İosif Stalinin ölümü və dövlət dəfn mərasimi
Sovet İttifaqının ikinci lideri olan İosif Stalin 5 mart 1953-cü ildə Kuntsevo daçasında 74 yaşında insult keçirərək vəfat etmişdir. Ölkədə dörd günlük milli matəm elan edildikdən sonra onun üçün dövlət dəfn mərasimi keçirilmişdir. Onun cəsədi daha sonra mumiyalanmış və 1961-ci ilə qədər Lenin və Stalin məqbərəsində dəfn edilmişdir. Dəfn mərasiminin təşkilinə görə Nikita Xruşşov, Georgi Malenkov, Vyaçeslav Molotov və Lavrenti Beriya məsuliyyət daşıyırdılar.
== Xəstəliyi və ölümü ==
Stalinin səhhəti, İkinci Dünya müharibəsinin axırlarına doğru daha da pisləşmişdir. Çoxlu siqaret çəkməsi, Qələbə paradı zamanı (1945-ci ilin may ayında) yüngül insult keçirməsi və 1945-ci ilin oktyabr ayında güclü infarkt keçirməsinə görə aterosklerozdan əziyyət çəkirdi.
Stalinin həyatının son üç günü təfərrüatlı formada, əvvəlcə Pravda qəzetindəki rəsmi sovet elanlarında və daha sonra isə, aradan qısa bir müddət keçdikdən sonra Sovet Mətbuatının cari xülasəsində tam olaraq ingilis dilinə tərcümə edilmiş formada təsvir edilmişdir. Volkoqonovun təsvir etdiyi kimi, 28 fevral 1953-cü ildə Stalin Malenkov, Molotov, Beriya, Xruşşov və bir neçə başqa adamlardan ibarət olan yaxın ətrafı ilə əyləncə və spirtli içkilərin içildiyi axşamda görüşmüşdürlər. Qonaqlar mart ayının 1-i səhər saat 04:00 radələrində dağılışdılar və Stalin oyanmasına aid səslər eşidilənə qədər onun narahat edilməməsi barədə ciddi göstəriş verərək şəxsi otağına çəkilmişdir. Vaxt keçdi və gün boyu ondan heç bir səs eşidilmədi.