Naxçıvan sözü azərbaycan dilində

Naxçıvan

Yazılış

  • Naxçıvan • 99.9175%
  • NAXÇIVAN • 0.0768%
  • naxçıvan • 0.0034%
  • NAxçıvan • 0.0023%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxçıvan
Naxçıvan bu mənaları ifadə edə bilər: Naxçıvan (şəhər) Naxçıvan (region) Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan xanlığı Naxçıvan rayonu Naxçıvan qəzası Naxçıvan yatağı Naxçıvan iqtisadi rayonu Naxçıvan Avtomobil Zavodu Naxçıvan əyaləti Naxçıvantəpə (Urmiya) Naxçıvan Hərbi Qarnizonu Naxçıvan-na-Donu Nakhichevan — 2007-ci ildə Azov dənizində batan Rusiya yük gəmisi.
Naxçıvan Ensiklopediyası
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Haqqında == "Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib. Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb. "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.
Naxçıvan GES
Naxçıvan Günəş Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi və Belçika Krallığının “Soltech” şirkəti ilə birlikdə Naxçıvanın Babək rayonunun Xal-xal kəndi ərazisində quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. 35 hektar sahədə yaradılan stansiyada 78684 ədəd günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən ?? min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
Naxçıvan Konservatoriyası
Naxçıvan Konservatoriyası — (1998, 27 fevral) musiqi sahəsində ali təhsil müəssisəsi. == Tarixi == 1998-ci il 27 fevral Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin nəzdində yaradılmışdır . == İxtisasları == Fakütə daxili bölmə statusuna malikdir. Konservatoriyada fortepiano, xalq çalğı alətləri, simli alətlər, musiqişünaslıq, ifaçılıq və dirijorluq üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. N. k.-nın ayrıca tədris korpusu, musiqi kabineti, konsert salonu var.
Naxçıvan MR
Naxçıvan, rəsmi adı ilə Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR), 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR)) — Azərbaycan Respublikasının tərkibində muxtar respublika, dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür.
Naxçıvan MSSR
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (rus. Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика, translit. Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, azərb-kiril. Нахчыван Мухтар Совет Сосиалист Республикасы), qısaca: Naxçıvan MSSR (rus. Нахичева́нская АССР, translit. Naxiçevanskaya ASSR, azərb-kiril. Нахчыван МССР) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur. 1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur.
Naxçıvan Radiosu
Naxçıvan Radiosu — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət radiosu. == Haqqında == "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. 1 aprel 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Radiosu gün ərzində 16 saat yayımda olur. Radio FM radio, DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.
Naxçıvan TV
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Naxçıvan Televiziyası

Naxçıvan Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. 2023-cü ilin fevralında yeni rektor Anar Kazımov olmuşdur. 2024-cü il sentyabrın 3-də universitet ləğv olunduğunu elan edib. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır.
Naxçıvan aeroportu
Naxçıvan Hava Limanı — Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır. == Tarixi == Naxçıvan Hava Limanı tikintisinə 1974-cü il 31 oktyabrda başlanmış və 1976-cı ildə başa çatmışdır. O vaxt 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul etmişdir. Ancaq Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. 1995-ci ildə Naxçıvanda Tu-134 təyyarəsinin qəzası nəticəsində 52 nəfər həyatını itirmişdir. 2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusunu qazandı.
Naxçıvan arxiyepiskopluğu
Naxçıvan arxiyepiskopluğu (lat. Archidioecesis Naxivanus) — Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyliyi ərazisində mövcud olmuş inzibati vahidi. Naxçıvanda katoliklərin fəaliyyəti Teymurilər dövrünəcən gedib çıxırdı. Arxiyepiskopluğun təbəələri əsasən erməni katoliklər idi. Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşirdi. 26 rahib fəaliyyət göstərir və 360 katolik ailə ehtiva edirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi. == Tarixi == Naxçıvan arxiyepiskopluğu 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun bir hissəsi kimi Dominikan ordeni tərəfindən fəaliyyətə başlamışdı və fəaliyyəti müasir Azərbaycan və Ermənistan ərazilərini əhatə edirdi. O dövrlərdə baş kafedral kilsəsi Naxçıvanda idi. Bu, 1380-ci illərdə Teymurləngin hücumuna məruz qalan ərazilərdə sağ qalan yeganə katolik arxiyepiskopluğu idi.
Naxçıvan bayrağı
Naxçıvan bayrağı — Azərbaycan bayrağından fərqli bir Naxçıvan bayrağı ola bilməz. Azərbaycan Respublikasının sahib olduğu bütün dövlət simvolları Naxçıvan Muxtar Respublikasınada aitdir. Hal-hazırda Azərbaycan bayrağı olaraq istifadə edilən mavi, qırmızı və yaşıl rəngli bayraq, ilk dəfə 1988-ci ildə Naxçıvanda istifadə edilməyə başlamışdır və 1990-cı illərin əvvəlində rəsmi bayraq olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasında isə, eyni bayraq bir neçə ay sonra təkrar istifadə edilməyə başlamışdır. Sözü gedən bayraq ilk dəfə 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmişdir.
Naxçıvan buzxanası
Naxçıvan buzxanası — Azərbaycanın ən böyük buzxanalardan biri. Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII–XIV əsrlər) tikildiyini göstərir.
Naxçıvan bələdiyyələri
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naxçıvan bələdiyyəsi

