Mərcanlı sözü azərbaycan dilində

Mərcanlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mərcanlı • 99.7881%
  • mərcanlı • 0.2119%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mərcanlı
Azərbaycanda
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Böyük Mərcanlı
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == Toponimikası == Böyük Mərcanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur. == Əhalisi == === Tanınmış şəxsləri === Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı Çərkəz Məcid — şair, yazıcı, tənqidçi Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist Nizami Yolçuzadə Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Yuxarı Mərcanlı
Yuxarı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Musa Mərcanlı
Musa Mərcanlı (21 mart 1964, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — tarixçi, jurnalist, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995), Jurnalistlər Birliyinin üzvü (1987), Mətbuat Şurasının ilk təsisçilərindəndir (2003). == Həyatı == 1964-cü il martın 21-də Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Müxtəlif illərdə "Xudafərin", "Azərbaycan gəncləri", "Mübarizə" qəzetlərində çalışmış, "Assa- İradə" İnformasiya agentliyində parlament müxbiri kimi fəaliyyət gostərmişdir. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının əməkdaşı olmaqla yanaşı, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda dərc olunan onlarla elmi-publisistik yazıların, 9 kitabın və bir filmin ssenari müəllifidir. 2011-ci ildə Moskvada nəşr olunan "Ermənilik. Rusiya. Qafqaz" kitabı 5 dilə tərcümə edilərək, dünya ictimaiyyətinə erməniliyin əsl üzünü açıb göstərmişdir. "Geosiyasi mövqedən Qarabağ problemi: analitik nəzər nöqtəsi" adlı kitabı 2009-cu ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.
Xoca Mərcanlı bulağı
Xoca Mərcanlı bulağı — Şuşanın Xoca Mərcanlı məhəlləsində Xoca Mərcanlı məscidinin yanında yerləşir. Bulaq XVIII əsrdə tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulaq, 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Haqqında == Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub. Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür. Xoca Mərcanlı məhəlləsi Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib.
Xoca Mərcanlı məhəlləsi
Xoca Mərcanlı məhəlləsi və ya Xoca Mircanlı — Şuşanın 19-cu əsrin ortalarında salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur.
Xoca Mərcanlı məscidi
Xoca Mərcanlı məscidi — XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilmişdir. Məscid 2001-ci ildən 1574 sayı ilə YUNESKO-nun ehtiyat abidələr siyahısına daxil edilibdir. Ermənilər Şuşanı işğal etdikdən sonra abidə məhv edilib. Hal-hazırda məscidin xarabalıqları qalmaqdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.33 dəfə / 1 mln.
2004 0.67
2005 0.67
2006 2.03
2007 1.90
2008 2.68
2009 1.28
2010 1.18
2011 1.46
2012 2.24
2013 0.44
2014 1.20
2015 0.34
2016 0.17
2017 •••••••••••••••••••• 123.89
2018 ••••••• 40.30
2019 ••••• 26.57
2020 •• 8.22

mərcanlı sözünün rus dilinə tərcüməsi

"mərcanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərcanlı nədir? #mərcanlı sözünün mənası #mərcanlı nə deməkdir? #mərcanlı sözünün izahı #mərcanlı sözünün yazılışı #mərcanlı necə yazılır? #mərcanlı sözünün düzgün yazılışı #mərcanlı leksik mənası #mərcanlı sözünün sinonimi #mərcanlı sözünün yaxın mənalı sözlər #mərcanlı sözünün əks mənası #mərcanlı sözünün etimologiyası #mərcanlı sözünün orfoqrafiyası #mərcanlı rusca #mərcanlı inglisça #mərcanlı fransızca #mərcanlı sözünün istifadəsi #sözlük