion; tələb və ~ demand and supply; Tələb təklifdən artıqdır Demand exceeds supply
Azərbaycanca-ingiliscə lüğət / təklif1 is. proposition f, offre f ; demande f en mariage ; ~ etmək faire une proposition, demander qn en mariage ; tələb və ~ demande f et offre f
Azərbaycanca-fransızca lüğət / təklif1 [ər.] сущ. теклиф (1. фикир; 2. дявет авун, эверун, теклифун; дявет; 3. буйругъ, эмир; 4. буржи, везифа); ** təklifini bilmək (qanmaq) теклиф чир хьун (гъавурда гьатун, кьатӀун), вуч ийидатӀа чир хьун, жуван хивез аватзавай везифа чир хьун.
Azərbaycanca-ləzgicə lüğəti / təklif