Naxçıvan bəyləri
Naxçıvan bəyləri—Azərbaycanın Naxçıvan bölgəsinə mənsub zadəganlar:
Naxçıvan coğrafiyası
Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası. == Landşaft qurşaqları == Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür: Şərur yüksəklik landşaft qurşağı Naxçıvan yüksəklik landşaft qurşağı Ordubad yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur.
Naxçıvan düzənliyi
Naxçıvançay düzənliyi — Azərbaycanın Naxçıvan bölgəsində coğrafi yer. Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının qobuları ilə və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın aydın seçilən terrasları düzənliyin qərb və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13–50 və 70 m hündürlükdə yerləşmişdir. Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü dövr çöküntülərinin qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10–15 m –dən 35 m-dək artır. Naxçıvan şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir. Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir.
Naxçıvan faunası
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Naxçıvan florası
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü. == Haqqında == Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur. == Bitki zonaları == Naxçıvan MR-də dörd bitki zonası var : yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri === Yarımsəhralar zonası === Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.
Naxçıvan gavalısı
Naxçıvan gavalısı (lat. Prunus nachichevanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 5 m hündürlüyündə, qışda yarpağını tökən, böyük kol və ya kiçik ağacdır. Kiçik gövdələri əvvəlcə bir az tükcüklü, sonradan çılpaq olur. Yarpaqları böyük, yaşıl, yumurtavari formada, uzunluğu 2-6 sm, eni 1-3 sm olub, kənarları dişlidir. Alt yarpaqları bəzən iynəlidir. Apreldə çiçəkləyir və iyunda meyvə verir. Çiçəkləri ağ və ya çəhrayı, qısa yan budaqlarda nazik saplaqlarda yerləşib, uzunluğu 1-3 sm-ə çatır. Hər çiçəyin beş yumru kasayarpaqları və beş ləçəyi olub, çoxsaylı erkəkciklərdən ibarətdir.
Naxçıvan geologiyası
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Naxçıvan şəhəri
Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Albaniyanın, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Naxçıvan şəhəri ərazisində ilk məskunlaşma e.ə. VI minillikdə başlayıb. Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. III minillikdə qoyulması fikri qəbul edilməkdədir.
Naxçıvan əhalisi
Naxçıvan əhalisi — Naxçıvan Muxtar Respublikasında yaşayan əhali. == Səfəvilər dövründə == Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarında hələ qədimdən müəyyən türk tayfaları yaşamışdır. Türklər hər zaman bu diyarın yerli sakinləri olmuş, Səfəvilər dövründə də Naxçıvan əhalisinin çox az bir qismi müxtəlif ölkələrdən (Mərkəzi Asiya, Ərəbistan, Hindistan və s.) bura gələn bir sıra peşə sahibləri – səyyahlar, tacirlər, sənətkarlar, alimlər və s. istisna olmaqla, yerli əhalinin etnik tərkibinin əsasını türk tayfaları təşkil etmişdir. Bölgədə yaşayan əhalinin etnik tərkibinin araşdırılması sahəsində müxtəlif vaxtlarda akademik B. Budaqov, İ. Hacıyev, t.e.d. Q. Qeybullayev, t.