Mərdanov sözü azərbaycan dilində

Mərdanov

Yazılış

  • Mərdanov • 99.5970%
  • MƏRDANOV • 0.4030%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cumayıl Mərdanov
Misir Mərdanov
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Göyərçin, İcevan rayonu) — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır.Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973 cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır. 1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Mustafa Mərdanov
Mustafa Həşim (Haşım) oğlu Mərdanov (10 mart 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Mərənddə anadan olub. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir. Rejissor Səməd Mərdanovun qardaşıdır. == Fəaliyyəti == Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi.
Məcid Mərdanov
Mərdanov Məcid Əhəd oğlu (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor. == Həyatı == Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır. 1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" == Həyatı == Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Rüstəm Mərdanov
Радий Фәрит улы Хәбиров (başq. ; Başqırdıstan Respublikası Hökumətinin sədri (8 sentyabr 2019-ci ildən). == Təhsili == Ufa Dövlət Aviasiya Texniki Universitetinin (əvvəllər Ufa Aviasiya İnstitutu) mühəndis-iqtisadçı ixtisasını bitirib. İqtisadiyyat elmləri namizədi, dosentdir. == Karyera == 1986 - İqtisadiyyat və Makina Tikinti Təşkilatı İdarəsinin mühəndisi, AİM; 1986-1992 - SSRİ Elmlər Akademiyasının Başqırdıstan şöbəsinin İqtisadiyyat İnstitutunda aspirant, tədqiqatçı; 1992-1995 - baş müəllim, BDU-nun İstehsalat İdarəsi; 1995-1998 - kafedra müdiri. bölmə rəhbəri, Başqırstan Respublikası Milli Bankının sədr müavini - şöbə müdiri; 1998-2000-ci illər - Başqırdıstan Respublikasının İqtisadiyyat və Monopoliya Siyasəti nazirinin birinci müavini; 2000-2001-ci illər - Başqırdıstan Respublikasında Milli Bankın sədrinin müavini, birinci müavini; 2002-2013 -Başqırdıstan Respublikası Milli Bankının sədri; 2013-2015-ci illərdə - Başqırdıstan Respublikası Hökumətinin sədrinin birinci müavini; 2015-ci ildən - Başqırdıstan Respublikası Hökumətinin sədri.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Vaqif Mərdanov
Vaqif Ədalət oğlu Mərdanov (10 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehdizadə və Mərdanov (kitab)
Mehdizadə və Mərdanov — Kitabça müxtəlif illərdə Azərbaycada təhsilə rəhbərlik etmiş iki şəxsin – Mehdi Mehdizadə və Misir Mərdanovun idarəçilik metodlarına həsr olunub. Eləcə də bu onların timsalında Azərbaycan təhsilinin 30 il əvvəlki ab-havası ilə indiki vəziyyətləri müqayisə edilir. Kitabçadan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. == Mənbə == Nadir İsrafilov. Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.
Aytəkin Mərdanova
Aytəkin Mərdanova (tam adı: Aytəkin İsmayıl qızı Mərdanova; 27 sentyabr 1985, Tovuz rayonu) — Azərbaycanlı aparıcı. == Həyatı == Aytəkin Mərdanova 27 sentyabr 1985-ci ildə Tovuz rayonunda anadan olub. Atası İsmayıl Mərdanov anası isə Məhəbbət Mərdanovadır. 2002-ci ildə Bakı şəhərində 283 saylı orta məktəbi bitirmiş elə həmin ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üzrə jurnalistika ixtisasında təhsilini davam etdirmiş və 2006-cı ildə məzun olmuşdur. === Şəxsi həyatı === Ailəlidir, 2 övladı var. Oğlu Fərid Alıyev 2008-ci ildə dünyaya gəlmiş qızı isə Nərgiz Alıyeva 2014-cü ildə dünyaya gəlmişdir. == Karyerası == 2006-cı ilin may ayından dekabr ayına qədər "Mərkəz" qəzetində jurnalist-müxbir kimi fəaliyyət göstərib. 2007-ci ildən 2012-ci ilə qədər "Space" Televiziyasında "Azəristar" verilişinin aparıcısı olub. Bununla bərabər, "Space" Televiziyasında yayımlanan "Şişman şou" verilişlərinin də aparıcısı kimi çalışıb. Paralel olaraq, həmin kanalda hazırlanan "Səhər" musiqili informasiya və "Kiçik qala" verilişlərinin redaktoru olub.2012-ci ildən 2014-cü ilə qədər ATV kanalında "Pozitiv" verilişinin aparıcısı kimi çalışıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 32.85 dəfə / 1 mln.
2002 ••••••••••• 51.39
2003 •••••••••••• 54.33
2004 ••••••••••••••••• 80.85
2005 ••••••••••••• 61.41
2006 ••••••••••••••••• 82.89
2007 •••••••••••••••••••• 98.10
2008 ••••••••••••••• 71.14
2009 ••••••••••••• 59.19
2010 ••••••••• 42.21
2011 •••••••••• 44.18
2012 ••••••••• 43.11
2013 •••• 15.17
2014 •• 6.86
2015 3.91
2016 3.12
2017 2.76
2018 3.30
2019 3.06
2020 0.80

"mərdanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mərdanov nədir? #mərdanov sözünün mənası #mərdanov nə deməkdir? #mərdanov sözünün izahı #mərdanov sözünün yazılışı #mərdanov necə yazılır? #mərdanov sözünün düzgün yazılışı #mərdanov leksik mənası #mərdanov sözünün sinonimi #mərdanov sözünün yaxın mənalı sözlər #mərdanov sözünün əks mənası #mərdanov sözünün etimologiyası #mərdanov sözünün orfoqrafiyası #mərdanov rusca #mərdanov inglisça #mərdanov fransızca #mərdanov sözünün istifadəsi #sözlük