ü.f.d. İ. Kəngərli, F. Rzayev, İ. Əliyev və başqa alimlər tərəfindən müəyyən tədqiqatlar aparılmışdır. Səfəvilər dövründə bölgə əhalisinin etnik tərkibinin ayrıca tədqiqi ermənilərin bu yerlərdə XIX yüzillikdən geniş şəkildə məskunlaşdıqlarını bir daha göstərir. === Osmanlı mənbələri === Səfəvilər dövründə Naxçıvan əhalisi haqqında dəqiq və ətraflı məlumat verən mənbələrdən "İrəvan əyalətinin icmal dəftəri" (1590-cı il) və "Naxçıvan sancağının müfəssəl dəftəri" (1727-ci il) sənədləri çox əhəmiyyətlidir. Səfəvilər dövründə Naxçıvan diyarı osmanlıların hərbi-strateji maraqlarında olduğundan onlar iki dəfə bölgəni tutmuş və müəyyən müddətə (1588–1603; 1724–1736-cı illər) buranı idarə etmişlər.
Hacı Məhəmməd ağa Naxçıvani
Hacı Məhəmməd ağa Hacı Əliabbas ağa oğlu Naxçıvani (1880 və ya 1879, Təbriz – 1962, Təbriz) — kitabşünas alim və ictimai xadim. Təbriz Milli Kitabxanasının açılmasında böyük rolu olub. Kitabxanaya maddi yardımla yanaşı öz kitab kolleksiyasını da hədiyyə edib. == Həyatı və fəaliyyəti == Hacı Məhəmməd ağa Hacı Əliabbas ağa oğlu Naxçıvani Təbriz şəhərində anadan olub. Ata-babaları vaxtilə Naxçıvandan Təbrizə köçmüşlər. Əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk dillərində nadir əlyazma və çap kitabları toplamış, bu məqsədlə böyük qardaşı Hüseyn Naxçıvani ilə birlikdə dəfələrlə Avropa, Asiya və Afrika ölkələrinə — Misirə, Türkiyəyə, Hindistana, Orta Asiyaya səfər etmiş, İranın müxtəlif şəhərlərini gəzmişdir. Onun 3692 əlyazma və çap kitabından ibarət kitabxanasındakı nadir incilər arasında "Quran"ın XII əsrə aid nadir nüsxəsi, Nizami Gəncəvi "Xəmsə"sinin 4 nüsxəsi (2-si XIV–XV əsrlərə aiddir), Mirzə Hüseyn Zünuzinin 8 hissədən ibarət "Riyaz ül-cənnə", ikicildlik "Bəhrül-ülum" əsərləri, Sadıq bəy Əfşarın külliyyatı, Əlişir Nəvainin 18 əsərdən ibarət külliyyatı, Abdulla Vafi Əhməd ibn Məhəmmədin "Məcməil-Fəsih ül-Xəvas", Ömər Xəyyamın müasiri olan məşhur riyaziyyatçı Əbdürrəhman Xazinin "Mizan ül-hikmət" kitabları vardır. O digər kitab həvəskarlarından fərqli olaraq, baha qiymətə aldığı nadir kitablarını təmənnasız olaraq tədqiqatçıların istifadəsinə verirdi. Buna görə də dünyanın hər yerindən şərqşünas alimlər onun yanına axışırdı. 1956-cı ildə Təbriz Milli Kitabxanası təşkil olunarkən kitablarından 500-nü həmin kitabxanaya bağışlamış, vəfatından sonra isə bütün kitabxanasının həmin kitabxanaya bağışlanmasını vəsiyyət etmişdir.
Heydər Əliyev Muzeyi (Naxçıvan)
Heydər Əliyev Muzeyi — Naxçıvan şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. == Haqqında == Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və 10 may 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır. Muzeydə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar öz əksini tapmışdır. Muzryin ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır. Habelə muzeydə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır. Həmçinin muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi. Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.
Hüseyn Cavidin ev-muzeyi (Naxçıvan)
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.
Hüseyn Cavidin ev muzeyi (Naxçıvan)

Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair. == Həyatı == İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir. == Fəaliyyəti == Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.
Hüseyn Xan Naxçıvanski
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (9 avqust 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi. Tam süvari qoşunu generalı (1916). Naxçıvan xanları ailəsinə mənsub idi. Elit süvari dəstələrinə komandanlıq edirdi. Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olmuşdur. 15 Rusiya və 9 xarici dövlət mükafatlarının kavalieri, o cümlədən döyüş ordenləri olan — 3-cü və 4-cü dərəcə Müqəddəs Georgi ordeni, "İgidliyə görə" qızıl silaha layiq görülmüşdür. Güman edilir ki, 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələnmişdir. == Hərbi karyerasının başlanğıcı == Hüseyn xan Naxçıvanski 1863-cü il iyulun 28-də (9 avqust) Naxçıvan şəhərində rus ordusunun kapitanı(14 sentyabr 1874-cü ildən bəri) Kəlbəli xan Naxçıvanski və həyat yoldaşı Xurşidin ailəsində anadan olmuşdur. Səkkiz uşağının yeddincisi idi. Hüseyn xanın atası Naxçıvan xanlığının son hökmdarının oğlu idi.
Hüseynxan Naxçıvanski

Həsən Naxçıvani
Həsən Naxçıvani (tam adı: Şeyx Həsən Səlahəddin Naxçıvani Bulqari;1206, Naxçıvan – 1298, Təbriz) — alim və mütəfəkkir. == Həyatı == Həsən Naxçıvani 1206-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Geniş biliyə malik şəxsiyyət olmuşdur. 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar. 23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirib. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparıblar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların arasında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi.
II Ehsan xan Naxçıvanski
II Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanski — Çar Rusiyası ordusunun polkovniki, hərbçi. 1800-cü ildən sonra Naxçıvan xanlığına, həmçinin quberniya dövrünə aid sənədlərdə 3 Ehsan xanın adına rast gəlinir. Bunlardan birincisi Ehsan xan I Kalbalı xan oğludur, ikincisi general-mayor II Kalbalı xan Naxçıvanskinin oğlu Ehsan xan, üçüncüsü isə Cəfərqulu xanın oğlu podpolkovnik Ehsan xandır. == Həyatı == Rusiya Dövlət Hərb Tarixi Arxivinin 400-cü fondundakı sənədlərdən aydın olur ki, II Ehsan xan 14 iyul 1855-ci ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Ailədə üçüncü övlad olsa da, oğlanların ən böyüyü olan II Ehsan xan 12 yaşınadək Naxçıvanda təhsil almış, 1867-ci il iyulun 31-də Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. 3 sentyabr 1868-ci ildən 31 may 1873-cü ilədək Paj korpusunda təhsil almışdır. O, Paj korpusunu əla qiymətlərlə bitirmiş və birinci dərəcə almışdır. Qeyd edək ki, o, atasından sonra ikinci azərbaycanlıdır ki, Paj korpusunda oxumuşdur. == Hərb sahəsində xidmətləri == 10 sentyabr 1873-cü ildə II Ehsan xan Əlahəzrət çarın Sankt-Peterburqdakı Ulan (nizəli süvari əsgər) polkunun saray qvardiyasının korneti (süvari hissədə kiçik zabit) olmuşdur. II Ehsan xana 4 aprel 1876-cı ildən poruçik (zabit) rütbəsi verilmişdir.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. == Tarixi == Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.
Kalbalı Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Kamaləddin Naxçıvani
Kamaləddin Naxçıvani (azərb. ‎Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi. == Həyatı == 13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.
Koroğlu qalası (Naxçıvan)
Koroğlu qalası— Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun eyniadlı kəndi yaxınlığında 17–18 əsrlərə aid qala. == Tarixi == Arxeoloji qazıntı işləri aparılmamışdır. Yerli əhalinin məlumatına görə, mərdlik, igidlik, sədaqət, ləyaqət rəmzi olan xalq qəhrəmanı Koroğlunun adı ilə bağlıdır.
Kəlbəli Xan Cəfərqulu Xan oğlu Naxçıvanski
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kəlbəli Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Kəlbəli xan Naxçıvanski(II)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Kəlbəli xan NaxçıvanskiL
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kəlbəli xan Naxçıvanski (II)

Kəlbəli xan Naxçıvanski (III)

Kəlbəli xan Naxçıvanski (general-mayor)

Kəlbəli xan Naxçıvanski (xanzadə)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Mahmudabad kəndi (Naxçıvan)
Mahmudoba — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Filologiya elmləri doktoru Adil Bağırovun kəndin adı və tarixi ilə bağlı araşdırmalarında oxuyuruq ki, 1590-cı ilə aid mənbədə Dərəşahbuz nahiyəsində bu kənd adına rast gəlinmir. Görünür, həmin dövrdə kəndin adı başqa imiş və yaxud kənd Naxçıvan nahiyəsinə daxil imiş. 1727-ci ilə aid mənbədən Dərəşahbuz nahiyəsindəki Mahmudabad kəndində heç kimin yaşamadığı, başqa yerdən gələnlərin bu kəndin torpaqlarından istifadə etdikləri və bu hesaba ildə üç min ağça vergi verdikləri məlum olur. XIX əsrdə isə kənddə kərgərlilərin Salayçı tayfasına məxsus ailələrin yaşaması və torpaq sahələrinə Nadir xan Sultanın sahiblik, hakimlik etdiyi qeyd olunur. 1590-cı ildə Naxçıvan nahiyəsinə daxil olan bu kənd salayçılara məxsus olub. Ancaq onlar yay vaxtı bu kənddə yaşamış və sonralar kəndi daimi yaşayış məntəqəsinə çevirmişlər. Belə variantı da məqbul saymaq olar ki, 1590-cı illərdə Naxçıvan nahiyəsində olan Mahmudabad kənd sakinləri əkinçiliyi və maldarlığı inkişaf etdirmək məqsədilə Dərəşahbuz nahiyəsinə köçmüş və öz kənd adlarını da burda yaşatmışlar. “Mahmudabad” şəklində işlənən bu adın tərkibindəki “abad” komponenti sonra “oba” komponenti ilə əvəzlənib. Və canlı danışıq dilində “oba” sözünün “ava” variantı da (Mahmudava) işlənib.
Molla Məhəmməd Naxçıvani
Molla Məhəmməd Naxçıvani (1851, Naxçıvan, İrəvan quberniyası – 21 fevral 1916, Kərbəla, Bağdad vilayəti) — İslam alimi. == Həyatı == Ayətullah Şeyx Molla Məhəmməd Əli ibn Hacı Xudadad Naxçıvani təqribən 1852-ci ildə Naxçıvanda doğulmuşdur. Lakin onun ömrünün əksər hissəsi Nəcəf şəhəri ilə bağlı olmuşdur. Ayətullah Naxçıvani gənclik illərində mükəmməl dini təhsil almaq məqsədilə o dövrdə cəfəri fiqhinin paytaxtı sayılan Nəcəf şəhərinə getmiş və ömrünün sonuna kimi orada yaşamışdır. == Əsərləri == "Səhabəd-dümu" Nəşri: Təbriz: [s. n.], 1903 (1321 h.).- 432 s.
Mühyiəddin Naxçıvani
Mühyiəddin Naxçıvani (tam adı: Əbu Abdulla Məhəmməd ibn Abdullah ibn Əhməd ən-Naxçıvani) — fəqih (hüquqşünas; XIII əsr-XIV əsrlər). == Həyatı == Əsli Tusdandır. Yaxın adamlarına bağlı və onların bütün işlərinə yardımçı olmuşdur.Mühyiəddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl-Fəvati 1305-1306-cı ildə onu Arranda gördüyünü, şəfiilərlə yaxınlığını xüsusi qeyd etmişdir. Şeyxlər nəslinə mənsub idi. Naxçıvanda əsaslı mövqeyə və var-dövlətə malik olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. -333-334.

naxçıvan sözünün leksik mənası və izahı

naxçıvan sözünün rus dilinə tərcüməsi

naxçıvan sözünün fransız dilinə tərcüməsi

"naxçıvan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naxçıvan nədir? #naxçıvan sözünün mənası #naxçıvan nə deməkdir? #naxçıvan sözünün izahı #naxçıvan sözünün yazılışı #naxçıvan necə yazılır? #naxçıvan sözünün düzgün yazılışı #naxçıvan leksik mənası #naxçıvan sözünün sinonimi #naxçıvan sözünün yaxın mənalı sözlər #naxçıvan sözünün əks mənası #naxçıvan sözünün etimologiyası #naxçıvan sözünün orfoqrafiyası #naxçıvan rusca #naxçıvan inglisça #naxçıvan fransızca #naxçıvan sözünün istifadəsi #sözlük